Ərdoğan nə üçün qalib gəldi?

Dövlət Aparatının sözçüsü İbrahim Kalının “Daily Sabah” qəzetində dərc olunan 26.06.2018 tarixli məqaləsi.

1002119
Ərdoğan nə üçün qalib gəldi?

Türk seçicilər 24 iyunda kritik əhəmiyyətə malik prezident və parlament seçkilərində səs saldılar. Seçkidəki fəallıq 80 faizdən artıq oldu. Dövlət başçısı Ərdoğan səslərin 52,5 faizini götürərək yenidən seçildi və ən yaxın rəqibindən 10 milyondan artıq səs topladı. Ədalət və İnkişaf Partiyası (AK) səslərin 42,5 faizi ilə ciddi qalibiyyət əldə etdi. Bununla da AK Partiya və Millətçi Hərəkat Partiyasından ibarət Cümhur İttifaqı Məclisdə ehtiyac olan əksəriyyəti qazandı.

Nəticələr xalqın Ərdoğan və partiyasına davam edən etimadını göstərir. Eyni səviyyədə əhəmiyyət kəsb edən mövzu isə yeni prezidentlik üsul-idarəsinə verilən dəstəkdir. Beləliklə Ərdoğan yeni sistemin ilk prezidenti olaraq seçildi. Xeyli gərgin keçən seçkidə Ərdoğan təsirli bir kampaniya apardı və xalqın nəzərində populyarlığını mühafizə etdi. Müxalifət partiyaları müəyyən səviyyədə səs topladılar, ancaq bu, Ərdoğanın siyasətindəki güclü mövqeyinə meydan oxumağa kifayət edəcək səviyyədə olmadı. 16 ildir hakimiyyətdə olan və 13 seçki və bir referendumda qalib gələn Ərdoğan ən yaxın rəqibindən 20 faiz artıq səs topladı. Bu vəziyyət sadəcə Ərdoğanın siyasi dühası deyil, həmin zamanda bir çox xarici müşahidəçinin izah etməkdə kifayətsiz qaldığı, Türk ictimaiyyətinin ictimai-siyasi reallıqlarını da aşkar etmiş, ortaya qoymuşdur.

Ərdoğan və AK Partiya 2002-ci ildən bəridir davam edən güclü məhsuldarlığı sayəsində Türkiyədə populyarlığını mühafizə etdi. Seçicilərin ciddi səs çoxluğu Ərdoğanın liderliyini alqışlayaraq, Türkiyənin iqtisadiyyatına müsbət istiqamət qazandırdığını, daha tez uyğunlaşan və əhatə edici siyasət sistemi yaratdığını və fərqli icmalardan insanların iqtisadi, siyasi və ictimai mobilizasiya sahələrində daha çox qəbul edilərək, daxil olmalarına imkan yaratdığını təsdiq etdi. Ərdoğanın qalib gəlməsinin sirri xalqa birinci yerdə üstünlük verən siyasətidir. Partiya və şəxsiyyət siyasətinin sona çatmayan mübarizələrindən kənarda Ərdoğan aşağı və orta gəliri olan milyonlarla ailənin həyat standartlarını yüksəltmək və təlim, səhiyyə, infrastruktur, yol, hava limanları və toplu tikintilərə yatırım qoyulması üçün aramsız işlədi. Ölkə miqyasında, həm şəhərlərdə həm də kəndlərdə yaşayanların xeyrinə olan sosial-ədalət siyasətlərinin memarı oldu.

Ərdoğanın qalib gəlməsi sadəcə xidmət siyasətilə də əlaqəli deyil. Ərdoğan ölkənin ictimai və siyasi sahəsini dindar fərdlər, kürdlər, ələvilər və yəhudilər, Rum Ortodoks icması, ermənilər və süryanilər kimi müsəlman olmayan azlıqlar da daxil olmaqla fərqli və müxtəlif kimliyə açdı. Kürd dililə əlaqəli qadağa qərarına son qoydu və digər etnik qruplar kimi kürdlər də özlərini azad şəkildə ifadə edə biləcək hala gəldilər. PKK terror təşkilatı və kürdləri bir-birindən ayrı tutaraq kürd xalqının həqiqi məsələsindən çox öz mövcudluğunu davam etdirməyə diqqət yetirən və üstünlük verən bu terror təşkilatının zülmündən və təxribatından kürdləri azad etdi.

