İspaniya qәzetinin ‘‘Dünyanın әn gözәl bayrağı’’ ilә bağlı sorğu keçirdiyini bilirsinizmi?
İspaniyada bir qәzetin aprel ayında keçirdiyi sorğuda vәtәndaşlara ‘‘dünyanın әn gözәl bayrağı hansıdır?’’ sualını verib.
İspaniyada bir qәzetin aprel ayında keçirdiyi sorğuda vәtәndaşlara ‘‘dünyanın әn gözәl bayrağı hansıdır?’’ sualını verib. Türkiyә bayrağı 49 min 100 sәslә birinci pillәdә qәrarlaşıb.Ev sahibi İspaniya isә 18 min 800 sәslә ikinci pillәdә, Amerika Birlәşmiş Ştatları bayrağı isә 6 min 700 sәslә üçüncü pillәdә qәrarlaşıb. 18-ci yüzildәki Türkiyә bayrağı bu günkü bayrağa çox oxşayırdı. Bu bayraqdakı sәkkiz güşәli ulduzun qələbəni simvollaşdırdığı və Osmanlı Dövlətinin qələbələrlə dolu keçmişinə işarә etdiyi üçün istifadə edildiyi deyilir.
1844-cü ildə qәbul edilәn qərarla Türk bayrağı üzərindəki səkkizguşəli ulduz insanı təmsil etdiyi düşünülən beşguşəli formanı alır. Bəzilərinin fikrincə Türkiyə bayrağında tәsvir olunan aypara formasındakı ay İslam dinini təmsil edir, digərlərinə görə, Göy Tanrısına olan inancı tәmsil edir. Ulduzun isә müstәqilliyi tәmsil etdiyi bildirilir.