Antalyanın Demre qәsәbәsindә Müqəddəs Nikolay adına bir kilsənin  olduğunu bilirsinizmi?

Antalyanın Demre qәsәbәsindә  dünyanın hər yerində Şaxta baba olaraq bilinən Müqəddəs Nikolay adına bir kilsənin  olduğunu bilirsinizmi?

1552451
Antalyanın Demre qәsәbәsindә Müqəddəs Nikolay adına bir kilsənin  olduğunu bilirsinizmi?

Antalyanın Demre qәsәbәsindә  dünyanın hər yerində Şaxta baba olaraq bilinən Müqəddəs Nikolay adına bir kilsənin  olduğunu bilirsinizmi?

Müqəddəs Nikolay  III yüzilin  ikinci yarısında Patarada anadan olub və bu günkü adı Demre olan Mirada yepiskop kimi fәaliyyәt göstәrib. Başda Çar Rusiyası olmaqla bir çox Avropa ölkəsinin qabaqcıl müqəddəslərindən biri olan Müqəddəs Nikolay  Amerikada da çox sevilirdi vә hətta Nyu-Yorku qoruyan müqəddəslərdən biri hesab edilirdi.

Müqəddəs Nikolayın ölümündən sonra Mira xalqı onun adına bir kilsə inşa etdirir.  Memarlığı ilə  Bizans dövrünün ən əhəmiyyətli abidəsi hesab edilәn bu  kilsə  müxtәlif dövrlәrә aid izlәr daşıyır. Yoxsulların və yetimlərin ən böyük qoruyucusu hesab edilәn  Müqəddəs Nikolayın  adına minlərlə kilsə inşa edilsә də, Demredəki Şaxta baba kilsəsi öz tarixi ilə bənzərsiz bir yerə malikdir.

Səlib yürüşləri zamanı buraya gələn bəzi tacirlər onun sümüklərini oğurlayaraq Bariyə aparsalar da, qalan sümüklər hələ də Demrədəki muzeydə qorunur. Kilsәdә aparılan arxeoloji qazıntılar zamanı әhәmiyyәtli әsәrlәr aşkar edilib. Bu əsərlər bu gün muzey olaraq fәaliyyәt göstәrәn kilsәdә nümayiş olunur.



Әlaqәli Xәbәrlәr