Əfqanıstandakı mövcud vəziyyət

‘‘Avrasiya gündǝmi’’ proqramının bu günkü hissǝsindǝ Əfqanıstandakı mövcud vəziyyəti qiymətləndirəcəyik.

1385648
Əfqanıstandakı mövcud vəziyyət

 

‘‘Avrasiya gündǝmi’’ proqramının bu günkü hissǝsindǝ Əfqanıstandakı mövcud vəziyyəti qiymətləndirəcəyik.

Əfqanıstanda “Taliban”silahlıları  ilə ordu arasında qarşıdurmalar səngimək bilmir. 2020-ci ilin 20 mart tarixində Əfqanıstanın Zabul əyalətində təhlükəsizlik qüvvələri arasına  sızan Taliban silahlılarının törətdiyi hücum nəticəsində 20-dən çox təhlükəsizlik xidməti əməkdaşı həlak olub.Martın 6-da Kabildə keçirilən anma mərasimində törədilən silahlı və bombalı  hücum nəticəsində 27 nəfər həlak oldu. Ölkədə hər gün törədilən hücumlar nəticəsində çox sayda insan yaralanır və ya həlak olur.
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı dəstək missiyasının fevral ayında yayımladığı hesabata görə,  son 10 ildə ölkədə 100 mindən çox mülki vətəndaş  ölüb və ya xəsarət alıb.

2020-ci ilin 29 fevral tarixində Dohada ABŞ və Taliban arasında   şülh razılaşması əldə olunmuşdu. Razılaşmaya əsasən,  Amerika Birləşmiş Ştatları ölkədəki  qoşunlarını 14 ay ərzində ölkədən çıxaracaqdı. Ancaq son bir ayda yaşanan hadisələr razılaşmanın kağız üzərində qaldığını göstərir.

Ekspertlərin əksəriyyəti razılaşmanın kağız üzərində qalmasını ölkədəki siyasi böhranla əlaqələndirir. Ötən il ölkədə keçirilən prezident seçkiləri ilə bağlı müzakirələr hələ də davam edir. Əfqanıstan Müstəqil Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərində qələbə qazanan Eşref Gani (50.64%) və səslərin 39.52%-ni toplayan  Abdullah Abdullah 2020-ci ilin 9 mart tarixində seçkilərdə  qalib gəldiyini iddia edərək ayrı-ayrılıqda  and içmə mərasimi keçirdilər.

ABŞ-Taliban arasında əldə olunan razılaşmadan sonra ölkənin gündəmini həbsxanadakı altı min Taliban üzvünün azad ediləcəyi ilə bağlı məsələ zəbt edib.

Tərəflər bu məsələ ilə bağlı hələ razılığa gəlməyiblər. Bu məsələ ölkədəki hadisələrin istiqamətinə birbaşa təsir göstərəcək.

Taliban ilə Amerika Birləşmiş Ştatları arasında əldə olunan razılaşmanın həyata keçirilməsi üçün beynəlxalq aktyorlar da razılıq əldə etməlidirlər. Pakistan, İran, Çin, Aİ, Rusiya, Türkiyə  kimi ölkələr Əfqanıstan məsələsində razılıq əldə etməsələr öklədəki vəziyyətin düzəlməsi çətindir. Əfqanıstanda prezident seçkilərindən sonra keçirilən  andıçmə mərasimində beynəlxalq aktyorlar arasında  fikir ayrılığının  olduğu aydın şəkildə müşahidə olunub.

Son illərdə Özbəkistan da  Əfqanıstan probleminin həlli üçün səylər  göstərir. İki ölkənin qonşu  ölkələr mövqeyində olması  və Əfqanıstanda toplanan beynəlxalq terror təşkilatlarının üzvlərinin Orta Asiyaya hücum etmək niyyəti Özbəkistandan bu məsələ ilə bağlı daha fəal siyasət yürütməsini tələb edir.

Əfqanıstan 5 iranlı diplomatı ''istənməyən şəxs'' adlandıraraq deportasiya edib. Məlum olduğu kimi İran bundan əvvəl əfqan gənclərindən ibarət Fatimiyyun briqadasını Suriyaya göndərmişdi. Tehran rəhbərliyi də Talibanla əlaqə qurmuşdu. İranın Əfqanıstanın daxili işlərinə həddən artıq qarışması Kabili narahat edir.

Pakistan rəhbərliyi Əfqanıstanda sabitliyin təmin olunması  və siyasi aktyorlar arasında razılığın əldə olunması məsələsində məsuliyyət daşımalıdır.

Mövcud proseslər Amerika Birləşmiş Ştatları ilə Taliban arasında əldə olunan razılaşmanın hələlik  həyata keçmədiyinin göstəricisidir.
Əfqanıstanda sabitliyin təmin edilməsi  bir çox daxili və xarici amillərdən asılıdır. Bütün dünyada yayılmağa davam edən koronavirus  epidemiyası bu ölkədə yayılarsa  onsuz da zəif olan səhiyyə infrastrukturunu daha da ağırlaşdıracaq. Bu səbəbdən  ölkədəki siyasi aktyorlar qısa müddətdə razılıq əldə etməlidirlər.



Әlaqәli Xәbәrlәr