Qara dәnizin Anzer yaylağında istehsal olunan balın dünyada bәnzәrinin olmadığını bilirsinizmi?

Anzer balı Türkiyәnin Rizә şәhәrinin İkizdәrә qәsәbәsindә yerlәşәn vә Anzer yaylağı olaraq adlandırılan bölgәsindә istehsal edilir.

1502522
Qara dәnizin Anzer yaylağında istehsal olunan balın dünyada bәnzәrinin olmadığını bilirsinizmi?

Qara dәnizin Anzer yaylağında istehsal olunan balın dünyada bәnzәrinin olmadığını bilirsinizmi?

Anzer balı Türkiyәnin Rizә şәhәrinin İkizdәrә qәsәbәsindә yerlәşәn vә Anzer yaylağı olaraq adlandırılan bölgәsindә istehsal edilir. Anzer balı digәr ballardan çox fәrqlәnir.  Arıların yalnız bu  bölgәdә yetişәn çiçәklәrdәn topladığı nektarlardan ibarәt olduğu üçün dad vә qoxu olaraq digәr ballardan fәrqlәnir.

Xarici botaniklərin apardıqları araşdırmalara görə, Anzer balının istehsal olunduğu yaşayış mühitində təxminən 500 çiçək növü  var və bu çiçəklərin təxminən 90-ı dünyada yalnız  Anzer yaylağında yetişir. Məhdud bir istehsal sahəsinə sahib olduğu üçün Anzer balı dünyanın ən xüsusi balı hesab edilir.

İstehlak olunduqdan sonra  güclü antioksidan təsiri yaradan Anzer balı immunitet sistemini gücləndirərək xəstəliklərdən qorunmağa kömək edir. Anzer balının antibakterial xüsusiyyətlərə  sahib olduğu da bildirilir.

C vitamini, kalium və kalsium daxil olmaqla bir çox faydalı maddə ehtiva edәn  Anzer balından gündә bir xörәk qaşığı istehlak etmәk kifayyәtdir. Tərkibində şәkәr nisbәtinin çox olması sәbәbindәn gündə bir xörək qaşığından çox istehlak olunmamalıdır. Xüsusilə şəkərli diabet və ya allergiya kimi xroniki və ciddi xəstəlikləri olan insanlar Anzer balı qəbul etməzdən əvvəl həkimlәri ilә mәslәhәtlәşmәlidirlәr.



Әlaqәli Xәbәrlәr