Türkdilli Dövlәtlәrin Әmәkdaşlıq Şurasının Koordinasiya Komitәsinin iclası

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türkdilli Dövlәtlәrin Әmәkdaşlıq Şurasının  Koordinasiya Komitәsinin iclasını qiymәtlәndirәcәyik.

1500545
Türkdilli Dövlәtlәrin Әmәkdaşlıq Şurasının Koordinasiya Komitәsinin iclası

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türkdilli Dövlәtlәrin Әmәkdaşlıq Şurasının  Koordinasiya Komitәsinin iclasını qiymәtlәndirәcәyik.

2020-ci ilin 22 sentyabr tarixindә Türk Şurasının Baş katibi Bağdad Amreyevin  sәdrliyi ilә Türkdilli Dövlәtlәrin Әmәkdaşlıq Şurasının  Koordinasiya Komitәsinin iclası keçirilib. İclada Türkdilli Ölkәlәrin  Parlament Assambleyasının Baş katibi Dusen Kaseynov, Beynәlxalq Türk Akademiyasının rәhbәri Darhan Kıdırali vә Türk Mәdәniyyәt vә İrs Vәqfinin rәhbәri Günay Efendiyeva qatılıb.

Türkdilli Dövlәtlәrin Әmәkdaşlıq Şurasının  Koordinasiya Komitәsi 2019-cu ilin 15 oktyabr tarixindә Bakıda  tәşkil eilәn VII Türk Şurasının zirvә görüşündә qәbul edilәn qәrarla qurulmuşdu. Sözügedәn komitә Türk Dünyası ölkәlәri arasında koordinasiyanı artırmaq, Türk Şurası, TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mәdәniyyәt vә İrs Vәqfi arasındakı әmәkdaşlığı tәmin etmәk istiqamәtindә fәaliyyәlәr aparacaq.

İclasda Türk Şurası, TÜRKSOY, TürkPA, Türk Akademiyası, Türk Mәdәniyyәt vә İrs Vәqfinin 2021-ci ildә aparacağı fәaliyyәlәr planlaşdırıldı. İclas nәticәsindә Türkdilli Dövlәtlәrin Әmәkdaşlıq Şurasının  Koordinasiya Komitәsinin üzvlәri fәaliyyәt göstәrәcәklәri sahәlәrdәki birgә prinsiplәr mәsәlәsindә razılıq әldә etdilәr. Qarşıdakı günlәrdә Türk Әmәkdaşlıq Tәşkilatının 2020/2021 illәri üçün yol xәritәsi hazırlanacaq.Türk Şurasının Baş katibinin müavini Sultan Raev komitәyә üzv tәşkilatlar ilә koordinasiya fәaliyyәtlәri aparacaq.

Son illәrdә Türk Dünyasının ortaq beynәlxalq tәşkilatlarının fәaliyyәtlәri vә tәdbirlәri artıb. Bu fәaliyyәlәr Türk Cümhuriyyәtlәri tәrәfindәn Türk Dünyasında әmәkdaşlığın artırılması üçün ayrılan vәsaitin daha faydalı işlәrә  istifadә edilmәsi üçün çox әhәmiyyәlidir. Türk Şurası Türkdilli Dövlәtlәrin Әmәkdaşlıq Şurasının Koordinasiya Komitәsinin daha sәmәrәli fәaliyyәt aparması üçün  şurada işlәyәn mütәxәssis sayını artıra bilәr.  

Türk Şurası  təhsil, gənclik və idman, iqtisadiyyat, nəqliyyat, gömrük, turizm, diaspora, informasiya və kommunikasiya texnologiyaları, media və informasiya sahələrində Türk Dünyasında koordinasiyanın və əməkdaşlığın inkişaf etmәsi üçün sәylәr göstәrir. Türkiyәdә  ali tәhsil alan vә  Türk Cümhuriyyәtlәrindәn olan istedadlı tәlәbәlәrә Türk Şurasında  bir illik tәcrübә  imkanının verilmәsi şuranın fәaliyyәtlәrinә töhfә verә bilәr. Vurğulamalıyıq ki, Tük Şurasının növbәti zirvә görüşündә sözügedәn tәşkilatlar Nursultan Nazarbayevin tәklifini nәzәrә alaraq ‘‘Türkdilli ölkәlәr’’ ifadәsini ‘‘Türk Dövlәtlәri’’ ifadәsi ilә dәyişdirmәlidirlәr.



Әlaqәli Xәbәrlәr