Ermənistanda əsas 3 səbəbdən gərginlik hələ davam edir

Mövzu ilə bağlı SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) qurumunun direktoru, professor Murad Yeşiltaşın yazısını təqdim edirik

1595525
Ermənistanda əsas 3 səbəbdən gərginlik hələ davam edir

 

  Ötən həftə Ermənistanın baş qərargah rəisi ölkənin baş naziri Nikol Paşinyana istefa çağırışı etdi. Paşinyan isə bu vəziyyəti "çevriliş cəhdi" adlandıraraq baş qərargah rəisinin vəzifəsinə xitam verdi və xalqı küçələrə çağıraraq dəstək cavabı gözlədi. Bir tərəfdə hökumət tərəfdarları, bir tərəfdə müxalifət qrupları eyni zamanlarda İrəvanda toplanmağa başladılar. Ermənistan prezidenti baş qərargah rəisinin vəzifədən alınmasını təsdiqləmədi. Bu zaman Paşinyan prezidenti də "çevriliş cəhdi”nə daxil hesab etdi. Mövzu ilə bağlı SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) qurumunun direktoru, professor Murad Yeşiltaşın yazısını təqdim edirik.  

  Ermənistandakı proseslərin arxa planında bir-biriylə əlaqəli üç səbəb var. Bunlardan birincisi, Ermənistanda davam edən yoxsulluq və vəzifədən sui-istifadələrdir. Fərsiz rəhbərlikdən qaynaqlanan bu vəziyyət əslində Paşinyanın səbəb olmadığı, ancaq həll tapmaqdan da uzaq olduğu bir mövzudur. Paşinyanın 2018-ci ildə iqtidara gəlməsində Qərb ölkələrinin dəstəyi qədər yoxsulluq və sui-istifadəyə bir həll gətirə biləcəyi ümidi də var idi. Onu dəstəkləyənlər Paşinyanı bir alternativ olaraq görür və dəstəkləyirdi.

  İkinci səbəb İkinci Qarabağ Müharibəsində Azərbaycanın zəfəri və Ermənistanın uduzmasıdır. Ermənistan hökuməti 30 ildir sürən diplomatik müzakirələrdə uzlaşmaz bir don geyərək işğal siyasətini davam etdirirdi. Paşinyan isə içəridəki gərginliyi aşmaq üçün "sülh üçün torpaq" yerinə işğalı artıraraq davam etdirməyə istiqamətli "yeni döyüş modeli”ni işə salmışdı. Amma İkinci Qarabağ Müharibəsində Ermənistan nəinki yeni torpaq işğal etmək, əksinə işğal etdiyi torpaqlardan da geri çəkilmək məcburiyyətində qaldı. Döyüşün gedişatıyla bağlı cəmiyyətə doğru məlumat verməyən Paşinyan 10 Noyabr Üçlü Məlumatı açıqlanarkən kameralar qarşısına çıxa bilmədi və atəşkəs şərtləri Ermənistanda bir şok təsiri yaratdı. Bu səbəbdən İkinci Qarabağ Müharibəsinin nəticələri yalnız Paşinyan rəhbərliyi deyil,  Ermənistan siyasəti, ordusu və xalqı üçün həzm edilməsi olduqca çətin bir dövrü başlatdı.

  Üçüncü səbəb isə Ermənistanda sona çatmayan vəzifə davalarıdır. Mikro Ermənistanda gücünü qorumaq və genişləndirmək istəyən “Qarabağ klanı” və müxtəlif ölkələrdəki erməni diasporunun qrupları var. Bu qrupların iqtidar mübarizəsində güc və hökuməti əldə etmək üçün ayrı-ayrı ölkələrlə inkişaf etdirdikləri əməkdaşlıq makro nüfuz mübarizəsinin bir başqa ölçüsünü meydana gətirir. Makro vəzifə davasının təməlində Rusiya ilə Qərb arasındakı mübarizə də var. Bu mübarizə mikro mübarizə ilə birləşincə öz içində dolaşıq bir vəziyyət yaradır.  

  Görünən odur ki, faktlara qarşı dirənmə yolu ilə gedən Nikol Paşinyan hal-hazırda bir müddət iqtidarını qoruyacaq. Ancaq bu vəziyyət Ermənistanda sabitliyin təmin edilməsi mənasına gəlmir. Çünki bir az əvvəl bildirdiyimiz kimi, səbəblərin hamısı yerində durur; nə Paşinyan rəhbərliyinin, nə ordunun, nə də gələcək yeni vətəndaş hökumətinin əlində bu səbəbləri yaradan gərginliyi ortadan qaldıracaq bir sehirli dəyənək var.



Әlaqәli Xәbәrlәr