Rusiya ilә ABŞ arasında yaşanan  siyasi gәrginlik

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Rusiya ilә Amerika Birlәşmiş Ştatları arasındakı siyasi gәrginliyi qiymәtlәndirәcәyik.

1607625
Rusiya ilә ABŞ arasında yaşanan  siyasi gәrginlik

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Rusiya ilә Amerika Birlәşmiş Ştatları arasındakı siyasi gәrginliyi qiymәtlәndirәcәyik.

2021-ci ilin 16 mart tarixindә Amerika Birlәşmiş Ştatlarının Kәşfiyyat İdarәsi bir hesabat yayımlayaraq Rusiyanın  Donald Trampın yenidәn seçilmәsinә yardım etmәyә vә prezident seçkilәrindә Co Baydenin seçilmәsinin qarşısını almağa çalışdığını bildirib. Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden daha sonra televiziya kanallarının birinә verdiyi müsahibәdә Rusiya prezidenti Vladimir Putini ‘‘ruhsuz’’ adlandırıb. Jurnalistin Putinin qatil olduğunu düşünüb-düşünmәdiyi ilә bağlı sualını cavablandıran Co Bayden ‘‘Bәli elә olduğunu düşünürәm’’ deyib. Martın 18-dә Ağ Evin sözçüsü Cen Psaki Co Baydenin Rusiya prezidenti Vladimir Putini ‘‘qatil’’ adlandırdığı üçün peşman olub-olmadığı ilә bağlı bağlı sualı ‘‘xeyr’’ deyә cavablandırıb.

2021-ci ilin 17 mart tarixindә Rusiya Federasiyasının Xarici İşlәr Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Amerika Birlәşmiş Ştatlarındakı sәfiri Anatoli Antonovun Moskvaya çağırıldığını açıqlayıb. Mariya Zaxarova bu mәrhәlәdә ikitәrәfli münasibәtlәrin pozulmasının qarşısını almaq üçün sәylәr göstәrdiklәrini vurğulayıb.Rusiyanın  media orqanları isә Co Baydenin qırmızı xәtti keçdiyini vurğulayan mәqalәlәr dәrc edib.

2021-ci ilin 18 mart tarixindә Rusiya prezidenti Vladimir Putin mәsәlә ilә bağlı açıqlama verәrәk Baydenin özünün qatil olduğunu ifadә edib vә vә ona şәfa dilәyib. Eyni gün Rusiya dövlәt başçısı Vladimir Putin yenidәn mәsәlә ilә bağlı açıqlama verәrәk Amerika Birlәşmiş Ştatları prezidenti Co Baydeni bütün dünyanın izlәyәcәyi vә  canlı yayımlanacaq proqrama dәvәt edib. Bayden isә Putinin tәklifinә ‘‘Bir gün görüş keçirәcәyimizә әminәm’’ deyә cavab verib.

2021-ci ilin 20 mart tarixindә Dmitri Peskov Amerika Birlәşmiş Ştatları ilә münasibәtlәrin normallaşacağına ümidvar olacaqlarını vә әn pis ssenariyә dә hazır olacaqlarını açıqlayıb.

Yeri gәlmişkәn qeyd edәk ki, Rusiya ilә Amerika Birlәşmiş Ştatları arasında vәziyyәt gәrgindir. İki ölkә arasında gәrgin olan münasibәtlәr Co Baydenin silahsizlaşmaya dair  müqavilәni imzaladıqdan sonra daha da gәrginlәşib. Aleksey Navalnının saxlanılması mәsәlәsindә dә iki dövlәt bir-birini günahlandırmışdı.

Sözügedәn böhranın Krımın ilhaqının ildönümünә tәsadüf etmәsi diqqәt çәkib. Bәzi analitiklәr Rusiya ilә Qәrbin Ukraynada qarşıdurma ehtimalından da bәhs edir. NATO-nun Rusiyanı günahlandıran açıqlamaları artmağa başlayıb. Son proseslәrdәn sonra Amerika Birlәşmiş Ştatları Rusiyaya qarşı yeni sanksiyalar tәtbiq edәcәk. Rusiyada payız ayında keçirilәcәk parlament seçkilәri zamanı Amerika Birlәşmiş Ştatlarına qarşı açıqlamaların sәslәndirilәcәyini tәxmin etmәk mümkündür. Bu cәbhәlәşmәnin nә Rusiya vә Amerika Birlәşmiş Ştatları, nә dә bölgә ölkәlәri baxımından faydası olacaq. Rusiya ilә  Amerika Birlәşmiş Ştatları arasındakı münasibәtlәrin gәrginlәşmәsi Rusiya ilә iqtisadi münasibәtlәrә sahib ölkәlәrә dә birbaşa tәsir göstәrir.



Әlaqәli Xәbәrlәr