İsrail ABŞ-a baha başa gəlir

Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi Elmlər Fakültəsinin dekanı, professor Kudret Bülbülün “İsrail ABŞ-a baha başa gəlir” mövzusundakı yazısını təqdim edirik.(03_2019/16.01.2019)

1126074
İsrail ABŞ-a baha başa gəlir

Həftənin analizi_03_2019

ABŞ-ın qlobal siyasətinə nəzər saldıqda prinsipial səviyyədə müxtəlif tənqidlərimiz olsa da, bu siyasətin mənfəətə əsaslanan bir reallığının olduğu açıq şəkildə müşahidə edilə bilər. ABŞ-ın Orta Şərq siyasətinə gəldikdə isə, bunları söyləyə bilərik: Öz ölkəsinin Amerika xalqının mənfəətinə bir siyasət tətbiq etdiyini söyləyə bilmək belə qeyri-mümkün görünür. Bütün dünya millətlərinin etirazına, BMT-dəki səsvermədə bir neçə idarəolunan ölkədən savayı, tək başına qalmasına baxmayaraq, ABŞ-ın Qüdsü İsrailin paytaxtı qəbul etmə qərarı Amerika xalqına prinsipial səviyyədə və maddi olaraq necə bir mənfəət təmin etmiş ola bilər?

Suriyada ABŞ-ın nə etmək istədiyinə, məqsədinin nə olduğuna dair məntiqli bir açıqlama yaya bilmək bəhs mövzusu ola bilərmi?

Özü tərəfindən də terror təşkilatı qəbul edilən PKK-nın Türkiyənin Suriyadakı qolu kimi gördüyü YPG-yə açıq dəstəyinin əsaslı bir izahı olabilərmi?

Son olaraq ABŞ prezidenti Tramp terror təşkilatı YPG-ni vuracağı təqdirdə  iqtisadiyyatına ciddi zərərlər veriləcəyini ifadə edərək Türkiyəni hədələdi.

Əlbəttə Türkiyə ABŞ-ın təhdidinə boyun əyərək, sərhədində bir terror təşkilatına icazə verməyəcəkdir. On illərdir özünə və dinc vətəndaşlara qarşı istənilən terror aktına müraciət edən bir təşkilatın sərhəddə dövlət qurmasına seyrçi qalmayacaqdır. ABŞ-ın açıq təhdid ifadəsinə baxmayaraq, Türkiyənin əsil hədəfi bölgəsindəki terror təşkilatları olduğu üçün ABŞ-a qarşı sağlamfikirli rəftar etməkdir. Lakin Türkiyə çarəsiz deyildir. Lazım gəlsə ABŞ ilə bütün əlaqələri nəzərdən keçirəcək bir prosesi başlada bilər. Gələcəyi üçün açıq şəkildə təhdid təşkil edən bir prosesə mane olmaq üçün Türkiyə ehtiyac olsa ABŞ ilə bütün əlaqələri sona çatdırmaq da daxil, əlbəttə müxtəlif tədbirləri dəyərləndirəcəkdir. Türkiyə artıq keçmişdəki Türkiyə deyildir.

Bu nöqtədə haqlı olaraq ABŞ-ın Orta Şərqdə nə üçün nə prinsipial nə də maddi olaraq özünə xeyri olmayan, irrasional siyasət təqib etdiyi düşünülür.

Qüds qərarında olduğu kimi nə üçün bütün dünya millətlərinin öz qarşısında dayanmasına səbəb olur. Türkiyəni tamamilə itirmə bahasına özünün də terror təşkilatı kimi tanıdığı PKK-nın Suriyadakı qolunu on illərdir müttəfiqi kimi gördüyü, NATO üzvü olaraq müxtəlif ölkələrdə eyni tərəfdə birlikdə yer aldığı Türkiyəyə qarşı dəstəkləyir?

