Qaz dağlarında 79 növ endemik bitkinin bitdiyini bilirsinizmi?

Anadoluda bitən 3000-dən çox endemik bitkidən 79-na Qaz dağlarında rast gəlinir.

1688046
Qaz dağlarında 79 növ endemik bitkinin bitdiyini bilirsinizmi?
Kaz dağları-1.jpg

Anadoluda bitən 3000-dən çox endemik bitkidən 79-na Qaz dağlarında rast gəlinir. Qaz dağları Türkiyənin Egey bölgəsi və Mərmərə bölgəsinin cənub-qərb sərhədini təşkil edən Çanaqqala vilayəti sərhədləri daxilində bir dağ kütləsidir.
Qaz dağlarının bitki mənşəli bioloji müxtəlifliyi üzərində araşdırmaların aparıldığı məhdud ərazidə bitki müxtəlifliyi də çox zəngindir. Bu günə qədər müəyyən edilən 800 bitki növündən 79-u endemikdir. Endemik növlərdən 31-i dünyada südəcə Qaz Dağları Milli Parkı sərhədlərində bitir. Bu ərazidə 31 nadir bitki növü də var. Bu xüsusiyyətlərə görə bölgə "Planta Europa" və Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən Türkiyənin Önəmli Bitki Sahələrindən biri elan edildi.



Әlaqәli Xәbәrlәr