Peşmərgə - PKK qarşıdurması Suriyanı da içinə çəkir

“Peşmərgə - PKK qarşıdurması Suriyanı da içinə çəkir” mövzusunda SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) xarici siyasət üzrə eksperti Can Acunun yazısını təqdim edirik

1664295
Peşmərgə - PKK qarşıdurması Suriyanı da içinə çəkir

 

  Türkiyənin İraqın şimalında sürətlə artan hərbi əməliyyatlarından sonra başlayan Peşmerge - PKK qarşıdurması davam edərkən tərəflər arasındakı güc mübarizəsi Suriyanı da içinə çəkməyə başlayıb. PYD/YPG-nin qondarma başçılarının KDP - Kürdüstan Demokratik Partiyasını hədəfə alan şərhlərinə qarşı əks tərəf də PYD/YPG-nin terror təşkilatı PKK-nın Suriya davamı olduğunu vurğulayaraq silsilə cavablar verib. Fişhabur-Semalke sərhəd qapısı bağlanıb, PYD/YPG-nin Ərbildəki üzvləri həbs olunub, K-24-ün Suriyada terror təşkilatı PKK bölgəsindəki ofisləri kilidlənib.

  Türkiyə terror təşkilatı PKK-ya qarşı İraqın şimalında başladığı böyük hərbi hərəkata davam edir, Milli İstihbarat Təşkilatı da öz üsulları ilə terrorçu başçılarını və sahə komandirlərini zərərsizləşdirir.

  Türkiyənin sürətlə artan hərbi təzyiqinə Peşmərgənin məntiqi dəstək verməsi ilə terrorçular nəzarət etdikləri bölgələrdən təcrid edilib, strateji bir boşluğun içinə düşüblər. Təşkilat çaxnaşmaya düşərək, idarəsiz şəkildə hərəkət edərək Peşmərgə qüvvələrinə hücum edib. Kürdüstan İcmaları Birliyi - KCK başçıları Kürdüstan Demokratik Partiyası - KDP-ni hədəfə alan ağır açıqlamalar verib. PKK tərəfdarı kürdlər, əlaqədar STK və digər siyasi ünsürlər hərəkətə gətirilərək KDP-yə qarşı bir təzyiq atmosferi yaradıb. Son olaraq isə Avropada təşkilatlanan üzvlər bölgəyə gələrək PKK üçün canlı qalxan olmağa çalışıb, ancaq İraq Kürd Regional İdarəçiliyi (İKBY) bu ünsürləri deportasiya edərək cəhdi uğursuzluğa düçar edib.

  KDP ilə terror təşkilatı PKK arasında davam edən güc mübarizəsinin Suriyaya təsir edəcəyi gözlənilən bir vəziyyətdir. Bundan əvvəl YPG qrupu sərhəd xəttində Peşmərgəyə aid polis bölməsinə hücum edərək buranı qısa müddətə ələ keçirmişdi. Kürdüstan Demokratik Partiyasına yaxın Kürd Milli Şurasının büro və ofisləri mühasirəyə alınmış, bunun arxasında PKK-nın gənclik qrupunun olduğu ortaya çıxmışdı. Qarşıdurma və güc mübarizəsinin artdığı bir dövrdə iki bölgəni bir-birinə bağlayan Fişhabur-Semalke sərhəd qapısı da rəsmən bağlandı. Bundan başqa, PYD-YPG-nin İraq Kürd Regional İdarəçiliyi nəzdində olan adamları Ərbildə nəzarətə alınaraq həbs olundu. PYD/YPG isə buna İraq Kürd Regional İdarəçiliyinin media orqanı K-24-ün ofislərini bağlayıb informasiya fəaliyyətinə maneə törətməklə cavab verdi. Qamışlı, Ayn əl Ərəb kimi bölgələrdə PKK-nı dəstəkləyən və KDP-ni qınayan kiçik nümayişlər belə təşkil edildi.

  Peşmərgə və terror təşkilatı PKK arasında yaşanan qarşıdurma və güc mübarizəsinə Suriyada PYD/YPG-nin daxil olmağa başlaması açıq şəkildə bu qruplaşmanın PKK-nın Suriya davamı olduğunu göstərir. İraq Kürd Regional İdarəçiliyi və Kürdüstan Demokratik Partiyası PKK ilə mübarizənin Suriya sahəsini də əhatə etmiş olur.

  KDP rəhbərliyi İraq Kürd Regional İdarəçiliyindəki zəiflikdən faydalanaraq xərçəng kimi bölgədə yayılan terror təşkilatı ilə mübarizə aparmaq üçün Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatlarını və terrorçular üzərindəki təzyiqini bir fürsət olaraq görməlidir. Kürdüstan Demokratik Partiyası və Peşmərgə artıq daha ciddi şəkildə hərbi hərəkatlara qatılaraq Türkiyəyə dəstək verməli və PKK terror təşkilatından xilas olmaq üçün tarixi şəraitdən istifadə etməlidirlər. Bu fürsəti qaçırsalar, PKK terrorçuları ilə üzləşməyə və bədəlini ödəməyə məhkum olacaqlar.   



Әlaqәli Xәbәrlәr