Təpədən dirnağa kavga, həsrət və ümüddən ibarət Nazim Hikmət

Türkün səsini bütün bəşəriyyətin səsinə çevirən, çagdaş Türkiyə şerinin ən ünlü və önəmli şəxsiyyəti, dəli bir sevda, həsrət və ayrılıqlar şairi Nazim Hikmətdən danıçacıyıq. Ləqəbi “Gözəl üzlü şair” və ya “Mavi gözlü Dev” Nazım Hikmətdən! (Gülparə Bayram)

1000358
Təpədən dirnağa kavga, həsrət və ümüddən ibarət Nazim Hikmət

                Mən bir insan.

                Mən bir Türk şairi Nazim Hikmət!

                Mən təpədən dırnaga insan.

                Təpədən dirnaga kavga, hasret və umuttan ibarət!

  Türkün səsini bütün bəşəriyyətin səsinə çevirən, çagdaş Türkiyə şerinin ən ünlü və önəmli şəxsiyyəti, dəli bir sevda, həsrət və ayrılıqlar şairi Nazim Hikmətdən danıçacıyıq. Ləqəbi “Gözəl üzlü şair” və ya “Mavi gözlü Dev” Nazım Hikmətdən!

                 Mən deyirəm ki,ona

                Kül olayım Kərəm kimi yana-yana

                Mən yanmasam,

                Sən yanmasan,

                Biz yanmasaq,

                Nasil çıxar qaranlıqlar aydınlıga.....

  Qaranlıqları aydınlıga çıxarmaq üçün yanmaq  həsrətindəydi. Yandı  Kərəm kimi! Bir ovuc kül olub göylərə çəkildi, amma yerində əbədi bir işıq qoydu Nazim Hikmət! Elə bir işıq ki hələ əsrlər, qərinələr sonra da qaranlıqları aydinladacaq, ruhumuzu nurlandıracaq! Şerləri və bənzərsiz ömür yolu ilə hər bir türk övladının qəlbində yaşayacaqdır!

        Zaman-zaman Türkiyə dünyaya bir çox dəyərli insanlar bəxş edib. Ama XX yüzildə dünyada bu məmləkəti iki böyük şəxsiyyəti ilə tanıyırlar-Mustafa Kamal Atatürk və Nazim Hikmət! Atatürkün Türkiyəni müasirləşdirmək, dünyaya açmaq, cəhalət mühitini dagıdıb yerində yeni çagdaş dünya qurmaq işini Nazim Hikmət də şerdə, sənətdə gördü.

        Atatürkün Nazim Hikmətə özəl münasibəti olub. Türk jurnalist və yazıçısı Falih Rifki Atayın dediyinə görə Kamal  Paşa Nazimin öz səsiylə yazılmış “Bəhri-Xəzər” və “Salxım söyüd” şerlərini saman-zaman dinlər və dalgınlaşarmış. Nazim Hikmət Qurtuluş savaşını tərənnüm edən ən kamil bədii əsəri yaratdı. Heç bir türk şairi Atatürkün  amalına Nazim Hikmət qədər yaxın olmayıb.  

Sarışın bir qurda bənzəyirdi

                Və mavi gözləri çaxmaq-çaxmaqdı.

                Yürüdü uçurumun başına qədər

                Əyildi durdu

                Buraxsalar

                İncə, uzun bacaqları üstündə yaylanaraq

                Və qaranlıqda axan bir yıldız kimi axaraq

                Qocatəpədən Afyon ovasına atlıyacaqdı.

        Nazim Hikmət Atatürkə həsr etdiyi bu şeri onun ölümündən sonra yazıb. Tamamilə təmənnasız və heç bir qarşılıq ummadan. Şair böyük Qazinin həqiqi dəyərini bilərək o olmasa Türkiyə olmazdı deyirdi.

        Nazim Hikməti anlamaq və sevmək üçün onun hissləri, duyguları, qəlb həyatı əks olunan şerlərini oxumaq gərəkdi. Şairin həqiqi ömür yolu onun  şerlərindədir.

                Yer üzünə toxum kimi saçmışam ölülərimi,

                Kimi Odessada yatar, kimi İstanbulda,Praqada da kimi

                Ən sevdiyim məmləkət yer üzüdür

                Siram gəlincə yer üzüylə örtün üstümü.

        Görkəmli Azərbaycan yazıçısı  Anarın sözləri ilə desək:”Dədə Qorqudsuz, Yunus İmrəsiz, Nəvaisiz, Füzulisiz türk dünyası olmadıgı kimi Nazim Hikmətsiz də Türk dünyası yoxdur. Türklük ruhunu, Türklük süurunu Nazim Hikmət zirvələrə qaldırıb. Türk sözü azərbaycanda yasaq olanda, qardaş Türkiyə ilə hər hansi kök birliyimizdən, dil birliyimizdən söhbət açmaq cinayət sayilanda Nazim Hikmət Bakida ən yüksək kürsülərdən:”Mən Türkəm, siz də Türksünüz,ruhumuz,gələnəklərimiz bir, xalqlarımız, dillərimiz qardaşdır”-deyirdi. Dogma Vətəni Türkiyədə Nazim Hikməti “Moskvanın adamı” sayirdilarsa, Azərbaycanda ona münasibət bir başqaydı. Ölkəsində adı, şerləri yasaq olan illərdə Nazim Hikmət şerinə Azərbaycan sahib çıxdı. Şerləri türkiyə türkcəsinin əkiz qardaşı Azərbaycan Türkcəsində nəşr olundu. Əsərləri əsasında “Bir məhəlləli iki oglan”, “Yaşamaq gözəldir qardaşım” , “Məhəbbətim mənim, kədərim mənim” filmləri çəkildi. Görkəmli bəstəkarımız Arif Məlikov onun əsəri əsasında “Məhəbbət əfsanəsi” baletini yazdı. O illərdə Nazim Hikmət Türkiyədə kommunizmin simvolu idisə Azərbaycan üçün Türkiyənin, türklüyün, Türk dilinin rəmzi idi.Baki onun simasında uzun illər həsrətini çəkdiyimiz Türkiyənin ətrini, ruhunu, səsini bizə yetirən bir Türk şairini görürdü, canımız qədər dogma olan türk dilində ölümsüz şerlər yazan şairi bagrina basirdi sanki.

