“Türkiyə-Rusiya əlaqələri ağır günlərdən keçir”

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın “Türkiyə-Rusiya əlaqələri ağır günlərdən keçir”adlı analitik yazısı.

1363379
“Türkiyə-Rusiya əlaqələri ağır günlərdən keçir”

Həftənin analizi_8

Türkiyə-Rusiya əlaqələri tarixi olaraq ümumiliklə enişli-yoxuşlu yollardan keçib. Soyuq müharibə illərində iki dövlət arasındakı əlaqələrin elə çox yaxşı səviyyədə olduğunu söyləyə bilmərik. Türkiyə nə qədər də 1964-cü ildə Türkiyə-ABŞ əlaqələrində yaşanan silah embarqosu böhranından sonra Sovet İttifaqı ilə yaxınlaşma siyasəti təqib etsə də çox da uğurlu olmadı. Soyuq müharibə dövrünün başa çatmasından sonra Sovet İttifaqının dağılması rəsmi Moskva ilə Ankara arasındakı əlaqələri normallaşdırmaq üçün bir fürsət doğursa da Balkanlar, Qara dəniz və Qafqazyanın mərkəzdə olduğu əhvalatlar və böhranlar buna mane oldu. Bu dövrdə hər iki ölkə də Soyuq müharibədən sonra yeni dünya nizamında özlərinə yeni rol axtardı; bu səbəbdən əlaqələr istənilən səviyyəyə çata bilmədi.

Ancaq 2000-ci illərin başlaması ilə Türkiyə və Rusiya daha rasional zəmində əlaqə qurmaq üçün cəhd göstərdilər. Moskva rəsmi Ankaranı özünə rəqib kimi görsə də enerjidən ticarətə müxtəlif sahələrdə birgə addım atması lazım gələn bir partnyor kimi qiymətləndirdi. Rəsmi Ankara isə Rusiyanın böyük bir qonşu olması, təbii qaz sahəsində Moskvaya ehtiyacının olması və bölgədəki geosiyasi mövzularda həll yolundan tərəf siyasət ortaya qoymaq məqsədilə Rusiya ilə yaxın əməkdaşlığa üstünlük verdi. Nəticədə Türkiyə-Rusiya arasında müxtəlif sahələrdə tərəfdaşlıqlar quruldu və əməkdaşlıq ədildi. Bununla da yaxınlaşma dövrü start götürdü. Lakin Suriya böhranının baş verməsi iki ölkəni ilk mərhələdə bir-birilə rəqib hala gətirdi. Sonrakı dövrlərdə isə birgə addımlaya biləcəkləri bir mərhələyə daxil oldular. İlk olaraq 2015-ci ildə Türkiyənin hava məkanını pozan Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyə tərəfindən düşürülməsi iki ölkə arasında dərin böhrana gətirib çıxardı. 2016-cı ildə qarşılıqlı yürüdülən diplomatiya nəticəsində isə yenidən razılaşma oldu. Həmin tarixdən indiyədək Türkiyə ilə Rusiya arasında strateji yaxınlaşma gündəmdədir. Ancaq son aylarda Rusiyanın Suriyada müxalifətin son qalalarından biri olan İdlibdə Suriya rejiminə verdiyi dəstək və şəxsən özünün havadan etdiyi hücumları Türkiyə-Rusiya əlaqələrində suallar doğurdu.

Türkiyə-Rusiya əlaqələri əlbəttə sadəcə Suriya ilə məhdud dəyildir. Rəsmi Moskva İdlib mövzusunda Türkiyənin Soçi razılaşmasından qaynaqlanan məsuliyyətləri yerinə yetirmədiyini iddia edir və İdlibdəki radikal ünsürlərin aradan qaldırılması işini özü yerinə yetirmək istəyir. Türkiyə isə həmin məsuliyyətləri yerinə yetirmək üçün Əsəd rejiminin hücumlarının dayanmasının vacibliyini irəli sürür. Münasibətilə hücumlar dayanmadıqda Türkiyənin də İdlibdə uğurlu olması elə mümkün görünmür.

Bu vəziyyət rəsmi Moskva və Ankara arasında yeni böhranın yaranmasına səbəb ola bilər və iki ölkə arasındakı yaxınlaşma durğun dövrə daxil ola bilər.

Türkiyə hökuməti əlaqələrdə yenidən böhran baş verməməsi üçün iki ölkənin sahib olduğu birgə maraqlarını vurğulayır. Bunların başında iki ölkəni son zamanlarda ən çox bir-birinə yaxınlaşdıran S-400 məsələsi yer alır. Rəsmi Ankara ABŞ-ın etirazlarına baxmayaraq S-400 müdafiə sistemlərini alaraq Rusiya ilə əlaqələrə nə qədər əhəmiyyət verdiyini göstərdiyini düşünür. Ayrıca, Türkiyə ilə Rusiya arasında müdafiə sənayesi sahəsində tərəfdaşlıq ediləcəyi səsləndirilir. Digər tərəfdən iki ölkə Türkiyənin atom enerji ehtiyacını ödəmək sahəsində birgə layihə həyata keçirir və Rusiya bu layihə ilə atom enerjisi sahəsində öz qabiliyyətini sübuta yetirmək istəyir. Bu iki tərəfdaşlıq həmin zamanda Rusiyanın pis vəziyyətdə olan iqtisadiyyatına bir qədər də olsa töhfəsini verəcək xüsusiyyətdədir. Enerji mövzusunda da iki ölkə deməli bir-birinə möhtac görünür. Türkiyə Rusiyanın təbii qazının ən əhəmiyyətli müştərilərindən biridir. Amma həmin zamanda rəsmi Ankara Rusiya qazının Türkiyə üzərindən Avropaya çatdırılmasında strateji əhəmiyyətə sahib mövqedədir. Münasibətilə ortada qarşılıqlı asılılıq var. Türkiyə Rusiyadan gələn turistlər üçün ucuz tətil cənnətidir. Türkiyə üçün isə illik turist sayında Rusiya birinci yerdədir.

Suriya məsələsi nə qədər də iki ölkə arasında nəzər ziddiyətlərinin olduğu məsələ də olsa ən əhəmiyyətli  ortaq mövzularından biridir. Türkiyənin olmadığı bir diplomatik zəmində Rusiyanın hərbi zəfəri əlan etsə də siyasi olaraq Suriya mövzusunda  davam etdirilə biləcək bir sabitliyin olması elə mümkün görünmür. İdlibdə daha çox dinc vətəndaşın həlakına səbəb olmaq və yerli xalqı ev-eşiyindən dirərgin salaraq Türkiyəyə tərəf irəliləmək məcburiyyətində buraxmaq rəsmi Moskva üçün məntiqli strateji deyil. Əksinə Rusiya üçün daha çox xərc çıxara bilər. Son həftələrdə ABŞ bunu fürsət kimi görməyə başladı və Türkiyə-Rusiya yaxınlaşmasını İdlib üzərindən pozacaq bir sıra addımlar atıldı. Ən yüksək səviyyədə ABŞ İdlibdə Türkiyənin yanında olacağını açıqladı.

Türkiyə və Rusiya İdlib mövzusunda razılıq əldə edə bilməyəcəyi təqdirdə  isə rəsmi Ankara-Moskva xəttində yeni gərginlik yarana və son illərdə ortaya çıxan yaxınlaşma zidd istiqamətdə irəliləyə bilər. İdlib bu səbəbdən Türkiyə-Rusiya əlaqələrinin ən əhəmiyyətli sınaqlarından biridir və çox asan həllini tapacak kimi görünmür.



Әlaqәli Xәbәrlәr