Liviyadaki hәrbi vә siyasi proseslәr

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun mәsәlә ilә bağlı analitik yazısı.

1452201
Liviyadaki hәrbi vә siyasi proseslәr

‘‘Hәftәnin analizi’’ proqramının bu günkü hissәsindә Liviyadaki hәrbi vә siyasi proseslәri qiymәtlәndirәcәyik.

Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn dәstәklәnәn Liviya Milli Hәmrәylik Hökumәtinә sadiq qüvvәlәr  Sirte vә Cufra şәhәrlәrini әlә keçirә bilmәk üçün hazırlıq edәrәk  bu bölgәlәrin әtrafına yerlәşib. Hafterә sadiq silahlılar isә Rusiyanın Suriya üzәrindәn Cufraya göndәrdiyi döyüş tәyyarәlәri vǝ  Birlәşmiş Әrәb Әmirliklәrinin maliyyә dәstәyi ilә Әsәd rejiminә sadiq silahlıları bölgәyә daşıması  ilә hәrbi mәnada müqavimәt göstәrir. Hәrbi proseslәr ilә yanaşı diplomatik sahәdә dә Liviyada ciddi mәnada hәrәkәtlilik müşahidә olunur. Birlәşmiş Әrәb Әmirliklәrinin dә istiqamәtlәndirmәsi ilә Misirdәki çevrilişçi general Abdulfәttah әl-Sisi açıq bir şәkildә Liviyadakı qarşıdurmalara midaxilә edә bilәcәklәrini açıqlayıb. Türkiyәnin  Milli Hәmrәylik Hökumәtinә sadiq qüvvәlәrә verdiyi dәstәkdәn sonra Hafteri dәstәklәyәn aktyorlar birbaşa müdaxilә etmәk mәcburiyyәtindә qalıb. Rusiya, Fransa, Birlәşmiş Әrәb Әmirliklәri vә Misirin yaratdığı koalisiya Milli Hәmrәylik Hökumәtinә sadiq qüvvәlәrin Liviyaya hakim olmasına mane olmaq üçün addımlar atmağa başlayıb. Bu koalisiyanın ilkin prioriteti diplomatiya masasını hәrәkәtә keçirәrәk atәşkәsi tәmin etmәk vә  Hafterә sadiq qüvvәlәri xilas etmәk oldu. Bu vaxt әrzindә Rusiyanın bölgǝyǝ çox sayda döyüş tәyarәsi göndәrmәsi vǝ  Birlәşmiş Әrәb Әmirliklәrinin tәmin etdiyi maliyyә dәstәyi ilә Bәşәr Әsәd rejiminә sadiq qüvvәlәri Liviyadakı cәbhә xәttlәrinә daşıması  geri çәkilmәnin dayanmasına sәbәb oldu. Birlәmiş Әrәb Әmirliklәrinin ölkәnin qәrbindәki Vatiyyә hәrbi hava bazasına hava hücumu tәşkil etmәsi müvafiq koalisiyanın nә dәrәcә qәtiyyәtli olduğunu göstәrdi. Bu ölkәlәr mövcud vәziyyәti qorumaq vә Sirte ilә Cufra kimi şәhәrlәrin Milli Hәmrәylik Hökumәtinin nәzarәtinә keçmәsinә mane olmaq istәyir. Türkiyә isә qanuni hökumәtә dәstәk vermәyә davam edir. Son hәftәlәrdә Türkiyәdәn Tripoliyә edilәn yüksәk sәviyyәli sәfәrlәr  vә әldә olunan bәzi müqavilәlәr bu vәziyyәti daha da güclәndirib.

Türkiyә Liviyadakı problemin diplomatik yolla hәll edilmәsini istәyir vә davamlı atәşkәs tәmin olunduqdan sonra siyasi hәllin hәyata keçirilmәsi üçün sәylәr göstәrir. Lakin bunun üçün 2015-ci ildә Mәrakeşdә bağlanan Süheyrat müqavilәsinǝ ǝsasǝn   Sirte vә Cufra kimi iki kritik әhәmiyyәtә malik bölgә Milli Hәmrәylik Hökumәtinә sadiq qüvvәlәrin nәzarәtinә keçmǝlidir.

Tǝrǝflǝrin  bu mövzuda  razılıq әldә etmәsi mümkün deyil. Qarşıdakı günlәrdә Milli Hәmrәylik Hökumәtinә sadiq qüvvәlәrin Sirteni nәzarәtinә keçirmәk üçün hәrәkatә keçәcәyini deyә bilәrik.

 



Әlaqәli Xәbәrlәr