Orta Asiyanın tәhlükәsizliyi

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Orta Asiya bölgәsinin tәhlükәsizliyini  qiymәtlәndirәcәyik.

1638398
Orta Asiyanın tәhlükәsizliyi

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Orta Asiya bölgәsinin tәhlükәsizliyini  qiymәtlәndirәcәyik.

2021-ci ilin 27 aprel tarixindә Tacikistanın paytaxtı Düşәnbәdә Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlәtlәrin müdafiә nazirlәrinin iclası keçirildi. İclasda  tәşkilata üzv dövlәtlәr arasında әmәkdaşlıq, regional tәhlükәsizlik, Әfqanıstanın gәlәcәyi mövzuları müzakirә olundu. İclasın sonunda Kollektiv Qüvvələrinin müasir silah, hərbi və xüsusi texnika ilə təchiz edilməsi planı təsdiqləndi.

İclas çərçivəsində Rusiya və Tacikistan Müdafiə Nazirlikləri arasında ölkədə ortaq hava müdafiə sisteminin (S-300) qurulması barədə razılaşma imzalandı. Daha doğrusu, Rusiyanın Tacikistandakı 201-ci Hərbi Bazasında istifadə etdiyi hava hücumundan müdafiə sistemi bundan sonra Tacikistan tərəfi ilə birlikdə istifadə ediləcək.

2021-ci ilin 28 aprel  tarixində Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Milli Təhlükəsizlik Şurasının  Baş katiblərinin iclası keçirildi. İclasda təşkilata üzv dövlətlərin gәlәcәk dövrdә görәcәklәri birgә işlәr müəyyənləşdirildi. İclasın keçirildiyi dövrdә təşkilata üzv dövlətlər olan Qırğızıstan və Tacikistan sərhədində gәrginlik yaşandı vә  Tacikistan əsgərləri 11 qırğız kəndinə  hücum təşkil etdi. İki gün davam edən və 34 Qırğızıstan vətəndaşının ölümünə səbəb olan hadisәlәr  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına nüfuzuna kölgə saldı.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu 27 aprel 2021-ci ildə Düşənbədən Buxaraya getdi. 28 aprel tarixində Rusiya ilə Özbəkistan Müdafiə Nazirlikləri arasında ilk dәfә hərbi sahədə strateji əməkdaşlığa dair  proqram  imzalandı. Qeyd edәk ki, Özbəkistan Rusiyadan müdafiə sənayesi məhsullarını endirimli  qiymətə alır.

ABŞ-ın  2021-ci ilin 11 sentyabr tarixinədək qoşunlarını Əfqanıstandan tamamilə çıxaracağını elan etməsindən sonra Orta Asiya ölkələri təhlükəsizliklərini güclәndirmәk  üçün müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmәk istəyirlər. Bunu Özbəkistanın ilk dəfə Rusiya ilə müdafiə sahәsindә  əməkdaşlığa dair  müqavilə imzalaması və Tacikistanın hava məkanının təhlükəsizliyini ruslara əmanət etməsi ilə izah etmək olar. Rusiya Tacikistan və Özbəkistanı Avrasiya İqtisadi Birliyinə daxil etmək və Orta Asiyadakı mövqeyini möhkəmləndirmək üçün bölgədəki ölkələrlə yeni müqavilələr imzalayır.

Tacikistanda hərbi baza quran Çinin  bölgədə daha aktiv rol oynamaq  üçün Əfqanıstanda öz hərbi bazasını qurmaq  istədiyi aydındır. Çinin rəhbərlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı regional təhlükəsizlik üçün yeni bir strategiya müəyyənləşdirməlidir.

Orta Asiya ölkәlәri ilә müdafiә sahәsindә әmәkdaşlığını inkişaf etdirәn Türkiyә Әfqanıstan vә Orta Asiya Cümhuriyyәtlәri ilә bu sahәdәki әmәkdaşlığını davam etdirәcәk. Bu çәrçivәdә Türkiyәnin istehsal etdiyi müdafiә sәnayesi mәhsulları xüsusilә PUA vә silahlı PUA-nın Orta Asiya Cümhuriyyәlәri tәrәfindәn tәmin edilmәsi әhәmiyyәt kәsb edir. Qazaxıstan daha әvvәl Türkiyәnin zirәhli texnikasını sınaqdan keçirmişdi. Aselsan Qazaxıstandan sonra Özbәkistanda da fabrik aça bilәr.

 



Әlaqәli Xәbәrlәr