Su ile gәlәn mәdәniyyәt (9)

Meandros daşdı, tarlalar su altında qaldı, məhsullar ya çürüdü, ya da suya qarışıb getdi...

1516444
Su ile gәlәn mәdәniyyәt (9)

Meandros daşdı, tarlalar su altında qaldı, məhsullar ya çürüdü, ya da suya qarışıb getdi. Bundan əlavə, daşıdığı allüviumla limanı bağlayıb, şəhərin dənizlə əlaqəsini kəsdi. Günlərlə Meandrosun suyu durulmadı. Xalq artıq buna dözməyib çox sevdikləri çay tanrısı barədə iddia irəli sürdü. Bununla da tarixdə ilk dəfə insanlarla tanrı arasında məhkəmə quruldu.
Qısa keçid
Bugünkü proqramımıza mifoloji bir hekayə ilə başladıq. Hekayədə bəhs edilən Meandros, Büyük Menderes çayıdır. Ondan tanrı kimi şikayət edənlər isə Milet xalqıdır.
Böyük Menderes təxminən 550 km uzunluğunda olub Egey dənizinə tökülən Qərbi Anadolunun ən böyük çayıdır. Menderes tarix boyu bir tərəfdən bərəkətli torpaqlara can verir, digər tərəfdən dənizə töküldüyü hissəni lil ilə zənginləşdirir, şəhərlərin dənizdən uzaqlaşmasına səbəb olur, çox vaxt daşqın məhsullarını zərərsizləşdirir. Tarixçi Herodot bu səbəbdən Böyük Menderesi “İşləyən Çay” adlandırırdı. Bu gün iç-içə keçən labirintə bənzər bir motiv olan “meander” adı bu dolaşıq formada axan Meandrosdan, yəni Büyük Menderesdən qaynaqlanır. Bu gün sizlərə Qərbi Anadoluda, Menderes çayının kənarındakı kənd təsərrüfatına yararlı torpaqlarda qurulan böyük bir sivilizasiyaya malik Ellinlərdən danışacağıq.
Ellinlər İsgəndərin ölümündən sonra Anadoluda hökmranlıq ediblər... Ta ki, İtaliyada yaşayan Romalılar gələnə qədər... İtaliya onlara bəs etmədikdə, Romalılar xaricdəki torpaqları mənimsəməyə başlayırdılar. Qısa müddətdə Aralıq dənizi və Egey sahillərindəki şəhər dövlətləri bu genişləndirmə siyasətindən öz paylarını götürürlər. Perqamon (Pergamon), İzmir (Smyrna), Foça (Phokaia), Didim (Dydma), Efes (Efesos) və Aydın (Milet) kimi Qərbi Anadoludakı əhəmiyyətli mədəni, dini və ticarət mərkəzlərindən olan ellinist şəhərləri də birbəbir Romalıların rəhbərliyi altına düşür.
Milet çox qədim və çox geniş bir əraziyə yayılmış böyük bir şəhər idi, dövrünün metropolu idi. Farsların talanı nəticəsində məhv edilib, sonra yeni plana əsasən yenidən qurulub. Bu plan düz bucaq altında kəsişən hamar küçələri ilə “ızgara” və ya “dama taxtası” adlandırılan sadə, ancaq işlək bir plan idi. Avropa və Amerikanın bir çox şəhərində hələ də istifadə olunan və əsas şəhər planlarından biri kimi qəbul edilən “ızgara formalı şəhər planı” ilk dəfə Şərqi Ellinist sivilizasiyası tərəfindən tətbiq olunur. Və bu modeli aşkarlayaraq tətbiq edən şəxs Hippodamos, Miletli, yəni Aydınlıdır.
Bu şəhərlərin əvəzolunmazı isə gimnaziyalardır. İnsanların bir araya gələrək sosiallaşdığı, həm də idman etdikləri geniş həyətli sadə binalardır gimnaziyalar. Gənclərin fiziki və zehni inkişafı üçün zəruri bir  informasiya quruluş idi. Bunların arasında qaçış zolağı, avadanlıqlar otağı, duş otağı və tualetlər var. Gimnaziyalar, duş otaqları baxımından da əhəmiyyətli idi, çünki ellinist sivilizasiyasında şəxsi gigiyenaya çox önəm verilirdi. Təmizliyə riayət etməsələr tanrı və ya ilahənin qəzəbinə tuş gələcəklərinə inanırdılar. Vaxt keçdikcə gimnaziya modeli inkişaf edəcək, su çənləri və santexnika qovşağında yerləşən mərmər vannaları olan hamama çevrilərək Roma hamamlarının qabaqcılları olacaqdı.
Ellinlər yalnız şəxsi gigiyenaya deyil, eyni zamanda ətraf təmizliyinə də əhəmiyyət verirlər. Şəhər planlarında bu məsələyə diqqət yetirib, təmiz və çirkli suyun daşınması üçün tənzimləmələr həyata keçirərlər. Küçələrə daş döşəyər, drenaj kanalları, su yolları, kanalizasiya sistemləri və tualetlər tikərdilər. Yunan şəhərlərində aparılan qazıntılar zamanı torpaq və ya qurğuşundan hazırlanmış su boruları, bir çox bidon və quyuya rast gəlinib. Xüsusilə Milet yəni, Aydın kimi böyük şəhərlərdə su çənlərindən borularla evlərə, gimnaziyalara və fəvvarələrə su paylanırdı.
sinyal....
“Həyat su ilə başladı”
Fəlsəfənin və Qədim Yunanıstanın yeddi müdrikindən birincisi kimi tarixə düşən Falesə məxsusdur bu sözlər... Bəlkə Falesi bir mütəfəkkir, bəlkə də bir riyaziyyatçı kimi tanıyırsınız. Haqsız da sayılmırsınız. Fales bu gün öz adını daşıyan riyazi teoremləri ilə tanınır. Ancaq bu gün biz onun fərqli və az bilinən daha bir tərəfini sizə izah edəcəyik.

