İranda başlanan Rəisi dövrü

Sözügedən mövzu ilə bağlı sizə SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru professor Murat Yeşiltaşın “İranda başlanan Rəisi dövrü” məqaləsini təqdim edirik

1690298
İranda başlanan Rəisi dövrü

 

  İranın yeni dövlət başçısı İbrahim Rəisinin prezidentliyi ötən həftə ölkənin dini rəhbəri Əli Hamaney tərəfindən təsdiqləndi və o, vəzifəsinin möhürünü aldı. İslam Şurası Məclisində keçirilən andiçmə mərasimindən sonra isə Rəisi artıq rəsmi olaraq prezident fəaliyyətinə başladı.

  Seçki kampaniyası dövründə İbrahim Rəisi İranın qonşularıyla müxtəlif sahələrdə əlaqələrinin yaxşılaşdırılacağı və inkişaf etdiriləcəyi ilə bağlı çıxışlar etmişdi. Seçildikdən sonrakı ilk mətbuat konfransında da Rəisi dediklərini təsdiqlədi, Səudiyyə Ərəbistanı ilə əlaqələrin normallaşdırılması fikrini də dilə gətirdi.

  Normallaşma müddəti İraqın vasitəçiliyi ilə davam edir. Amma son zamanlar Suriya və İraqda İrana yaxın şiə milis qruplarında bir hərəkətlənmə də nəzəri çəkir. Derada İran dəstəkli qrupların etdiyi hücumlar və mühasirə ilə Palmira şəhərində İnqilab Mühafizəçiləri Ordusunun tunel qazmağa başlaması kimi hadisələr İranın Suriyadakı fəaliyyətinin İbrahim Rəisi ilə birlikdə daha da artacağını göstərir. Rusiyanın Suriyanın hava müdafiə sistemlərini inkişaf etdirəcəyi istiqamətindəki proseslər də şübhəsiz, son illər İsrail hücumlarından böyük zərər görən Suriyadakı İran qüvvələrinin işinə yarayacaq.

  İraqda da bənzər bir canlanma var. ABŞ bütün hərbi qüvvələrini İraqdan çəkərsə, Haşdi Şabi qruplarının son vaxtlar hərəkət və şərhləri Amerika əsgərlərinin bir qisminin getməsiylə meydana gələcək boşluğun doldurulması üçün indidən hərəkətə keçdikləri kimi anlaşılır. Digər tərəfdən, İraqda yaxınlaşan parlament seçkilərindən əvvəl də İran dəstəkli qrupların fəaliyyəti arta bilər.

  İbrahim Rəisinin prezidentliyə başlaması ilə Oman dənizi və Bəsrə körfəzində yaşanan bir sıra gərginlikartırıcı hərəkətlər üst-üstə düşdü. Əvvəlcə 29 iyulda Oman dənizində İsrailə aid “Mercer Street” adlı bir neft tankeri dron hücumuna məruz qaldı. İsrail, ABŞ və İngiltərə hücuma görə İranın məsuliyyət daşıdığını bildirdi. İsrail və ABŞ cəbhəsindən edilən şərhlər “İrana qarşı sərt qüvvə istifadəsi”ni gündəmə gətirdi.

  İngiltərə ilə İranın əlaqələrinin gərginləşməsi nüvə müzakirələrinin inkişafına da təsirsiz qalmayacaq. Çünki ABŞ-la üz-üzə görüşmək istəməyən İran diplomatları İngiltərə və digər nüvə müqaviləsi tərəfdarları olan ölkələrin vasitəçiliyi ilə Avstriyanın paytaxtı Viyanadakı müzakirələrə qatılırdılar.

  Sonrakı günlərdə isə İranın Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə limanı sahillərindəki Panama bayraqlı “Asphalt Princess” gəmisinə hücum etdiyi və gəmiyə əl qoyulmaq məqsədilə İran sularına aparılmağa çalışıldığı iddiası gündəmə gəldi. Bu hadisəyə görə də İranın məsuliyyət daşıdığı söylənildi. Amma rəsmi Tehran hər iki olaydakı təqsirləndimələri rədd etdi. İran hökuməti bu cür hərəkət və günahlandırmaları İrana qarşı bir hücum adlandıraraq İsrail və ABŞ-a xəbərdarlıq göndərdi.

  Mühafizəkar Partiyadan olan dövlət başçısı İbrahim Rəisi özündən əvvəlki dövrdən fərqli olaraq İranın xarici siyasi mərkəzini ABŞ və Avropa İttifaqı ölkələriylə müzakirədənsə yaxın qonşularla əlaqələri inkişaf etdirməyə yönəlik görünür. İsrail və Amerika ilə meydanda artan gərginliyi artıq mərkəz nöqtəsi kimi şişirtmək olmaz. Co Baden hökumətinin hələ ortaya Donald Tramp dövründən fərqli bir İran siyasəti qoymaması prosesləri gözləmə mövqeyində saxlayıb. İbrahim Rəisi etdiyi şərhlərdə nüvə müqaviləsinə qarşı olmadığını ifadə etsə də, razılaşma müddəti və üsulu ilə bağlı Həsən Ruhani və qrupundan fərqli görünür. Razılaşma ehtimalını zəiflədən bu vəziyyət bölgədəki gərginlik sürdükcə hər hansı bir uzlaşma zəminindən xəbər vermir. Əgər İ.Rəisinin təyin edəcəyi xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan kimi İnqilab Mühafizəçilərinə yaxın tanınmış bir diplomat olarsa, o zaman İranın Rusiya və Çinə daha çox yaxınlaşacağı bir dövrün başlanğıcı gözlənilir.  



Әlaqәli Xәbәrlәr