Azərbaycan-Ermənistan münaqişəsi

Murad Yeşiltaşın mövzu ilə əlaqədar fikirlərini təqdim edirik.

1501582
Azərbaycan-Ermənistan münaqişəsi

Ermənistan təxribatçılığını Tovuzdan sonra Dağlıq Qarabağda da göstərdi. Dinc əhalinin hədəf alınması ilə başlayan hücumlar qarşısında Azərbaycanın hərbi əməliyyatları daha təsirli oldu. İşğal altındakı çox saydakı kənd rəsmi Bakının nəzarətinə keçdi. Elə görünür ki, İrəvanın səhv hesabı olub. Rəsmi Ankaranın “Bütün gücümüzlə Azərbaycanın yanındayıq” mesajına kifayət qədər əhəmiyyət vermədiyi məlum olur. Lakin 12 iyulda Dağlıq Qarabağdan 100 km məsafədə Tovuz bölgəsinə edilən hücumdan sonra Bakı ciddi hazırlıq gördü.  Birgə hərbi təlimlərlə Türkiyənin hərbi taktikası da işə daxil oldu. Ermənistan-Azərbaycan münaqişəsinin uzunmüddətli müharibəyə çevrilməsinə icazə veriləcəyini söyləmək çox çətindir. BMT və NATO-dan əlavə ATƏT-in Minsk Qrupu həmsədrlərindən münaqişəni dayandırmağa çağırışlar edildi.
Qarşıdan gələn günlərdə Minsk qrupu danışıqlarına qayıtmaq üçün edilən təzyiqlər hər iki tərəf üzərində artacaq. Minsk danışıqlarını nəticəsiz qoyan və silahlı münaqişəni yeganə həll yolu edən Ermənistanın təxribatçı münasibətidir. 1991-ci ildə Azərbaycan ərazilərinin 20 faizini işğal edən və BMT TŞ-nın işğal altındakı bölgələri boşaltmasını istəyən dörd qərarına əməl etməyən rəsmi İrəvandır. Atəşkəs 4-5 May 1994-cü il tarixlərində Bişkek Protokolu ilə atəşkəs təmin olunsa da Dağlıq Qarabağ və işğal altındakı 7 Azərbaycan rayonunun Ermənistanın nəzarəti altında olması qəbuledilməzdir. Bu baxımdan, Cənubi Qafqazdakı bu qarşıdurmanın hər an partlamağa hazır olan bir bomba olduğu aydındır. Rusiya, Türkiyə və Fransa kimi ölkələr bu qarşıdurma səbəbilə güc rəqabətində təsirli olacağı da aydındır. 
Şərqi Aralıq dənizində gərginlik azalarkən və Türkiyə ilə Yunanıstan arasında kəşfiyyat danışıqlarının yenidən başlaması xəbəri gözlənərkən, Dağlıq Qarabağda qarşıdurmanın yenidən başlaması xeyli mənalıdır.
İlk xatırlanan şey Rusiyanın Ermənistan-Azərbaycan qarşıdurmasını təhrik edərək ABŞ-a yaxın olma işarələri göstərən İrəvanı tamamilə özündən asılı etmək istəməsi oldu. İrəvanın yardım üçün dərhal Moskvaya üz tutması bunu təmin etdi. Eləsə sualımız belə olacaq: "Qafqazı təsir dairələrindən biri kimi görməkdən heç vaxt imtina etməyən Moskvanın İrəvanı təşviq etməsinin səbəbi nə ola bilər? Suriya-İdlib və Liviyadan sonra, indi də Ermənistan-Azərbaycan münaqişəsinin alovlanması ilə Moskva Ankara ilə yeni bir rəqabət sahəsimi açır? Ankaranın yeni hərbi sahələrə daxil olaraq ifrat səviyyədə yayılmasınımı təmin edir? Yoxsa Suriya və Liviya sahələrində yeni bazarlıqlar üçün gücünümü artırır? Bu sualların cavabını almaq üçün vaxt hələ tezdir. Bununla yanaşı seçki dövründəki ABŞ-ın öz nizamını itirmiş Aİ-nin təsirsiz qalacağının düşünüldüyü aydındır.
Moskva bir daha münaqişələri və qarşıdurmaları təhrik edərək gücünü artıra biləcəyini göstərir. Gürcüstan, Ukrayna və Belarusda kənarda qalan Qərb ölkələri yenə Rusiyanın güc boşluqlarını doldurmaq siyasətini udqunaraqmı qarşılayacaq? Erməni lobbisinin prezident seçkilərinə gedər ABŞ-da təsirinin necə olacağını görəcəyik. Bu aydındır. Liviyadan Şərqi Aralıq dənizi, Suriya və Qafqaza qədər geosiyasi bir boşluq sahə yarandı. "Covid-19" pandemiyasından sonrakı dünyamız gedərək Birinci Dünya Müharibəsindən sonrakı qeyri-müəyyənliyə və güc mübarizəsinə doğru sürüşür. ABŞ-ın qismən geri çəkilməsi və Aİ-nin xarici siyasət qura bilməsindəki zəifliyi Rusiyanın yeni güc boşluqlarını doldurmaq üçün həmlələrini asanlaşdırır. Rəsmi Ankaranın Moskva ilə yaxınlaşdığı tənqidlərini irəli sürən Qərb ölkələri Türkiyənin Liviya, Suriya və Cənubi Qafqazdakı Rusiyanı qismən balanslaşdırdığını görməlidir. Gələn dünyanın geosiyasi reallıqlarına ideoloji eynəklərlə deyil, strateji maraqların rasionallığı ilə baxmağın vaxtı gəlib çatıb. 



Әlaqәli Xәbәrlәr