Dövlət ideyasının  ilk ortaya çıxdığı Arslantəpə kurqanı

Əsrlərdən bəridir insanlar dövlət anlayışına dair hər gün yeni fikirlər irəli sürürlər və ideal dövlətin yaranmasına töhfə verməyə çalışırlar.

1706040
Dövlət ideyasının  ilk ortaya çıxdığı Arslantəpə kurqanı

Əsrlərdən bəridir insanlar dövlət anlayışına dair hər gün yeni fikirlər irəli sürürlər və ideal dövlətin yaranmasına töhfə verməyə çalışırlar. Elə ki, bu səylər eramızdan əvvələ qədər uzanır. Sözügedən dövrün filosofları dövlət anlayışını təkmilləşdirmək üçün tez-tez yeni fikirlər irəli sürürdülər. Sokrat, Platon və Aristotel kimi filosoflar müasir dövrün dövlət fəlsəfəsi anlayışının əsasını təşkil edən əsərlərə imza atdılar. Bunlardan ən əhəmiyyətlisi Platonun müəllimi Sokratın ideal vəziyyət düşüncəsini təsvir etdiyi “Dövlət” adlı əsəridir. İndiyə qədər ortaya çıxan hər bir dövlət nəzəriyyəsinin və ictimai nizamın bu mənbədən ilham aldığı söylənir. Yaxşı, dövlət ideyası ilk dəfə qədim dövrlərdə yunan filosofları tərəfindən ortaya qoyuldu?. Bəs bunun daha keçmişi yoxdurmu?

Dövlət ideyasının ilk dəfə nə vaxt ortaya çıxdığı bilinmir. Ancaq bilirik ki, dövlət anlayışı Qədim Yunanıstandan xeyli əvvəl yarandı. Bunu dövlət fenomeninin insanların məskunlaşmış nizama keçməsi ilə iqtisadi, sosial və siyasi səbəblərdən formalaşmağa başladığına dair bir çox əlamət olduğunu bilirik. Buna ilk dövlətlərin ən erkən nümunələrinə Mesopotamiya və Anadoluda rast gəlinir ki, bu gün biz də Anadolunun 6000 illik tarixə malik ilk şəhər-dövlətinin qurulduğu Arslantəpə kurqanı barədə danışmaq istəyirik.

Arslantəpə kurqanı bir çox ilklərin yaşandığı və müasir mədəniyyətə uzanan yolu işıqlandıran ilk məşəlin yandığı yer olaraq xarekterizə edilir. Malatya şəhərinin Battalqazi rayonunda yerləşən kurqanda yuxarıdan aşağı doğru aparılan qazıntılar nəticəsində altı yaşayış və mədəniyyət təbəqə gün işığına çıxarılıb. Bu da ərazidə eramızdan əvvəl 5-ci minillikdən Bizans dövrünə qədər, yəni 6000 il yaşayış və məskunlaşmanın davam etdiyini ortaya qoyub. Bu ərazidə məskunlaşma seçimində, Fərat çayı və bu çayın qollarının bölgəni su ehtiyatları ilə zənginləşdirməsi və məhsuldar düzənliklər təsirli olub. Beləcə ilk əsrlərdən bəri insanların su qaynaqlarına yaxın ərazilərdə məskunlaşmağı seçim etdiklərini görürük. Bu səbəbdəndir ki, Arslantəpə Hitlərdən Roma dövrünə qədər fərqli sivilizasiyalara ev sahibliyi edib.

 Arslantəpə kurqanında 1930-cu illərin əvvəllərində start verilən arxeoloji qazıntılar 1961-ci ildən sonra İtaliyadakı “La Sapienza” universiteti tərəfindən davam etdirilir. İndiyədək aparılan qazıntılar nəticəsində mərkəzi dövlət sisteminə keçid və dövlət quruluşunun ilk nümunələrini göstərən məlumatların əldə edilməsi ilə kurqan beynəlxalq ictimaiyyətin diqqətlərini cəlb etməyə başlayıb. Qazıntılarda ilkin bir məbəd gün işığına çıxarılıb. Sonra eramızdan 3 min əvvələ məxsus bir saray, taxt və möhür nümunələri tapılıb. Bunlar Arslantəpə kurqanının Anadolunun ilk şəhər-dövləti olduğunu göstərir. Aslantəpə kurqanını digərlərindən fərqləndirən bu saray dünyanın ən qədim kərpic abidəsi hesab edilir. Hündürlüyü 2,5 metr olan kərpic divarlar, məbəd, anbar və inzibati otaqlardan ibarət olan saray turistlərin ziyarətinə açılıb. Qazıntılarda iki min ədəddən çox möhür izi, metal silah və məlum nümunələrdən min il əvvələ məxsus doqquz qılınc tapılıb. Qılınclar dünyada silah istifadəsinin ilk sübutu hesab olunur. Ekspertlərə görə gün işığına çıxarılmış saray, sinif fərqliliyinin yaşandığının bariz nümunəsidir. Bu prosesin necə və hansı səbəblərdən yarandığını bilməsək də istər-istəməz Platonun məşhur “Dövlət” adlı əsərində qələmə verdikləri yada düşür. Platon hesab edirdi ki, xalqın rifahını təmin etmək üçün dövlət üç fərqli ünsürdən təşkil tapmalıdır: “hökmdarlar”, “əsgərlər” və “insanlar”. Bəlkə də 6000 il əvvəl Aslantəpədə yaşayanlar da belə düşünürdülər, kim bilir?

