Darıdan hazırlanan bozanın insan sağlamlığı üçün müxtəlif faydalarının olduğunu bilirsinizmi?

Məlum olan ən qədim Türk içkilərindən biri olan və darıdan hazırlanan içki növü bozanın (boza) insan sağlamlığı üçün müxtəlif faydalarının olduğunu bilirsinizmi?

1372677
Darıdan hazırlanan bozanın insan sağlamlığı üçün müxtəlif faydalarının olduğunu bilirsinizmi?

Bunları Bilirsinizmi_10_2020

Məlum olan ən qədim Türk içkilərindən biri olan və darıdan hazırlanan içki növü bozanın (boza) insan sağlamlığı üçün müxtəlif faydalarının olduğunu bilirsinizmi?

Tarixi minlərlə il əvvəlinə əsaslanan boza ənənəvi bir Türk içkisidir. Hazırda qədim Osmanlı coğrafiyası ilə Orta Asiya coğrafiyasının bəzi bölgələrində istehlak edilir.  Qış günlərinin vaz keçilməz içkisi olan boza Türkiyədə ümumilikdə sarı ləbləbi ilə birlikdə təqdim olunur.  İri darı unu, su və şəkərdən hazırlanan bu içki ümumilikdə qış aylarında içilir. Mayalanmış bu məmul olanadək tərkibində müxtəlif süd turşusu bakteriyası əmələ gəlir. Bu mayalar və süd turşusu bakteriyaları probiotik təsir göstərir. Faydalı bakteriyalar sayəsində immunitet sistemi güclənir, bədənin müqaviməti artır. Bozanın ehtiva etdiyi faydalı bakteriyalar istehlak etdiyimiz qidalarla bədənimizə daxil olan zəhərli, allergen və kanserogen maddələri məhv edir. Boza xeyli qidalandırıcı və enerji verən bir içkidir. Tərkibində zəngin bir karbohidrat və B vitamini tərkibi var. Bu səbəbdən kökəlmək istəyənlər, yeniyetmələr, halı olmayanlar, yüksək enerjisi olan pəhrizlə qidalanması lazım olanlar və ağır iş görənlərə tövsiyə edilə bilər.

Bozə A,B qrupu E vitaminləri və kalsium, dəmir, fosfor mineralları cəhətdən də zəngindir. Diqqət yetirilməsi lazım olan mövzu bozanın etibarlı və gigiyenik şərtlərdə hazırlanmasıdır.



Әlaqәli Xәbәrlәr