Ədirnədə bir Türk Psixiatriya Tarixi Muzeyi olduğunu bilirsinizmi?

Musiqi ilə müalicə əslində Osmanlı-Türk ruh həkimlərinin bir kəşfi deyil, lakin...

1692649
Ədirnədə bir Türk Psixiatriya Tarixi Muzeyi olduğunu bilirsinizmi?

 

  Musiqi ilə müalicə əslində Osmanlı-Türk ruh həkimlərinin bir kəşfi deyil. Lakin elmi işləri ilə psixiatriya sahəsində də müasirlərinə görə yüksək səviyyəyə çatmış Osmanlı-Türk həkimləri musiqi ilə müalicə baxımından xeyli irəli getmişdilər.

  Sultan II Bəyazidin 1488-cü ildə Türkiyənin Ədirnə şəhərində tikdirdiyi kompleksin ağıl xəstəxanası hissəsində xəstələr musiqi ilə müalicə alırdılar. Musiqinin insan ruhu üzərindəki müsbət təsiri ilə bağlı kifayət qədər məlumat və təcrübəyə malik həkimbaşı, yəni baş həkim xəstələrinə əvvəlcə müxtəlif janrlı musiqiləri dinlədir, ürək döyüntülərinin sürətinə baxır, sağlığa yaxşı gələn uyğun melodiyanı müəyyənləşdirir, şikayət və bənzər xəstəlikləri də bir araya gətirərək müalicə edirdi.

  Osmanlı-Türk Ruh həkimləri tərəfindən elmi şəkildə tətbiq olunan və uğurlu alınan musiqi ilə müalicəyə bu gün də müasir psixiatrlar əhəmiyyət verir, ona yeniliklər artırırlar.  

  XX əsrin əvvəlində edilən musiqi müalicəsi üsullarını nəsillərə öyrətmək, göstərmək və ötürmək üçün Ədirnədə Sultan II Bəyazid iqamətgahının xəstəxana hissəsində Türk Psixiatriya Tarixi Muzeyi açılıb. Xəstəxananın xüsusi mühitində və dövrünə uyğun dekorasiya və kostyumlarla baş həkim, köməkçiləri, xəstələr, musiqiçilər, baxıcılar manekenlərlə canlandırılaraq işıq və səs effektləri ilə seyrçilərə təqdim olunur.



Әlaqәli Xәbәrlәr