Təbiət hadisələrini insan şəklindəki tanrılarla izah etmək əvəzinə Fales müşahidələr yolu ilə həqiqətləri öyrənməyə cəhd edir. Suyun, qatı, maye və qaz hallarının təbiətə təsirlərini araşdırır. Bu müşahidələr nəticəsində hər şeyin sudan başladığını iddia edir. Suyun ölü bir maddə olmadığını, hər formada ola biləcəyini və hər yerə çata biləcəyi üçün canlı və cansız varlıqlar üzərində əhəmiyyətli bir təsiri olduğunu düşünür. Aristoteldən öyrəndiklərimizə görə Fales, hər şeyin başlanğıcı və axırının su kimi olduğunu, sudan qaynaqlandığını və yenidən suya döndüyünü iddia edir. Ona görə su maddənin ilk elementi və hər şeyin əsası, yer isə su üzərində üzən bir torpaq parçası idi.
Falesin iqlimi və kainatı araşdıraraq dənizçiliyə və əkinçiliyə kömək etməyi hədəflədiyi və dənizçilərə Böyük Ayı əvəzinə Kiçik Ayıya baxaraq istiqamət tapmağı tövsiyə etdiyi deyilir. Məşhur mütəfəkkir nəzəri və praktiki işlərinə görə "ilk su mühəndisi" adlandırılır. Fales bu adı niyə alır? 
Qısa və texniki detallara nəzər salmadan izah edək: Fars kralına qarşı müharibələrdə, Lidiya kralı ordusu ilə Qızılirmaq çayı keçə bilmədikdə, Falesdən kömək istəyir. Fales çayın yatağını yarım dairəvi kanalla əvəz edərək dərin bir xəndək qazır, buna görə ordu bölünmüş çayı asanlıqla keçə bildi. Nil çayının daşma səbəblərini izah edir ... və əlbəttə ki, nəzəri cəhətdən su ilə bağlı bir çox tədqiqatları var. Bütün bunlar Falesi tarixin ilk hidravlik mühəndisi kimi tanınmasını təmin edir.
Fales piramidaların kölgələrinə baxaraq onların uzunluğunu da hesablayır, maqnitin cazibə qüvvəsini öyrənir, bir gün dönümü ilə digəri arasındakı vaxtı ölçür ... və tarixdə bunları edən ilk şəxsdir.  Riyaziyyatçı, astronom, ixtiraçı və mühəndis kimi tanınan Fales haradan idi, bir fikriniz varmı? Eynilə yuxarıda qeyd etdiyimiz ilk "İzqara şəhər planı"nı kəşf edən Hippodamos kimi Türkiyənin Egey bölgəsində bir Ellinist şəhəri olan Miletli, yeni və ya Aydınlıdır Fales...
Keçid
Dövrünün əhəmiyyətli bir liman şəhəri olan Milet bu gün Böyük Menderes çayının daşıdığı lil sayəsində dənizdən olduqca uzaqdır. Bu məşhur antik şəhəri görmək istəyirsinizsə, Yunan-Roma memarlığının görkəmli nümunələrindən biri olan və yaxşı qorunub saxlanılan möhtəşəm Milet teatrı tərəfindən qarşınıza çıxacaq. Teatrın kənarında, şəhərə su paylamağı təmin edən Nymphaions (nimfalar)var. Nymphaion əslində nimfələrin ağzından su tökən heykəlləri olan iki və ya üç mərtəbəli müqəddəs çeşmələrdir. Su kəmərləri ilə şəhərə gətirilən su çənlərə yığılıb həm bu möhtəşəm çeşməyə axıdılıb həm də kəmərlərin vasitəsilə şəhərin müxtəlif yerlərinə su paylanmışdır. Miletdəki digər əhəmiyyətli su quruluşu Faustina hamamıdır. Hamam soyuq, isti və ilıq hissələri, soyunma otaqları və hovuzu ilə Anadoluda ən böyük Roma hamamlarından biridir.
Qərbi Anadoluda qurulan, dövrün ən vəhəmiyyətli mədəniyyətlərindən biri olan Ellenləri və bir çox cəhətdən fərqlənən ellen şəhəri Milet haqqında danışdıq. Bu şəhəri gəzərkən, şəhərə daşqınlarla böyük ziyan vuran Menderes çayından şikayətlənən miletlilər və bu səbəbdən tarixdə ilk dəfə insanlarla tanrı arasında qurulan məhkəmədən bəhs etdiyimiz mifoloji hekayə də yaddaşınızda qalsın istədik.



Әlaqәli Xәbәrlәr