Tarixdə bu gün: 3 fevral

3 fevral təqvim günündə baş verən əlamətdar hadisələrdən bir qismi.

1351004
Tarixdə bu gün: 3 fevral

3 fevral 1451-ci ildə Dünya tarixinə adını “Çağ açıb çağ bağlayan Türk” kimi yazdıran Osmanlı imperiyasının 7-ci padşahı Fateh Sultan Mehmet atası II Muradın vəfatından sonra Osmanlı taxtına oturdu.

 

3 fevral 1969-cu ildə Yasir Ərəfat Fələstin Milli Şurası tərəfindən Fələstin Azadlıq Təşkilatının sədrliyinə təyin olundu. Ərəfat İsrail ilə bütün sülh təşəbbüslərini rədd etdi.

 

 

3 fevral 2004-cü ildə “Gülüstan” sarayında Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar sənədlərin imzalanması mərasimi keçirildi. Türkiyə, Azərbaycan və Gürcüstan hökumətlərinin, BTC kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan maliyyələşmə paketi 78 müxtəlif tərəfin 17 mindən artıq imzası olan 208 maliyyə sənədini əhatə etdi.

 

3 fevral 2006-cı ildə Səudiyyə Ərəbistanından Misir istiqamətində səfər edən sərnişin gəmisi Misirin Hurgada limanına 40 mil qalmış Qırmızı dənizdə batdı. Gəmidəki təqribən min 400 sərnişin və xədəmən sadəcə 388 nəfər xilas oldu.



Әlaqәli Xәbәrlәr