DEAŞ basqınının 7-ci ilində Sincar

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) xarici siyasət üzrə eksperti Can Acunun sözügedən bu mövzuda “DAEŞ basqınının 7-ci ilində Sincar” yazısını təqdim edirik

1686749
DEAŞ basqınının 7-ci ilində Sincar

 

  Terror təşkilatı DEAŞ-ın (İŞİD) mərhəmətsizcəsinə ezidiləri hədəfə aldığı Sincar (Şengal) hücumundan düz 7 il keçir. Ancaq bölgə hələ də terrorun əsarəti altındadır. Bu dəfə DEAŞ deyil, PKK terror təşkilatı və onun qanad dəstələri Sincarın bəzi bölgələrində hökm sürür. Ərazidə terror varkən Sincar yenidən bərpa ola, yerlərindən-yurdlarından edilmiş yüz minlərlə ezidi torpaqlarına geri dönə bilmir. Rəsmi Bağdad və Ərbil arasında müqavilə bağlanılsa da, PKK və Haşdi Şaabi kimi silahlı qüvvələr bölgədəki mövcudluğunu qorumağa davam edir.

  Düz 7 il əvvəl terror təşkilatı DEAŞ İraqda bir çox bölgəni ələ keçirdi, Sincardakı ezidilər də bu amansız qırğının hədəfi oldu. O zaman bölgədə olan Peşmərgə qüvvələri müqavimət göstərmədən geri çəkildi, DEAŞ yüzlərlə yezidini qətl etdi, bir çoxunu əsir götürüb kölə etməyə çalışdı. Beynəlxalq koalisiyanın başçılığı ilə bölgəyə böyük hərbi hərəkat təşkil edildi. Sincar DEAŞ-dan təmizlənsə də, şəhərdə böyük bir dağıntı və xaos qaldı. Bölgə o vaxtdan Peşmərgə qüvvələri ilə yanaşı PKK terror təşkilatı tərəfindən də yönləndirilən bir yer oldu.

  Peşmərgənin ilk geri çəkildiyi zamanlar bölgədə PKK-nın silahlı qanadı HPG idi, ardından bəzi yezidi gənclərdən silah altında YBŞ dəstələri yaradıldı. Terrorçular ərazidə yaşanan xaosdan istifadə edərək İraq-Suriya xəttindəki strateji əhəmiyyətə malik Sincarda muxtar idarəçilik yaratmaq və bölgəni Suriyada qurduqları kantonlara (bəzi ölkələrdə inzibati-ərazi vahidi) bənzər bir vəziyyətə salmaq axtarışında idilər. Ancaq həm Ərbil, həm də Bağdadın suverenlik iddia etdiyi bir bölgə olan Sincar üçün yaşanan güc mübarizəsi ilə Türkiyənin başladığı hava hərəkatları və təzyiqlər birləşincə PKK/HPG qüvvələri qismən də olsa, bölgədən çəkilmək məcburiyyətində qaldı. Terrorçular bu prosesdən sonra yeni bir hərəkət planı cızıb YBŞ dəstələrini buraxdılar və bölgədə təsirli olmaq üçün başqa axtarışları davam etdirdilər.

  Hal-hazırda PKK və onun dəstələri Sincarda Hanasırdan Suriya sərhəd xəttinə qədər olan bölgədə və Sincar dağında hökm sürməkdədir. Halbuki bu terror təşkilatının Sincardakı varlığına qarşı Türkiyənin hərbi əməliyyat təhdidi ilə diplomatik təzyiqi İraq hökuməti ilə ölkədəki Kürdüstan Bölgə İdarəçiliyi arasında “Sincar görüşləri”ni tətikləmiş, 2020-ci ilin 9 oktyabrında bütün qeyri-qanuni milis təşkilatlarının Sincardan çıxarılmasını nəzərdə tutan Sincar Müqaviləsi bağlanmışdı. Lakin bu müqavilənin həyata keçirilməsi üçün lazımlı hərbi addımlar atılmır. PKK isə Bağdad-Ərbil müqaviləsini rədd edərək Haşdi Şaabi ilə də öhdəlik götürmüş kimi bölgədə xüsusilə YBŞ bayrağı altında varlığını davam etdirir.

  Nəhayət, PKK terror təşkilatı bölgədə bitdiyi üçün Sincar yenidən abad ola, yerlərindən-yurdlarından edilmiş yüz minlərlə yezidi də torpaqlarına qayıda bilmir. Bölgədə siyasi, iqtisadi və ictimai sabitliyin təminatı, yezidilərin təhlükəsizlikdə yaşaya biləcəkləri bir Sincarın yenidən inşa edilməsi üçün bütün terror qruplaşmaları bölgədən təmizlənməlidir.   



Әlaqәli Xәbәrlәr