Şәrqi Aralıq dәnizindә yeni geopolitik

Murad Yeşiltaşın mövzu ilə əlaqədar fikirlərini təqdim edirik.

1488437
Şәrqi Aralıq dәnizindә yeni geopolitik

Son həftələrdə Şərqi Aralıq dənizində baş verənlər, Orta Şərq və Şimali Afrikadan (MENA) ibarət olan bölgədəki geopolitik mübarizənin daha aydın mənzərəsinin ortaya çıxmasına imkan yaratdı. Şübhə yoxdur ki, super geosiyasi mübarizə sahəsi kimi təsvir edilə biləcək olan bu bölgə qarşıdan gələn dövrdə müxtəlif güclərin olduğu rəqabətin ən çox yaşanacağı bölgələrdən birinə çevriləcək.
Şərqi Aralıq dənizində baş verənlər Orta Şərqdə yaşanan geopolitik rəqabətin davamı olacaq. Səudiyyə Ərəbistanı və BƏƏ, Levant bölgəsindəki Misir və İsrailin təbii müttəfiqləri olaraq Aralıq dənizindəki rəqabətə daxil olub. Bu cəbhənin əsas hədəfi Türkiyənin çevrələnməsi və məhdudlaşdırılmasıdır.  Bu nöqtədə sözügedən ölkələr Yunanıstan və Kıbrıs Rum tərəfilə yeni bir ittifaq qurdular. Son vaxtlarda BƏƏ-Yunanıstan təlimləri buna nümunə kimi göstərilə bilər.
 Bu blokun əsas hədəfi Türkiyənin əhatələnməsi və məhdud edilməsidir. Ölkəni çevrələmək Türkiyə əleyhinə geopolitik blokun Türkiyənin hərəkət sahəsini daraldacaq siyasətləri işə daxil etməsidir. Məhdudlaşdırma isə Türkiyənin hərbi gücünü balanslayaraq əsgəri təsirini minimuma endirmək şəklində təsvir edilə bilər. 

Çevrələməyin ilk faktlarından biri Türkiyəni balanslaşdırmaq üçün beynəlxalq bir koalisiya yaratmaqdır. Bu mənada yunan mediasında Türkiyə Soyuq Müharibə dövründəki Sovet İttifaqına oxşadılır. Əhatəyə salmağın ikinci ayağını isə Şərqi Aralıq dənizi ölçülü geosiyasi və geoiqtisadi mübarizə təşkil edir. Bu nöqtədə Türkiyənin Liviya və Aralıq dənizindəki həmlələri narahatlığın əsas qaynağını təşkil edib.
Türkiyəni çevrələmək üçün yaradılan ittifaqda Yunanıstan bir addım qabaqda, Fransa isə özünə aqressiv addımlarla yer tapmağa cəhd göstərən güc kimi ortaya çıxır. 

Makronun Levantda özünə yeni yer tapmağa cəhd göstərməsini bu istiqamətdə atılmış addım kimi görmək lazımdır. Fransa Avropada yaranan boşluğu keçmişdəki gücünü möhkəmləndirərək doldurmaq və bu nöqtədən hərəkətlə Almaniya qarşısında yeni bir mövqe əldə etmək istəyir. 

Yunanıstan isə çox sadə səbəblərlə hərəkət edir. Türkiyənin mərkəzdə yerləşdirildiyi "ideoloji" Ellenistik strategiyanı bir kənara qoysaq hədəf Türkiyənin qarşısında tək qalmamaq üçün çoxtərəfli koalisiyanın bir hissəsi kimi özünü ilkin plana çıxarmaqdır.  ABŞ, İsrail, BƏƏ, Misir, Fransa, Səudiyyə Ərəbistanına davamlı göz etməsinin səbəbi də elə budur. Çünki tək başına Türkiyə ilə qala biləcəyi bir qarabasma ssenarisi Yunanıstanın ciddi qorxularının yenidən ortaya çıxmasına səbəb ola bilər. 

Məhdudlaşdırma strategiyası isə hərbi elementləri əhatə edir. Bu mənada, ABŞ-Yunanıstan müdafiə əməkdaşlığı təşəbbüsünün Türkiyəni hərbi olaraq blanslaşdırma məqsədi daşıdığı çox aydındır. Bu çərçivədə ABŞ-ın son dövrdə atdığı addımları sadalamaq öz yerinə düşərdi. Giritdə yerləşən Souda Hərbi Bazasının genişləndirilərək müasir hala salınması, Larisa hava limanının bərpası, Stefanovikeio Hava Bazasının tutumunun artırılması və Dedeağaç limanının modernləşdirilməsi kimi addımlar bu addımların ən vaciblərindən sayılır. Digər tərəfdən, ABŞ-ın  "F-35" tədarükü mövzusunda Yunanıstana göz eləməsi Yunanıstanın Fransadan 18 ədəd (8-i qrant) Rafale tipli döyüş təyyarəsi alması kimi mövzular da Türkiyəni tarazlaşdırma yönümlü hərəkətlər arasındadır. Digər tərəfdən, rəsmi Vaşinqtonun yunan tərəfinə qarşı silah embarqosunu qaldırdığını elan etməsi də siyahıya əlavə edilməlidir. Lakin bu nöqtədə indilik ABŞ-ın Kıbrıs Rum İdarəsini ağır silahlarla təmin edəcəyi gözlənilmir. Çünki belə bir hərəkətin Türkiyəni itirmək və Türkiyə Kıbrıs üzərində Türk alternativlərinin həyata keçirilməsi mənasını daşıyacağını da hər kəs təxmin edir. 
 Bu nöqtədə 1997-ci il böhranını xatırlamaq uyğun olar. Cənubi Kıbrıs Rum İdarəsinin Rusiyadan S-300 almaq üçün təşəbbüs etməsi zamanı Türkiyənin həm adanı blokadaya alma,  həm də müdaxilə kartını eyni anda ortaya qoyması nəticəsində Rum İdarəsi raketləri Yunanıstana vermək məcburiyyətində qalmışdı. 

Türkiyənin çevrələnməsi və məhdudlaşdırılması indilik siyasi bir layihədir. Layihənin həyata keçirilməsi ən çox NATO-ya zərər verəcək. Şərqi Aralıq dənizi bu mənada ən vacib sınaq bölgələrindən birinə çevrildi. Şərqi Aralıq dənizi bundan sonra geosiyasi, geoiqtisadi və hərbi gərginliklərə səhnə olacaq. Bu gərginlikdə qətiyyətli və səbirli olan qazanacaq.



Әlaqәli Xәbәrlәr