2020-ci ildә Avrasiya bölgәsindә yaşanan hadisәlәr (2-ci hissә)

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә 2020-ci ildә Avrasiya bölgәsindә yaşanan әhәmiyyәtli hadisәlәri qiymәtlәdirmәyә davam edәcәyik.

1562896
2020-ci ildә Avrasiya bölgәsindә yaşanan hadisәlәr (2-ci hissә)

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә 2020-ci ildә Avrasiya bölgәsindә yaşanan әhәmiyyәtli hadisәlәri qiymәtlәdirmәyә davam edәcәyik.

 2020-ci il xarici sәfәrlәrin hәyata keçirilmәdiyi, sәrhәdlәrin vaxtaşırı bağlandığı, iqtisadi bohranın yaşandığı bir il oldu. Buna baxmayaraq Türkiyә Avrasiya coğrafiyasındakı ölkәlәrlә münasibәtlәrini inkişaf etdirmәyә çalışıb. 2020-ci ilin әvvәlindә vә sonunda bir sıra qarşılıqlı sәfәrlәr hәyata keçirilib.

2020-ci ilin 7 yanvar tarixindә Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türk axını tәbii qaz boru xәttinin açılış mәrasiminә qatılmaq üçün İstanbula sәfәr edib.İki ölkә arasındakı dialoq il әrzindә davam edib vә aparılan danışıqlar nәticәsindә Suriya, Liviya vә Azәrbaycandakı mәsәlәlәrin hәllinә töhfәlәr verilib.

2020-ci il Türkiyә-Ukrayna münasibәtlәri baxımından  çox sәmәrәli keçib. İki ölkәnin liderlәri qarşılıqlı sәfәrlәr hәyata keçiriblәr. Yüksәk sәviyyәli sәfәrlәr il әrzindә davam edib. Türkiyә vә Ukraynanın xarici işlәr vә müdafiә nazirlәrinin iştirakı ilә ilk dәfә (2+2) formatında iclas keçirilib.  Müdafiәdәn iqtisadiyyatadәk müxtәlif sahәlәrdә әhәmiyyәtli müqavilәlәr imzalanıb.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan 2020-ci ildә Azәrbaycana iki dәfә sәfәr edib. Azәrbaycan Milli Mәclisinin sәdri Sahibә Qafarova ilk xarici sәfәrini Türkiyәyә edib. Qeyd etmәk lazımdır ki, 2020-ci ildә Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop da  Azәrbaycana sәfәr edib.

Dağlıq Qarabağın işğaldan azad edilmәsi prosesindә Azәrbaycana dәstәk verәn Türkiyә 2020-ci ildә Azәrbaycanla strateji sәviyyәdә olan münasibәtlәrini yüksәk sәviyyәyә çatdırıb.

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar 2020-ci ilin 27-28 oktyabr tarixindә Qazaxıstan vә Özbәkistana rәsmi sәfәr edib. Türkiyәnin Orta Asiya ölkәlәri ilә müdafiә sahәsindәki әmәkdaşlığını yeni bir sәviyyәyә çatdırmaq istәmәsi rәsmi Ankaranın bölgәdәki gücünün artırılması, müttәfiqlәri ilә әmәkdaşlığını güclәndirmәsi baxımından әhәmiyyәtli idi.

2020-ci il әrzindә Türkiyә koronavirusla mübarizә çәrçivәsindә Avrasiyanın bir sıra ölkәsinә yardım әlini uzadıb. Türkiyә bu ölkәlәrә tibbi lәvazimatla yanaşı xәstәxana inşaatı vә tәmiri, tәcrübә mübadilәsi, әrzaq yardımı kimi mövzularda da yardım edib. Türkiyә epidemiya dövründә Avrasiya coğrafiyasındakı müvafiq ölkәlәrә hәkim göndәrilmәsinә icazә verib. Türkiyәnin tәşәbbüsü ilә Türk Dünyasının tibb işçilәri İzmirdәki Karantin adasında epidemiya ilә birgә mübarizә mövzusunu müzakirә ediblәr. Epidemiya dövründә dәmir yolu nәqliyyatına әhәmiyyәt verilib.2020-ci ildә Türkiyәdәn Qazaxıstan, Özbәkistan vә Çinә ilk dәfә yük qatarları göndәrilib.Tranzit ölkә mövqeyindә olan Türkiyә pandemiyaya baxmayaraq nәqliyyatda problemin yaşanmaması üçün ciddi sәylәr göstәrib.

Ayasofyanın ibadәtә açılması Avrasiya coqrafiyasındakı müsәlman xalqlar tәrәfindәn coşğuyla qarşılanıb. 2020-ci ildә Türkiyә Avrasiya coğrafiyasındakı ölkәlәrlә münasibәtlәrini inkişaf etdirmәyi davam etdirib. Azәrbaycan vә Ukrayna ilә ikitәrәfli münasibәtlәr yüksәk sәviyyәyә çatdırılıb.



Әlaqәli Xәbәrlәr