Bunları bilirsinizmi?
Xıdır İlyas bayramının YUNESKO-nun qeyri-maddi mәdәni irslәri siyahısında daxil edildiyini bilirsinizmi?
Xıdır İlyas bayramının YUNESKO-nun qeyri-maddi mәdәni irslәri siyahısında daxil edildiyini bilirsinizmi?
Xıdır Nәbi bayramı baharın gәlişini qeyd etmәk mәqsәdi ilә hәr il may ayının 6-da keçirilir. Baharın gәlişi kimi qəbul edilәn Xıdır İlyas bayramı Anadoluda böyük coşqu vә hәyәcanla qeyd olunur.
“Xıdır İlyas”, “Xıdır Nәbi” adlanan bu mərasimlər türk-müsəlman aləmində Xızır Peyğəmbərin (İlyas Peyğəmbərin digər adı) adı ilə bağlıdır.
Xıdır İlyas bayramı Türkiyәnin bir çox bölgәsindә tәbiәtin oyanması ilә maddi vә mәnәvi olaraq özlәrini yeni ilә hazırlamaq istәyәn müsәlman vә xristian icmaları tәrәfindәn eyni gündә qeyd olunur.
Xıdır İlyas bayramına bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xızır gəlməz, Xızır gəlmədiyi ev, ailə isə dərd-bəladan qurtulmaz.
Xıdır İlyas bayramı münasibәtilә nәhәng tonqal qalanır. İnsanlar dualar edәrәk vә mәxnılar oxuyaraq üç dәfә tonqalın üzәrindәn tullanırlar.
2016-cı ildә Türkiyә ilә Makedoniya ‘‘Bahar şәnliyi’’ adı altında birgә hazırladıqları sәnәdlә YUNESKO-ya müraciәt edirlәr. Bu müraciәtdәn sonra yәni 2017-ci ildә Xıdır İlyas bayramı YUNESKO-nun qeyri-maddi mәdәni irslәri siyahısına daxil edilir.