Nə üçün küçədəki türklər, ərəblər və kürdlər tərəfindən açıq şəkildə hücum kimi görülə biləcək ifadələrdən istifadə edir?

Terrora açıq dəstəklə eyniləşən bir ABŞ fikrini öz əlilə yaradır?

ABŞ bütün bunları nə üçün edir?

ABŞ tərəfindən bütün bunlara dair DEAŞ və İranın mərkəzdə olduğu bəyanatlar yayılır. Lakin bu açıqlamalar heç bir şəkildə qaneedici qəbul edilmir.

ABŞ-ın nəzərdə tutula bilməyən, irrasional siyasətlərinə nəzər saldıqda bölgəmizdə xüsusilə İsrail ilə əlaqəli mövzularda belə bir məntiqsizliyin yaşandığı müşahidə olunur. ABŞ İsrail ilə əlaqəli mövzularda özünün də mənfəətlərini bir tərəfdə qoyan düşüncəsizliyə sahibdir. İsrail söz mövzusu olduğu zaman ABŞ-ın məntiqsiz siyasətinin şübhə yoxdur ki, özünə də və İsrailə də sionist olmayan məntiqli yəhudilərə də ağır nəticələri olur.

ABŞ-ın mənfəətlərinin nəzərə alınmaması: Müasir çağlarda sıxlıqla xarici siyasətin milli mənfəətlər üçün yürüdüldüyü ifadə edilir. İsrail bəhs mövzusu olduqda ABŞ öz mənfəətlərindən imtina edir.

Ədalət, azadlıq, insan haqları kimi qlobal dəyərlər və sülhdən tərəf olan bütün dünyadan insanların etirazına səbəb olması, İsrailin işğalçı və təcavüzkar siyasətlərinin şərtsiz dəstəklənməsi, təbii olaraq bütün insanlıq vicdanında məhkum edilməktədir. Bu, ABŞ əleyhinə olanların sayını da artırır.

Bölgə ölkələrinin, bölgə insanlarının ABŞ-ın əleyhinə olması Orta Şərqdə sadəcə İsrailin mərkəzdə olduğu siyasət izləməsi bölgə dövlətlərinə qarşı təhdidamiz ifadələrdən istifadə etməsi, ölkələr səssiz qalsalar da bölgə xalqlarında güclü etiraza səbəb olur.

ABŞ-ın İsrailə qarşı ağla sığmayan mövqeyi və dəstəyi İsrailin qarşısının alınması vacib olan daha işğalçı, daha təcavüzkar və soyqırıma gedib çıxan siyasətlərini artırır.

İsrailə verilən şərtsiz dəstək İsrailin artan hücumları və qeyri-insani tətbiqləri dünyada artan anti-semitizm ən əhəmiyyətli səbəblərdən biridir. Şübhə yoxdur ki, irqçilik kimə qarşı və haradan olarsa olsun əsla qəbul edilə bilməz.

ABŞ-ın İsrailə şərtsiz dəstəyi əslində İsrail təhlükəsizliyinə də töhfə verən deyil, təhlükəsizlik qorxusunu daha da artıran siyasət kimi görünür. Daha təcavüzkar deyil, daha məqbul siyasətlər tətbiq edən bir İsrail bölgədə daha az reaksiyaya məruz qalacakdır.

Özünə qarşı uzun və qısa müddətdə, İsrailə isə uzun müddətdə açıq şəkildə uduzmasına baxmayaraq, ABŞ İsrailə təmin etdiyi bu irrasional dəstəyi nə üçün şərtsiz şəkildə davam etdirir? Bu mövzu başqa bir yazı mövzusudur. İndilik İsrail lobbisinin bütün gücünə və təhriflərinə baxmayaraq, ABŞ-da hər kəsin irrasional siyasəti dünyanın ən güclü ölkəsinin kiçik bir ölkənin dalınca getməsini dəstəkləmədiyini söyləmək kifayətdir deyirik.



Әlaqәli Xәbәrlәr