Xarici siyasətdə isə Türkiyənin beynəlxalq miqyasdakı siyasi baxışını genişləndirərək, Afrika, Asiya və Latın Amerikası kimi bölgələrə üz tutdu. Ərdoğan xarici siyasəti birinin qazanarkən digərinin itirdiyi bir oyun kimi görmür. NATO üzvü olması və Avropa İttifaqına tamhüquqlu üzvlüyə namizəd olması Türkiyəni dünyanın digər bölgələrində olan əlaqələrə daxil edir. İşin əsasına nəzər salınsa, Türkiyənin 360 dərəcəlik deyə biləcəyimiz bir xarici siyasət anlayışının olması, sərhədlərindən kənardakı çaxlantılı dünyada Türkiyənin mənfəətlərini qorumaq baxımından vacibdir. Türkiyənin dünyada zülmə məruz qalan xalqlara yardım etmək üçün göstərdiyi cəhdlər qlobal miqyasda öz əksini tapdı və Müsəlman aləmində və digər yerlərdə milyonlarla insanın dəstəyini götürdü. Ərdoğanın xülasə olaraq “Dünya beşdən böyükdür” şüarı ilə ifadə etdiyi ədalətlə əlaqəli çağırışı bəzi güc mərkəzlərini narahat edə bilər, ancaq mövcud qlobal nizamın əsas nöqsanlarından birinə işarə edir. Münasibətilə Ərdoğanın zəfərini sadəcə Türkiyədəki insanlar deyil, Fələstində, Somalidə, Myanmada, Əfqanistanda, Pakistanda, Orta Asiyada, Balkanlarda və digər başqa ölkələrdəki xalqlar da qeyd etdilər. Müxalifət özünün kəsirlərinin məsuliyyətini öhdəsinə götürməyə başlamalıdır. Ərdoğan 16 il müddətində hərbçi üzərində sivillərin nəzarətinə rəhbərlik etmiş və Türk dövlətini qorumağa özünü təyin edilmiş zənn edənlərin gücünü azaltmışdır. Bu nöqtədə siyasi gücdən istifadə edə bilməyin yeganə yolu ümumi seçkilərdə qalib gəlməkdir. Ərdoğan bunu görərək yarışda iştirak etdi və qalib gəldi. Müxalifət partiyaları daha çox işləməli və şəxsiyyət siyasətləri və qara yaxma kampaniyaları ilə əhatələnən öz sahələrindən kənardakı Türk seçicinin nə söylədiyinə daha yaxşı qulaq asmalıdır.

Son həftələrdə Türkiyədəki seçkilərlə əlaqəli səhv məlumatları hər yerdə gördük. Qərbi KİV-dəki bəzi jurnalistlar küçədəki həqiqəti xəbər kimi çatdırmaq əvəzinə müxalifətin namizədlərini dəstəkləyən bir siyasi məsləhətçi kimi rəftar etmişdir. Daha əvvəl olduğu kimi Ərdoğanın seçkidə məğlub olmasına dair irəli sürdükləri təxminlərdə yanıldılar. Onların xəbərləri oxuçuları və dinləyiciləri manipülasiya etmək məqsədi daşıyırdı, ancaq bunların heç birinin xeyri olmadı. Bu vəziyyət qərbli jurnalistlərin etibarları haqqında şübhə doğurdu.

Ölkə xaricindəki müşahidəçilər Ərdoğanın qələbəsini qabaqcadan görə bilmədilər, çünki əldə etdikləri məlumatın mənbəyi Qərb ölkələrinin paytaxtlarındakı beyin mərkəzlərində bağlı qapılar arxasında keçirilən yığıncaqlarda Türkiyə ilə əlaqəli tərəfli yanaşma ortaya qoyan marijinal şəxslər və qruplar idi. Özünü Türkiyə üzrə “ekspert” qəbul edən bəzi şəxslər Türkiyə barəsində ciddi şəkildə aparıla biləcək bir analiz üçün belə bəsit qabiliyyətə sahib deyillər. 24 iyun prezident və parlament seçkiləri sadəcə Ərdoğan ilə deyil həmin zamanda müxalifət ilə də əlaqəlidir.

Nəticələr dəqiqdir. Türkiyə prezident üsul-idarəsilə yeni dövrə daxil olarkən, problemli bir bölgədə sabitlik və rifah adası olaraq qalmaqda davam edir.



Әlaqәli Xәbәrlәr