Ərdoğan-Putin görüşü

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) xarici siyasət üzrə eksperti Can Acunun “Ərdoğan-Putin görüşü” başlıqlı yazısı

1712796
Ərdoğan-Putin görüşü

Türkiyə-Rusiya münasibətlərinin Suriya və Liviya kimi geosiyasi baxımdan əhəmiyyətli bir çox mövzuda sınandığı bir vaxtda Soçidə Prezident Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüş keçirdilər. Görüş vaxtı baxımından əhəmiyyətli olduqda, liderlərin bütün problemlərə baxmayaraq müsbət bir gündəm yaratmağı bacardıqları görülür. Xüsusilə Prezident Ərdoğanın ABŞ və Baydenə qarşı sərt ifadələrindən sonra Soçi Zirvəsi vacib nəticələr də verə bilər.

Türkiyə-Rusiya münasibətləri bir çox vacib geosiyasi mövzularda sınaqdan keçirilir. Liviyada Rusiyanın da dəstəklədiyi Akila Salehin başçılıq etdiyi Nümayəndələr Məclisi hökumətdən etimad səsini geri götürdüyünü elan edərkən, Türkiyənin Krıma münasibəti və Rusiyanın Türkiyənin Polşa və Ukrayna kimi ölkələrə "TB2" SİHA-larını satması ilə bağlı narahatlıqları zaman-zaman iki ölkə arasında gərginliyə səbəb oldu. Ancaq hər zaman olduğu kimi iki ölkə arasındakı ən əhəmiyyətli problem Suriya olaraq qalır. Xüsusilə son bir neçə həftədə Rusiyanın İdlibi sistemli şəkildə bombardman etməsi, hətta Türkiyənin təlim keçib təchiz etdiyi Milli Orduya bağlı elementlərini birbaşa Afrində hədəf alması ciddi gərginliyə səbəb oldu. Türkiyə bu yeni hərbi fəallığı İdlibə qarşı mümkün olan bir hərbi əməliyyat üçün hazırlıq olaraq nəzərə aldı və sahədəki hərbi gücünü artırdı. Daha sonra milli müdafiə Naziri Hulusi Akar bir sıra bəyanatlar yayaraq narahatlıqlarını ifadə etməkdən çəkinmədi. Yenə Rusiyanın daha əvvəlki Soçi müqaviləsi kontekstində PKK-nın Suriya qolunun Türkiyə sərhədindən 32 km kənarda yerləşməsini təmin etməsi lazım gəldikdə bu öhdəliyi yerinə yetirməməsi vacib problem olaraq qalır.

Bu konyuktura çərçivəsində iki liderin yeni bir zirvə keçirərək görüş keçirməsi Türkiyə-Rusiya münasibətləri üçün əhəmiyyətlidir. Xüsusilə Prezident Ərdoğanın Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası toplantıları çərçivəsində ABŞ səfəri zamanı yaydığı açıqlamalar əsasında Baydeni tənqid edib Putin və Türkiyə-Rusiya münasibətləri ilə bağlı ifadələri Soçidə baş tutan görüşün əhəmiyyətini daha da artırmışdır. Zirvə görüşündə iki lider Suriya, Liviya və Əfqanıstan kimi vacib başlıqlarla yanaşı enerji-geopolitik və qarşılıqlı iqtisadi əlaqələr kimi vacib mövzuları müzakirə etdikləri görünür. Təbii ki, ictimaiyyətə açıqlanmayan vacib məsələlərin də müzakirə olunduğunu hesab etmək olar. Bunların nəticələrinə dair olaraq da qarşıdakı dövrdə iki ölkənin əməliyyat üslubları əhəmiyyətli ipuçları verəcəkdir. Ancaq sonda görünür ki, Ərdoğan və Putin İdlib də daxil olmaqla heç bir məsələnin iki ölkə arasındakı münasibətlərə mənfi təsir etməsinə icazə verməyəcək və müsbət gündəmi qoruyacaqlar.



Әlaqәli Xәbәrlәr