“Tramp və Putinin Helsinki görüşü”

Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı-yazarı Can Acunun “Tramp və Putinin Helsinki görüşü” mövzusu ilə bağlı dəyərləndirməsini təqdim edirik.

“Tramp və Putinin Helsinki görüşü”

Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı-yazarı Can Acunun “Tramp və Putinin Helsinki görüşü” mövzusu ilə bağlı dəyərləndirməsini təqdim edirik.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Helsinkidə keçirdiyi yığıncaq müxtəlif cəhətlərdən əhəmmiyət daşıyır. İki ölkə arasındakı əlaqələr son dövrdə xeyli gərgin idi. Putin və Trampın keçirdiyi görüşün əsas gündəm mövzuları nüvə silahlanma, Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsi, enerji siyasəti, Suriya və Çin oldu. Tarixi olaraq Sovet İttifaqı və ABŞ arasındakı gərginliyin dərinləşdiyi dövrlərdə iki ölkənin müzakirə aparması üçün Finlandiya bitərəf bölgə kimi seçim edilirdi. Tramp və Putin bu ənənəyə əməl edərək görüşü Finlandiyada keçirdi. Finlandiyanın ev sahibliyində baş tutan görüş sadəcə iki ölkə əlaqələri baxımından deyil, dünya üçün də böyük əhəmiyyət daşıyırdı.

KİV tərəfindən maraqla təqib edilən görüşlərdən sonra iki ölkə lideri birgə mətbuat konfransı təşkil etdi.

Trampın mətbuata açıqlama verdiyi zamankı rəftarı və bəyanatları ABŞ mətbuatı və qabaqcıl ABŞ siyasi xadimlərinin ciddi tənqidlərinə məruz qaldı. ABŞ prezidenti Donald Trampa Rusiyanın Amerikanın seçkilərinə müdaxiləsilə əlaqəli suallar qarşısında; Trampın Rusiya prezidenti Putinin yanında ABŞ idarələrini tənqid edib, Rusiyanın ifadələrinə daha çox etimad etdiyi barədəki sözləri ciddi reaksiyaya səbəb oldu. Tramp daha sonra Helsinkidə keçirilən toplantıda səhv ifadə işlətdiyini və beləliklə zidd mənalı bir açıqlama verdiyini söyləyərək Helsinkidəki açıqlamasını yenilədi.

Nə qədər də ABŞ ictimaiyyətinin reaksiyası Tramp və Putinin görüşünə kölkə salsa da, iki ölkə beynəlxalq geosiyasi mövzularla əlaqəli önəmli müzakirələr apardılar. Ən önəmli mövzunun iki ölkənin Çinə dair keçirdiyi müzakirələr olduğu deyilə bilər. ABŞ-ın Çin mallarına qarşı maliyyə sahəsindəki müharibə xüsusiyyətində cəza rüsumları tətbiq etmə qərarı, ABŞ və Çin arasında önəmli gərginliyə gətirib çıxarmışdı. Helsinkidə keçirilən görüşdə ABŞ və Rusiya arasında Çinə qarşı tərəfdaşlıq üçün bir ön yoxlama aparıldı. Lakin Rusiya və ABŞ-ın Çinə qarşı bir ittifaq qurmaqdan xeyli uzaq olduqları və belə bir ittifaqın üfüqdə görünmədiyi də söylənə bilər. Helsinkidə digər önəmli bir mövzu isə Suriya oldu. ABŞ və Rusiya Suriyanın cənubundakı vəziyyəti də müzakirə etdi və İsrailin təhlükəsizliyi və İranın bu bölgədəki mövcudluğundan danışdı. Putin İsrail və Suriya rejimi arasında 1974-cü ildə qəbul edilən müqavilə əsasında razılıq əldə edilə bilməsinin mümkünlüyünü dilə gətirdi. Tramp isə ölkəsinin İranın Suriyadakı mövcudluğunu qəbul etməyəcəyini vurğuladı. Amma Tramp İrana qarşı Suriyada necə bir addım atacağına dair işarə vermədi. İki ölkə arasında keçirilən yığıncaq NATO zirvəsindən sonra keçirildi. NATO yığıncağında Almaniyanı Rusiyaya “Şimal axını-2” qaz kəmərinə görə enerji siyasətləri cəhətdən asılı olmaqda tənqid edən ABŞ Tramp Helsinkidə mətbuata açıqlamasında bu qərarın Almaniyaya aid olduğunu ifadə etdi. Putin isə ictimaiyyət qarşısında ABŞ-a beynəlxalq bazardakı qaz qiymətlərini ortaq müəyyən etmək üçün təklifini bir daha dilə gətirdi. Nəticədə Rusiya iqtisadiyyatı qaz ixracından asılı olduğundan beynəlxaq bazardakı enerji qiymətləri birbaşa Rusiya iqtisadiyyatına öz təsirini göstərir. 

Helsinkidə keçirilən yığıncağın digər önəmli mövzusu isə nüvə silah məsələsi oldu. ABŞ və Rusiya dünyada mövcud olan bütün nüvə silahların 90 faizinə sahibdir. İki ölkə lidərinin görüşlərində dünyadaki nüvə silah miqdarını azaltmaq üçün ABŞ və Rusiya arasında imzalanan müqavilənin davam etdirilməsinə qerar verildi. Helsinki görüşü Rusiya və ABŞ arasında gərginliyə səbəb olan mövzuları ciddi mənada həll edə bilməsə də, iki ölkənin liderlərinin bitərəf bölgədə görüş keçirməsi və müxtəlif mövzularda fikir mübadiləsi aparması iki ölkə əlaqələrinin bir qədər də olsa normallaşmasına gətirib çıxardı.



Әlaqәli Xәbәrlәr