Dünyanın әn böyük top mәrmisinin Osmanlı İmperiyası tәrәfindәn istifadә edildiyini bilirsinizmi?

1453-cü ilәdәk olan müharibәlәrdә barıt vә top mәrmisi istifadә edilsә dә, heç kim Osmanlı ordusu kimi iri çaplı silahları sınaqdan keçirmәmişdi.

1423413
Dünyanın әn böyük top mәrmisinin Osmanlı İmperiyası tәrәfindәn  istifadә edildiyini bilirsinizmi?

 

Dünyanın әn böyük top mәrmisinin Osmanlı İmperiyası tәrәfindәn  istifadә etdiyini bilirsinizmi?

1453-cü ilәdәk olan müharibәlәrdә barıt vә top mәrmisi istifadә edilsә dә, heç kim Osmanlı ordusu kimi iri çaplı silahları sınaqdan keçirmәmişdi.

İstanbul Osmanlı ordusu tәrәfindәn mühasirәyә alındığı zaman bizanslıların da atәş edәn mexanizmlәri vardı. Bu silahlar Bizansın öz divarlarına zәrәr verirdi. Osmanlı ordusunun sahib olduğu top mәrmisinin uzunluğu 8 metr idi. Top mәrmisinin güllәsi isә 544 kiloqram ağırlığında idi. Top mәrmisinin güllәsi ağır olduğu üçün gündә yalnız beş-altı dәfә atәş açmaq mümkün olurdu. Top mәrmisi iki hissә şәklindә Macar Urban tәrәfindәn hazırlanmışdı.

Hәmin top mәrmisi 1807-ci ildә İstanbulun fәthindәn 354 il sonra da istifadә edilib. Top mәrmisi Çanaqqala boğazından  keçmәyә çalışan İngilis donanmasına qarşı da istifadә edilib vә donanma  geri çәkilmәyә mәcbur olub. 1870-ci ildә Sultan Әbdülәziz 1464-cü ildә hazırlanan top mәrmisinin bir nümunәsini İngiltәrәyә hәdiyyә edib. Bu hәdiyyә bu gün İngiltәrәnin Fort Nelson artileriya muzeyindә nümayiş etdirilir.



Әlaqәli Xәbәrlәr