Ayasofyanın yenidən məscidə çevrilməsinin Avrasiyada yaratdığı əks-səda

"Avrasiya gündəmi" proqramının bugünkü buraxılışında Ayasofyanın yenidən məscidə çevrilməsinin Avrasiyada yaratdığı əks-sədadan danışacağıq

1456254
Ayasofyanın yenidən məscidə çevrilməsinin Avrasiyada yaratdığı əks-səda

 

  "Avrasiya gündəmi" proqramının bugünkü buraxılışında Ayasofyanın yenidən məscidə çevrilməsinin Avrasiyada yaratdığı əks-sədadan danışacağıq.

  10 iyul 2020-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzasıyla Ayasofya Muzeyi yenidən məscidə çevrildi. Bu mövzu Avrasiya ölkələrində geniş əks-səda yaratdı: yüzlərlə xəbər və şərhlər yayıldı. Çünki Ayasofya Avrasiya xalqlarını həqiqətən maraqlandıran mənəvi bir məbəddir.

  Avrasiyanın ortodoks inancı hakim ölkələrində dini başçı və bəzi siyasətçilər sözügedən qərara reaksiya verdikləri halda bölgənin türk və müsəlman xalqları mövzunu sevinclə qarşıladılar. Sosial mediada yüz minlərlə şərh, təbrik və bəyənmə oldu. Hətta bir Qırğızıstan vətəndaşı yeni doğulan körpəsinə Ayasofya adını verdi.

  Ərdoğanın qərarıyla Ayasofyanın yenidən məscidə çevrilməsinin mühüm bir dönüş nöqtəsi olduğu vurğulanmaqdadır.

  Qərara əks reaksiya göstərənlər Türkiyədə dünyəviliyin əldən getdiyini söyləyərkən öz münasibətlərinin dini həssaslıqdan qaynaqlandığını, bu səbəbdən özlərini ziddiyyətli vəziyyətə saldıqlarını düşünmürlər. Üstəlik bunlar tarix boyu və bu günə qədər İslam ibadətxanalarını bağlayan, onları kilsə, muzey və ya başqa dövlət qurumu binasına çevirən ölkələrin nümayəndələridir. Son əsrdə ateizm siyasəti yeridən Rusiya Kommunist Partiyasının Ayasofya qərarına reaksiya verərək rusiyalıları Türkiyəyə getməməyə çağırması isə çox tragikomikdir.

   Bəzi Rusiya yazıçıları isə mövzuyla əlaqədar həddindən artıq ifrata vararaq İstanbulun fəthini 11 Sentyabr hadisələrilə yersiz bənzətmə edirlər. Tarixi gerçəklər isə ortadadır. Burada tarixlə əlaqədar bir nüansı da qeyd edək ki, onlar "Moskva üçüncü Roma"dır ifadəsini belə sonradan yaradaraq özlərinə şüar yaradıblar.

  İstanbul xəlifəliyin mərkəzi elan edildiyi vaxtdan Avrasiya coğrafiyasında yaşayan müsəlmanlar Həcc ziyarətlərini yerinə yetirərkən, yollarının uzanmasına baxmayaraq, İstanbul üzərindən Ərəbistana getməyə üstünlük vermişlər. Osmanlı padşahının hüzuruna çıxmaq, xəlifə ilə birlikdə bir cümə namazını qılmaz, Eyüp Sultan, Sultan Əhməd, Ayasofya məscidlərində ibadət etmək üçün hacı namizədləri mütləq İstanbulda olmaq istəyirdi. Avrasiya coğrafiyası müsəlmanlarının İstanbulla əlaqələri şəhərdə olan müxtəlif (özbəklər, Buxara və s.) təkkələr üzərindən qurulurdu. Ona görə bugünkü Avrasiya müsəlmanları da Ayasofyanın yenidən ibadətə açılmasına çox böyük qiymət verirlər.

   Bildiyimiz kimi, Türkiyə son illər ortodoks dünyasında özünəməxsus yer tutmağa başlayıb. Fənər Rum Ortodoks Patriarxı vasitəsilə Ukrayna Patriarxının Moskvadan ayrılması və Ayasofyanın yenidən məscid edilməsi bu yolda mühüm mərhələlər sayıla bilər.

  Ortodoks və sünni müsəlman nümayəndələri əsrlərdir eyni coğrafiyanı paylaşaraq yaşayırlar. Qarşılıqlı ünsiyyət və ya anlaşılmazlıqların olub-olmamasından asılı olmayaraq birlikdə yaşamaq da məcburiyyətindədirlər. Bu baxımdan ortodoks dünyasının Ayasofyanın məscid olmasını qəbul etmələri və müxtəlif təxribatlara uymamaları lazımdır. Ayasofyanın ibadətə açılması Türkiyənin rəhbərliyi ilə Türk-İslam dünyasının istiqamətini özünə çəkəcəyinin, fəthin simvoludur.



Әlaqәli Xәbәrlәr