Adını qazıntılar zamanı tapılan Hitit dövrünə məxsus aslan heykəllərindən götürən və dünyanın ən qədim saray kompleksinə ev sahibliyi edən Arslantəpə kurqanı müxtəlif dövrlərdə bölgənin iqtisadi, siyasi və dini mərkəzinə çevrilir. Kurqanda aparılan qazıntılarda dulusçuluq parçaları, stəkanlar, metal ox başları, sümük alətlər gün işığına çıxarılmağa davam edir. Arxeoloqlar sarayın anbarlarında onlarla böyük-kiçik küplər və şüşələr tapıblar. Tapılan əsərlərin diqqətləri cəlb etməsi həm anbarların, həm də bütün qabların möhürlənmiş olmalarıdır. İki yüzdən çox fərqli üslubda olan möhürlər bu gün də görənləri heyrətləndirən son dərəcə zərif bir dizayna malikdirlər ki, bu da iyerarxik təşkilatlanmış məmurların olduğunu göstərir. Yəni möhürleme prosesi ilə, yazının olmadığı bir dövrdə anbarlarda saxlanılan əşyalar bugünkü mühasibat sisteminə uygun şəkildə qeydiyata alınırdılar.

Arslantəpə Mesopotamiya xaricində dövlət fenomeninin ortaya çıxması kimi çox əhəmiyyətli bir prosesə şahid olan və bürokratiyanın yarandığını göstərən yeganə arxeoloji sahə və iyerarxiyanın formalaşdığı, möhürler kimi inzibati gücü ifadə edən vasitələrdən istifadə edilən, qida qablarının kütləvi istehsalına başlanan, metal məmulatlar istehsal edilən və incə sənətlərin inkişaf etdirildiyi ən qədim Anadolu şəhər dövlətidir. Bu gün açıq hava muzeyinə çevrilən bu ərazidə sarayın günümüzə gəlib çatmış qalıqlarını müşahidə etmək mümkündür. İnsanlığın ortaq dəyəri olan 6000 il əvvələ məxsus bu mirasın qorunması üçün Arslantəpə kurqanı 2021-ci ildə UNESCO-nun Dünya İrsi Daimi Siyahısına daxil edilib.

60 ildən bəri Arslantəpədə aparılan arxeoloji qazıntılar nəticəsində gün işığına çıxarılan əsərlər min illər əvvəl yaşamış atalarımıza dair düşüncə və təfəkkürümüzü dəyişdirdi. Çünki əksəriyyətimiz qədim insanları ibtidai, ancaq özlərinə kifayət edə bilən, həyatlarını müvəqqəti yerlərdə əkinçilik və heyvandarlıqla davam etdirən sıx qruplar hesab edirdik. Onları fərqi şəkillərdə təsvir edə bilməğimizə töhfə verəcək konkret məlumatlara sahib deyildik. Lakin Nevali Çorinin, Göbəklitəpə və Arslantəpədə apardığı araşdırmalar nəticəsində ortaya qoyduğu məlumatlar bizləri atalarımıza dair səhv fikir və düşüncələrdən xilas etdi. Kərpic ilə inşa edilmiş sarayın su xətti kimi infrastruktura malik olduğunun öyrənilməsi, gün işığına çıxarılan məbədlər, divar rəsmləri, möhürlər və gündəlik həyatda istifadə etdilən əşyalar, 6000 il əvvəl yaşamış atalarımızın ibtidai olmadıqlarını sübuta yetirdi.

Nə qədər də yazının ixtirası ilə insanlığın yeni dövrə qədəm qoyduğu deyilsə də, görürük ki, ilk dövlət forması yazı icad edilməzdən xeyli əvvəl yaranır. Aristokratiya doğulur və Arslantəpə kurqanında yeni bir ictimai quruluş meydana gəlir. Bu səbəbdən Dünyanın ən qədim palçıq kərpic sarayı təkcə bir bina deyil. Mərkəzləşdirilmiş dövlətin ilk izlərinin, iyerarxik rəsmi nizamın və çox maraqlı məlumatlar təqdim edən mürəkkəb bir bürokratiyanın izlənilə biləcəyi yerdir.



Әlaqәli Xәbәrlәr