“Şri-Lanka Tarrantizmi”

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Küdrət Bülbülün “Şri-Lanka Tarrantizmi” adlı analitik yazısı.

1188015
“Şri-Lanka Tarrantizmi”

Həftənin analizi_17

Yeni həftəyə yeni bir terror hücumu ilə başladıq. Bu dəfə Hindistana qonşu bir cənubi Asiya ölkəsi olan Şri-Lankada teror aktı həyata keçirildi. Paytaxt Kolombo və üç şəhərdə xristianlar tərəfindən qeyd olunun Pasxa bayramı günündə üç kilsəyə və dörd otelə edilən terror hücumunda indiyədək 300-ə yaxın insan həyatını itirib. 500-dən çox insan xəsarət alıb.

Şri-Lanka və ölkə daxilindəki qarşıdurmalar

Terror aktlarına görə Şri-Lanka xalqı haqlı olaraq ciddi bir qeyri-müəyyənlik və kədərlə qarşı-qarşıyadır. Həmin səbəbdən gün şri-lankalılar ilə həmrəylik günüdür.

Terror aktları zamanı indiyədək 36 xarici ölkə vətəndaşı da həyatını itirib. Aralarında Türk və müsəlmanların da olduğu ölən xaricilər arasında amerikalılar, ingilislər, hindistanlılar və danimarlalılar da var.

Terror hücumlarından sonra hökumət komandat saat əlan etdi. Bütün sosial şəbəkələrlə əlaqə saxlanmasını dayandırdı.

Şri-Lanka təqribən 22 milyonluq bir ada ölkəsidir. Əhalisinin 70 faizi budistlərdən, 12 faizi hindulardan, 9 faizi müsəlmanlardan, 6 faizi isə katolik xristianlardan ibarətdir.

Şri-Lanka 1983-2009-cu illər arasında Budist Sinhalar və Hindu Tamillər arasında vətəndaş müharibəsi yaşamış bir ölkədir. Bu sivil müharibə hökumət qüvvələrinin 2009-cu ildə qələbə qazanması ilə başa çatdı. Hücumun səbəbləri və kimlər tərəfindən həyata keçirildiyinə dair hələ də açıqlama yayılmayıb. İndiyədək xain terror aktının məsuliyyətini üzərinə götürən bir təşkilat da yoxdur.

Şri-Lankada arabir budistlər tərəfindən xristianlara və müsəlmanlara qarşı  hücumlar həyata keçirilir. Yaxın dövrdə budistlər tərəfindən 26 dəfə kilsələrə müdaxilə edildiyi bildirilir. 2013-cü ildə Budist hücumlarında isə 40 müsəlmanın öldürüldüyü məlumdur.

Göstərilən reaksiyalar

Təqribən bir ay əvvəl Yeni Zelandiyadakı məscid hücumlarına terror hücumları belə deyə bilməyən, hardasa sakit qalan dünya liderləri bu dəfə hücumları sərt şəkildə qınadılar. Əslində hər zaman belə sərt şəkildə qınanmalıdır terror aktları. Diləyirik ki, bu mövqelərini hər zaman ortaya qoyarlar.

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Şri-Lankada kilsə və otellərdə törədilən terror hücumlarını qınadı.

Ərdoğan "Twitter" hesabı vasitəsilə bölüşdüyü ismarışda bu hücumların bütün insanlığa qarşı edilmiş olduğunu vurğulayaraq: "Şri- Lankada Pasxa bayramına təsadüf edilən terror hücumlarını şiddətlə qınayıram" dedi.

Türkiyə prezidenti: "Hücumda həlak olanların yaxınlarına və bütün Şri-Lanka xalqına öz adımdan və xalqım adından dərin hüznlə başsağlığı verirəm, yaralananlara təcili şəfalar diləyirəm. İnsanlığın və qlobal sülhün ortaq düşməni olan terrora qarşı Şri-Lanka ilə həmrəy olacağımızı ifadə edirəm" ifadələrini işlətdi.

