İraq kürdləri PKK ilə döyüşür

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun analitik yazısını tәqdim edirik.

1522605
İraq kürdləri PKK ilə döyüşür

Uzun müddətdir Şimali İraqda mövcudluğunu davam etdirən PKK terror təşkilatı ilə İraq Kürd Regional İdarəsinə bağlı Peşmərgə və xüsusi təyinatlı qüvvələr arasında qarşıdurmalar başlayıb. PKK-nın bölgədəki təcavüzkar siyasəti ilə yanaşı həyata keçirməyə başladığı terror aktları Kürd bölgəsinin sabitliyinə təhdid təşkil edərkən, Türkiyənin təşkilata qarşı hərbi əməliyyatları da təsirli şəkildə davam edir.
Bölgədəki xaosdan istifadə edərək Birinci Körfəz müharibəsindən etibarən Şimali İraqdakı dağlıq bölgələrdə yerləşən terror təşkilatı PKK bu bölgəni Türkiyədə həyata keçirdiyi terror hücumları üçün bir düşərgə olaraq istifadə edərkən, zaman ərzində birbaşa İraq Kürd Regional İdarəsi üçün də alternativ güc olaraq özünü qəbul etdirməyə başladı. Peşmərgə qüvvələri DEAŞ hücumları ilə mübarizə apararkən, PKK bu vəziyyəti fürsətə çevirdi və yüzlərlə kəndi nəzarətə götürdü. Yenə 
Sincar bölgəsində DEAŞ-la mübarizə edirmiş kimi görünərək hakimiyyəti ələ keçirdi və burada ezidilərdən ibarət alt terror təşkilatlanmaları ortaya çıxardı.
Türkiyə isə bu prosesdə PKK ilə mübarizəni sərhədlərindən kənara çıxararaq,  Suriya ilə yanaşı İraqda təsirli əməliyyatlar həyata keçirməyə başladı. Qətiyyətlilik əməliyyatlarından sonra "Pəncə qaplan" əməliyyatları ilə təşkilat xüsusilə Türkiyə sərhədində ağır itkilərlə üzləşdi. Bir çox nöqtəyə nəzarəti itirdi.
Türkiyə Ordusu terror təşkilatı PKK-nın "Media Müdafiə Bölgələri" adlandırdığı bölgələrin hakim təpələrinə nəzarət edərək, buralarda yerləşdi, bununla da təşkilat daha cənuba geri çəkilmək məcburiyyətində qaldı. 
Terror təşkilatı PKK İraqda ciddi mənada çətinliklə qarşı-qarşıya qaldıqda İraq Kürd Regional İdarəsini  Türkiyə Ordusuna kəşfiyyat vermək və yardım etməkdə günahlandırmağa başladı. Bu vəziyyət iki təşkilat arasındakı əlaqələrin gərginləşməsinə səbəb oldu. Nəticədə PKK-nın bölgədə sabitliyi pozan bir terror  ünsürü olaraq mövcudluğunu davam etdirməsi,  hətta təcavüzkar siyasət izləməsi Erbilin maraqlarına da ciddi təhdid idi. Türkiyənin də artan təzyiqləri nəticəsində Peşmərgə hərəkət ə keçərək təşkilatı bir çox nöqtədə sıxışdırmağa başladı. Zini Verte ve Qara kimi bölgələrdə Peşmərgə və Zeravani kimi xüsusi təyinatlı qüvvələrin yerləşməsinə PKK sərt cavab verərək birbaşa hücumlara başladı. Yenə İraq Kürd Regional İdarənin can damarı olan neft borularına hücumlar etməyə başladı.
Gəlinən bu nöqtədə Şimali İraqda Türkiyənin tezislərinin tək-tək təsdiq olunduğu görünür. Türkiyə PKK-nın bölgədəki mövcudluğunun sadəcə rəsmi Ankara üçün deyil Ərbil üçün də ciddi təhdit və sabitsizlik faktoru olduğunu ortaya qoydu. İndi Ərbil höküməti hər keçən gün daha çox PKK həqiqətilə üzləşir. Toqquşmaların başladığı belə bir dövrdə Peşmergənin Türkiyə Ordusu ilə birlikdə terror təşkilatı PKK-ya istiqamətli genişmiqyaslı hərbi əməliyyat həyata keçirmə ehtimalını da artırır.



Әlaqәli Xәbәrlәr