"Pəncə Qartal-2" əməliyyatı

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun analitik yazısını tәqdim edirik.

1581725
"Pəncə Qartal-2" əməliyyatı

Türkiyənin terrora qarşı mübarizəsi həm ölkə miqyasında, həm də sərhədyanı qonşu ölkələrdə davam edir. Bir tərəfdən Türkiyənin daxilində PKK terror təşkilatının qalan son üzvləri hədəf alınarkən, həm də təşkilat İraq və Suriyada da təzyiq altına alınmağa çalışılır. Milli Müdafiə Nazirliyi son açıqlaması ilə İraqın şimalında "Pəncə Qartal-2" əməliyyatına başlandığını elan etdi. Türkiyə Hava Qüvvələri Havadan bölgəni hədəf alarkən, helikopterlər hakim təpələrə xüsusi Türk komandolarını endirdi və təşkilata gözlənilməz zərbə vurdu.

Türkiyə PKK terror təşkilatına qarşı mübarizəsində son illərdə nəhəng addımlar qoymuşdur. Təşkilat həm ölkə miqyasında, həm də sərhəddən kənarda aparılan əməliyyatlarla hər sahədə təzyiq altına alınarkən, təhlükəsiz bölgəyə sahib olmasının da qarşısı alınır. Bu çərçivədə İraqda "Qətiyyətlilik əməliyyatları"nın davamı olaraq başlayan "Pəncə-Qaplan" əməliyyatları çərçivəsində terror təşkilatına böyük zərbə vuruldu. Təşkilatın həm hakim olduğu sahə sıradan çıxarılarkən, həmin zamanda təhlükəsiz sahələrdə qurduğu əmr-nəzarət və təlim mərkəzləri də bu çərçivədə sıradan çıxarılır. Türkiyə Silahlı Qüvvələri (TSQ) daha əvvəl müəyyən bölgəyə girib-çıxma hərbi strategiyasından fərqli olaraq, daxil olub təmizlədiyi bölgələrdə qalaraq buralarda təşkilata qarşı bir üstünlük təşkil edir. Beləliklə, təşkilat üzvlərinin təkrar bu ərazilərdə yerləşdirilməsinin də qarşısı alınır.

Hava şəraitinin uyğun olmağa başlaması ilə müvafiq əməliyyatların son addımı olaraq Milli Müdafiə Nazirliyinin elan etməsilə "Pəncə Qartal-2" əməliyyatına başlandığını da öyrəndik. Türkiyə Hava Qüvvələrinin təyyarələri bölgəni ağır şəkildə bombalayarkən, helikopterlər də bölgəyə xüsusi komandoları endirərək təşkilat üzvləri zərərsizləşdirməyə başlandı. Yenidən "Atak" hücum helikopterləri və pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə olunur. Bölgədə daha əvvəl Peşmergə qüvvələri irəliləyərək müəyyən bölgələrdə yerləşdirilmiş, təşkilatla Peşmergələr arasında zaman-zaman qarşıdurma yaranmışdı. İndi təşkilat üçün strateji əhəmiyyəti olan Qara bölgəsi təmizlənənə qədər bu bölgədə əməliyyatların davam edəcəyini nəzərdə tuta bilərik. Nəticədə, Peşmərgənin əvvəlki fəallığını nəzərə alsaq, Ankara-Ərbil arasındakı PKK-ya qarşı koordinasiyanın davam etdiyi və bunun TSQ-nın müvafiq əməliyyatlarını asanlaşdırdığı ifadə edilə bilər. Bir tərəfdən Ankara-Ərbil-Bağdad arasındakı razılaşma çərçivəsində Sincar istiqamətində addımlar atılırken, Türkiyə Silahlı Qüvvələri yaxın aylarda Qara xaricində digər bölgələrdə fəaliyyət göstərməyə davam edəcək və nəticədə Qəndilə doğru təşkilatın tamamilə sıxışdırılıb təcrid ediləcəyi, sonra da bu bölgələrdə də terror təşkilatının axırının gtiriləcəyinə dair son əməliyyatın həyata keçiriləcəyi nəzərdə tutula bilər.



Әlaqәli Xәbәrlәr