Türk Şurasına üzv dövlәtlәrin keçirdiklәri fövqәladә zirvә görüşü

‘‘Avrasiya gündәmi’’ proqramımızın bu günkü hissәsindә Türk Şurasına üzv dövlәtlәrin liderlәrinin 2020-ci ilin 10 aprel tarixindә keçirdiklәri fövqәladә iclası qiymәtlәndirәcәyik.

1398774
Türk Şurasına üzv dövlәtlәrin keçirdiklәri fövqәladә zirvә görüşü

‘‘Avrasiya gündәmi’’ proqramımızın bu günkü hissәsindә Türk Şurasına üzv dövlәtlәrin liderlәrinin 2020-ci ilin 10 aprel tarixindә keçirdiklәri fövqәladә iclası qiymәtlәndirәcәyik.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin 10 aprel tarixindә telekonfrans vasitәsilә ‘‘Covid-19 pandemiyası ilә mübarizәdә hәmrәylik vә әmәkdaşlıq’’ başlıqlı zirvә görüşü baş tutub.

 Zirvә görüşündә Azәrbaycan, Qazaxıstan, Qırğızıstan, Özbәkistan, Türkiyә vә Türkmәnistan prezidentlәri, Macarıstan baş naziri, Ümumdünya Sәhiyyә Tәşkilatının baş direktoru vә Türk Şurasının baş katibi iştirak edib. Türk Şurası ‘‘Covid-19’’la mübarizә mәsәlәsindә dövlәt başçıları sәviyyәsindә telekonfrans vasitәsilә tәşkil edilәn ilk beynәlxalq tәşkilat olaraq tarixә keçib. Ümumdünya Sәhiyyә Tәşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Türk Şurasına üzv dövlәtlәrin liderlәrinә yeni növ koronavirusa qarşı aparılan mübarizә mәsәlәsindә nümayiş etdirdiklәri hәmrәyliyә görә tәşәkkür edib.

Zirvә görüşündә Türk Şurasına üzv dövlәtlәrin bu pandemiyaya qarşı apardığı mübarizә ilә bağlı mәlumat verilib vә bundan sonar görülәcәk tәdbirlәr müzakirә olunub.

Zürvә görüşündә hәmçinin Şuraya üzv dövlәtlәr arasında böhran zamanı və pandemiyadan sonrakı dövrdə ticari-iqtisadi əlaqələri davam etdirmək və maneəsiz nəqliyyat əlaqələrini təmin etmək üçün birgə səylər və ümumi tədbirlərə toxunulub.Görüşdә qida təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülmәsi ilә bağlı qәrar qәbul edilib.

Pandemiya sәbәbindәn ölkәlәrinә qayıda bilmәyәn vәtәndaşların vәziyyәti dә zürvә gçrüşünün gündәmindә olub. Liderlәr bu vәtәndaşlara lazımi yardımın göstәrilmәsi mәsәlәsindә razılıq әldә ediblәr.

Türkdilli Dövlәtlәrin liderlәri yeni növ koronavirusla mübarizәdә beynәlxalq ictimaiyyәtlә әmәkdaşlığı güclәndirmәyә hazır olduqlarını bәyan ediblәr. Pandemiya ilә mübarizәdә Birlәşmiş Millәtlәr Tәşkilatının vә Ümumdünya Sәhiyyә Tәşkilatının sәylәrinin dәstәklәnmәsinin әhәmiyyәtinә diqqәt çәkilib. Zirvә gürüşünün sonunda liderlәr birgә bәyannamә yayımladılar.

Keçәn hәftә Türk Şurasına üzv dövlәtlәrin Ticarәt vә Sәnaye Palatalarının rәhbәrlәri telekonfrans vasitәsilә görüş keçirdi vә hәmin sektorlardakı problemlәri müzakirә etdi. Fövqәladә zirvә görüşündә tәşkilata üzv dövlәtlәrin sәhiyyә, ticarәt vә nәqliyyat nazirlәrinin dә pandemiya ilә mübarizә çәrçivәsindә görüş keçirmәlәrinin vacibliyi vurğulanıb.

Dünyada yayılmağa davam edәn yeni növ koronavirus epidemiyası Türk Şurasına üzv dövlәtlәrin bir-birlәri ilә daha sıx әmәkdaşlıq etmәlәri üçün bir fürsәtdir. Bu çәrçivәdә Transxәzәr nәqliyyat marşrutunun güclәndirilmәsi әhәmiyyәt kәsb edir. Türkiyә başda olmaqla tәşkilata üzv olan bütün dövlәtlәr tibbi lәvazimatdan qidayadәk bir çox mövzuda bir-birlәrinә yardım etmәk imkanına malikdirlәr. Pandemiya vә pandemiyadan sonraki dövrdә bir-birlәrinin ehtiyaclarını ödәmәk tәbii olaraq tәşkilata üzv dövlәtlәri  bir-birinә daha da yaxınlaşdıracaq. Pandemiyadan sonraki dövrdә güclü bir Türk Dünyası bütün bәşәriyyәtin faydasına olacaq.



Әlaqәli Xәbәrlәr