Türkiyәnin PKK terror tәşkilatı ilә mübarizәsi

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun mәsәlә ilә bağlı analitik yazısı.

1476347
Türkiyәnin PKK terror tәşkilatı ilә mübarizәsi

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun Türkiyenin PKK terror teşkilatı ile mübarizesi  adlı analitik yazısnı teqdim edirik...

İraqda dalbadal öldürülən PKK terror təşkilatının başçılarına dair xəbərlər məbuat orqanlarında öz əksini taparkən, Türkiyə terrorla mübarizədə son bir neçə ildir dəyişdiyi strategiyasının nəticəsini əldə etməyə başlayıb. 15 iyul 2016 tarixində çevriliş təşəbbüsündən sonra yeni bir təhlükəsizlik doktrinası ilə təhdidi mövcud olduğu yerdə məhv etmə strategiyasını həyata keçirən Türkiyə həmin zamanda milli imkanlarla inkişaf etdirdiyi texniki qabiliyyət və güclü kəşfiyyatı ilə PKK terror təşkilatını indiyədək olmadığı qədər zəiflədib.
Türkiyə son illərdə PKK terror təşkilatına yönəldilmiş tamamilə sahədə tam təzyiqli deyə biləcəyimiz strategiya ilə çox aqressiv bir döyüş mübarizəsi ortaya qoyur. Təşkilatın Türkiyə, İraq və Suriya səthində yayılmış mövcudluğunu davamlı təzyiq altında saxlayacaq, rəhbər kadrını hədəf alaraq idarəetmə təşkilatlanmasını  zəiflədəcək hərəkət tərzini həyata keçirib. 15 iyuldan qısa müddət sonra sərhəddən kənarda "Fərat qalxanı" əməliyyatına başlandı. Daha sonra "Zeytun budağı" əməliyyatı, "Sülh çeşməsi", "Qətiyyətlilik" və hazırda davam Pəncə-Qaplan əməliyyatlarını həyata keçirdi. Bu əməliyyatlarla terror təşkilatını təzyiq altında saxlayaraq hərəkət qabiliyyətini zəiflətməyin yollarını axtarır. Türkiyə daha əvvəllər sərhəddən kənardakı əməliyyatlarını həyata keçirib əlaqədar bölgələrdən çıxdıqda, artıq daimi şəkildə sahəyə nəzarət edib təştilatın yenidən o bölgələrdə təkrar yerləşib, təkrar çıxmasının da qarşısını almağa başlayıb. 
Bütün bunlarla yanaşı Türkiyə artıq daha təsirli şəkildə təşkilat başçılarını hədəf alaraq, strategiya daxilində təşkilatın idarəetmə quruluşunu zərərsizləşdirməyə cəhd göstərir. Son bir neçə ildə KCK idarə heyəti üzvü bir neçə şəxs, ayrıca Türkiyə, İraq və Suriyadakı sahə komandanlarının əhəmiyyətli hissəsi zərərsizləşdirilib. Burada güclü kəşfiyyat ilə yanaşı Türkiyənin də öz milli imkanları ilə istehsal etdiyi pilotsuz uçuş aparatlarının ciddi təsiri olmuşdur.
Türkiyənin istehsal etdiyi və dünyanın da qibtə ilə baxdığı "TB2" və "Anka" kimi silahlı pilotsuz uçuş aparatları terror təşkilatının hərəkət gücünü deməli tamamilə bitirib, terror təşkilatını ruhdan salıb. Türkiyədə hazırda mövcud olan terrorçu sayı üç yüzə qədər azalıb, terror təşkilatı İraq və Suriyada da müdafiə mövqeyinə düşüb, terror aktı törətmək və qarşı hücuma keçmək gücünü böyük miqyasda itirib.



Әlaqәli Xәbәrlәr