Şri-Lanka Tarrantizmi

Yeni Zelandiyada məscidlərdə ibadət edən günahsız müsəlmanların qətlə yetirilməsindən təqribən bir ay sonra Şri-Lankada kilsələrdə ibadət edən günahsız xristianların qətlə yetirilməsi diqqət çəkir. Yeni Zelandiya qətliamlarını mövzu götürən daha əvvəlki bir söhtəmizdə qətliamları ağ irqçiliyin üstünlüyü adından həyata keçirdiyini bir manifest ilə bütün dünyaya elan edən terrorçu Brenton Tarrantdan hərəkətlə bu cür irqçi hücumları “Tarrantizm” olaraq təsvir etmişdik. Dövlət irqçliyini faşizm, millət irqçiliyini nasizim, din irqçiliyini sionizm kimi görsək, ağ irqçiliyə qarşı da xüsusi bir təsvir lazımdır.

Şri-Lankada xain hücumları da nə adından, kim tərəfindən həyata keçirilərsə keçirilsin Yeni Zelandiyadakı hücumun günahkarı Tarrantın zehin dünyasından çox fərqlənmir. Hücum ən sərt şəkildə qınanmalı, günahkarlar tapılaraq ən ağır şəkildə cəzalandırılmalıdır.

Adalətə çağırış

Yaşadığımız dövrdə insanlar islam, xristianlıq, yəhudilik, Budizm, dünyəvilik yaxud da başqa din və ideolojilər adından terrora müraciət edilə bilir. Şübhəsiz terrorun heç bir şəkildə səbəbi və bəhanəsi ola bilməz. Bununla yanaşı ədalətsizlik duyğusu/şüuru artdığı nisbətdə terrora daha çox müraciət edildiyini də görməyimiz lazımdır. Şübhə yoxdur ki, mütləq ədalət təmin edilsə də yenə də bir qisim insanlar terrora müraciət edə bilərlər. Lakin terroru minimuma endirəcək olan, terrorun əleyhinə olan ədalətdir. Yerinə yetirməyimiz lazım gələn ilk plandaki şey insanların radikallığa üz tutmasına mane olacaq bir ədalət axtarışına üz tutulmasıdır. Oliver Royun “İslam radikallaşmır, radikalizm İslamlaşır” ifadəsi bir çox terror hücumunun səbəbi üçün xeyli aydınlaşdırıcıdır. İnsanlar radikallaşdıqca sahib olduqları dinlər və ideolojilər üzərindən terroru qanuniləşdirmə cəhdlərinə üz tuta bilirlər. Qlobal səviyyədə ədalət çağırışımız və axtarışımız ilə radikallığın qaynaqlarını kəsməliyik. İnsanların radikallaşaraq sahib olduqları   düşüncələrdən terror ortaya çıxarmalarına mane olmalıyıq.

Qlobal miqyasda ortaya qoyacağımız ədalət cəhdimiz ilə radikalizm xristianlaşmamalı, islamiləşməməli, budistləşməməli, yəhudiləşməməlidir.

Qlobal miqyasda bir ədalət axtarışımız olmayacağı təqdirdə sadəcə öz millətimizə və öz torpaqlarımızda bir ədalət axtarışı içində olsaq, dünyamız getdikcə daha çox etibarsız hala gələcəkdir. Çünki qlobal ünsiyyət və informasiya çağında ədalətsizliklər, zülmlər daha sürətli şəkildə görülür, bunlara qarşı bəşəriyyətin dözüm səviyyəsi isə daha sürətli şəkildə azalır.  11 sentyabrda ABŞ-da DEAŞ hücumları səbəbindən Paris, London və Ankarada Tarrantın məscidə hücumu səbəbindən Yeni Zelandiyada, ən son kilsələrə qarşı hücumları ilə Şri-Lankada olduğu kimi insanlıq ailəsi olaraq terror hücumları ilə hər yerdə qarşı-qarşıyayıq. Hansı ölkədə yaşasaq da bu hücumlara qarşı həyatımız dünən olduğundan daha təhlükəli hala gəlir. Həmin səbəbdən bir tərəfdən ədalətin təmin edilməsi üçün cəhdlərimizi artırarkən, digər tərəfdən  nəyin adından olarsa olsun, insanlıq ailəsi olaraq terrora qarşı amansız birgə reaksiya göstərməliyik. Terror aktlarının bəzilərini gözdən yayındırmaq, laqeyd yanaşmaq həyatımızı təhlükə ilə üzləşdirməkdən başqa məna daşımır.



Әlaqәli Xәbәrlәr