Türkiyə-Aİ əlaqələri dönüş nöqtəsindədir

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın “Türkiyə-Aİ əlaqələri dönüş nöqtəsindədir” adlı analitik yazısını təqdim edirik.

1543278
Türkiyə-Aİ əlaqələri dönüş nöqtəsindədir

Son həftələrdə Avropa İttifaqı ilə Türkiyə arasında yaşanan gərginlik əlaqələrin qurulmasının gələcəyi ilə bağlı ciddi şübhələrə səbəb oldu.

Gərginliyə səbəb olan müxtəlif hadisələr  var. Bunların başında Türkiyənin uzun müddətdir yürütdüyü xarici siyasət fəallığı yer alır. Liviya başda olmaqla Şərqi Aralıq dənizi və Suriyada Türkiyənin xarici siyasət mövqeyi Avropadakı bir çox gücü narahat etmişdir. Xüsusilə də Liviya və Şərqi Aralıq dənizi mövzusunda Avropa ilə Türkiyə arasındakı gərginlik ciddi səviyyəyə çıxıb.

Son olaraq Türkiyə bayrağı altında xüsusi bir ticarət gəmisinə beynəlxalq hüquqa zidd şəkildə "İrini" əməliyyatı çərçivəsində basqın etməsi münasiətlərin gəlib çatdığı son nöqtəni konkret şəkildə ortaya qoyur. Həyata keçirilən əməliyyatın qaydasız və qanunsuzluğu bir tərəfə Aİ-nin Türkiyəyə qarşı mövqeyi daha pisdir. Aİ-yə görə Türkiyə bölgədə davamlı problem yaradan bir gücdür. Türkiyənin özünü Avropanın bir hissəsi olaraq gördüyünü açıqladığı bir vaxtda belə bir hərəkətin reallaşması Türkiyə üçün də bir çox sualı doğurur. İndi bütün gözlər Aİ liderlərinin zirvə yığıncağına tuşlanıb.

Türkiyəyə yönəldilmiş perspektivdə qismi olaraq  bir tərəfdaşlıq söz mövzusu olsa da Aİ-nin rəsmi Ankaraya qarşı necə bir siyasət ortaya qoyması barədə praktikada bir razılaşma gündəmdə yoxdur. Fransa, Yunanistan, Cənubi Kıbrıs Rum İdarəsi kimi güclər Türkiyə əleyhinə cəbhənin ən önündə yer tutan tərəflərdir. Rəsmi Afina Türkiyənin Aralıq dənizində özünə qarşı izlədiyi siyasətini tarazlaşdırmaq üçün Aİ-ni Türkiyəyə sanksiya tətbiq etməyə çağırdı. Fransanın isə Aİ daxilində Türkiyənin dostu olmadığı məlumdur. Makron üçün Türkiyə ciddi problem olaraq təsvir edilir. Liviyadan Suriyaya qədər bütün xarici siyasət məsələlərində Makron Ankaranı rəqib kimi görür. Türkiyə əleyhinə cəbhənin Aİ-nin Türkiyəyə yanaşmasını tamamilə müəyyən etmək imkanı yoxdur. Çünki Almaniya başda olmaqla İspaniya, Portuqaliya, İtaliya və Malta kimi ölkələr Türkiyənin tamamilə itirilməsinin tərəfdarı deyillər. Türkiyə onlar üçün yalnız iqtisadi deyil, həm də Avropa təhlükəsizliyi üçün vacib olan güclü bir regional gücdür. Xüsusilə Almaniyanın qanunsuz immiqrasiya qarşısındakı mövqeyində Türkiyə əhəmiyyətli yer tutur. Aİ-nin digər bir çox ciddi problemləri arasında Türkiyəyə sanksiya qərarı qəbul edilməsinin ortaya qoyacağı maliyyətlərini ödəmək mövzusunda xüsusilə Almaniyanın istəkli olmamasıdır. Bu səbəblə Türkiyənin itirilməsi mənasını dayışacaq sərt bir sanksiya qərarı qəbul etmək elə mümkün görünmür. 

Bütün bunlar qarşısında Türkiyə Aİ ilə dialoqa çağırdı. Prezident Ərdoğan diplomatiya və danışıqlar yolu ilə problemlərdən danışmağı dəstəklədiyini açıqladı. Ərdoğanın məsələlərə "sıfır- yekunlu" oyun əvəzinə "qazan-qazan" yanaşması çərçivəsində baxmağa çağırması, Aİ-yə diplomatiyanı üstün tutan bir yol xəritəsi təklif edir. Bu çərçivədə Aİ-yə regional konfrans təklifi təqdim edilir. Lakin Aİ hələ müsbət cavab verməyib.

Aİ-nin öz taleyini müzakirə etdiyi bir vaxtda Türkiyənin necə müzakirə olunacağı böyük əhəmiyyət daşıyır. Türkiyəsiz bir Avropanın güclü bir beynəlxalq əlaqələr gücü olması elə mümkün görünmür. Daha da əhəmiyyətlisi, Türkiyənin düşmən elan edildiyi bir mühitdə Aİ-nin regional ölçülü siyasət inkişaf etdirməsi qeyri-mümkündür. Bu səbəbdən Aİ-nin Türkiyəyə dair siyasətini yenidən gözdən keçirməsi və yeni istiqamətdə əlaqə qurması qaçılmazdır. Yunanistan və ya Cənubi Kıbrıs Rum İdarəsinə həsb olmuş bir Aİ strategiyasının Türkiyəni başa düşməsi mümkün görünmür.



Әlaqәli Xәbәrlәr