Bunları bilirsinizmi?
Qordion düyünü ilә bağlı әvsanәnin Türkiyәnin paytaxtı Ankarada yaşandığını bilirsinizmi?
Qordion düyünü ilә bağlı әvsanәnin Türkiyәnin paytaxtı Ankarada yaşandığını bilirsinizmi?
Rәvayәtә görә, kahinlәrin biri kral öldükdәn sonra öküz arabası ilә bir kәndlinin gәlәcәyini vә kral olacağını deyib. Bu şanslı adam Gordios olub. Yeni bir lider axtarışında olan frigiyalılar şəhərə öküz arabası ilə daxil olan Gordiosu kral elan ediblәr.
Gordios şәhәrә gәldiyi vaxt sürdüyü öküz arabasını bölgәdә inşa edilәn mәbәdin qarşısında saxlayır vә düyün atır. Әfsanәyә görә, bu düyünü açan insan Asiya qitәsini idarә edә bilәcәkdi.
Böyük İsgәndәr Miladdan әvvәl 334-cü ildә Gordiona da gәlir. Öküz arabasını vә düyünü görür, ancaq düyünü aça bilmәdiyi üçün әsәblәşәrәk qılıncı ilә kәsir. Şәrgә doğru yolculuğunu davam etdirәn İsgәndәr Asiya qitәsinin hakimi ola bilmәdәn 33 yaşında dünyasını dәyişir.