Başım köpük-köpük bulud, içim, dişim deniz,

Mən bir ceviz ağacıyım Gülhane Parkında.

     Gülhanə parkinda Ceviz agacı yoxdur, bilənlər bilir, heç bir zaman da olmayıb. Bunu Nazim Hikmət də bilirdi və Özünü məmləkətinin baş şəhərində, bu baş şəhərin baş parkında bir ceviz agacına bənzədirdi.Vətəndən məcburi ayrilsa da yene de Vətəninin bagrındadır demək istiyirdi.  Heç kimin fərqində olmasa belə. Ceviz agacı şairin özüdür əslində. İstanbulun mərkəzində özünün özünə ceviz agacı ilə  ücaltdıgı heykəlidir.

Yarpaklarım əllərimdir, tam yüz min əlim var,

Yüz min əllə toxunurum sana, İstanbula;

Yarpaklarım gözlerimdir, şaşarak baxarım,

Yüz min gözlə seyr ederim seni, İstanbulu,

Yüz min yürek gibi çarpar-çarpar yapraklarım.

Ben bir ceviz ağacıyım Gülhane Parkında,

Ne sen bunun farkındasın, ne de polis farkinda

 

Nazim Hikmət 1902-ci ildə Osmanlı İmperatorluguna daxil olan Saloniki şəhərində anadan olub. Atası Hikmət diplomat, anası Ayişə Cəlilə incəsənətə, rəssamlıga baglı qadın imiş.  Nazim Hikmət ilk təhsilini İstanbulda davamını isə Moskbada alıb. “Vətən fəryadı” adlı İlk şerini 1913- cu ildə yazib. 1922-ci ildən Türkiyə Kommunist Partiyasının Üzvü olub. Cəmi 61 il yaşamış bu böyük insan dərdlə, həsrətlə naxışlanan bir ömrün sahibi olub. 61 illik ömrünün 44 ilini Türkiyədə 15 ilini dörd məhbəsdə-İstanbul, Ankara, Bursa, Çankırı cəza evlərində keçirib. Ayri-ayri vaxtlarda 11 dəfə məhkəmə çəkişmələrində olmuş, sonra mühacirət eləmiş, Moskvada məskunlaşmışdir.Nazim Hikmət 1963-cü ildə Moskva şəhərində ürək tütmasindan vəfat edib. Əsərləri 1938-ci ildən Türkiyədə yasaqlanmış, 25 iyul 1951- ci ildə Türkiyə vətəndaşlıgından çıxarılmışdır. Ölümündən iki il sonra 1965-ci ildən əsərləri Vətənində yayımlanmaga başladı. 5 yanvar 2009- cu ildə isə Türkiyə dövlətinin qərarı ilə Türkiyə vətəndaşlıgına qəbul edildi. Sagliginda da, ölümündən sonra da şairə münasibət həmişə ziddiyyətli olub. Ama onu duyanlar yaxşi bilirlər ki,  “Mən məni bir daha ələ keçirsəm”deyən Nazim Hikmət kommunist ideyalarına inanaraq aldandıgını gözəl anlamışdi. Elə buna görə də nəfəsi gedənəcən Məmləkətim dedi. Bu misraların nisgili indi də Vətən həsrətində qovrulanları və hər kəsi agladır.

                Saçlarımın agında

                Ürəyimin infarktında

                Alnımın qırışlarındasan

                Məmləkətim!!!

        Nazim Hikmətin şairlik istedadından başqa bir də aşiqlik istedadı vardı. Hər yaşda aşiq ola bilir və bundan qürur duyurdu. Sevgi hisslərini sözə, şerə çevirib bütün dünyaya bəyan edirdi. Fədəkar aşiq idi Nazim Hikmət. Qadınının bir xoş sözündən, incə gülüşündən ötrü hər şey edərdi. Sevda üzündən ölsə bele. Ömrünün sonuna kimi sevdi Nazim Hikmət və nə qədər yaşayacaqdisa içi sevgi dolu yaşıyacaqdı. “Çox şükür aşiqəm”,- deyirdi. “Mənə elə gəlir ki, bir tək insana, yüz milyonlarla insana, hər tək ağaca, bütün meşəyə, tək bir düşüncəyə, fikrə, bir çox düşüncəyə və fikrə aşiq olmadan yaşamaq, yaşamaq deyildir”-deyirdi.

XX yüzil şerinin ən önəmli adlarından şair, diplomat Pablo Nerudadan soruşurlar:”Öncül şairlərə yer verəcəyiniz bir antologiya hazırlasaydınız orda Nazim Hikmətə də yer ayırardınızmı?” Pablo Nerudanın cavabı belə olur:”Əgər bir şairdən ibarət antologiya hazirlasaydım, bu şair Nazim Hikmət olardı”. Türkiyənin ünlü yazarı Yaşar Kamal Nazim Hikmətə həsr olunmuş”Ən böyük şairimiz” adli yazisinda deyir:”Nazim Hikmət böyük xalq ozanlarının son böyük halqası olmuşdur. Türk dili var oldugca Nazim Hikmət də var olacaqdır.”Parisdə yaşayan məhşur Türk rəssamı Abidin Dino şairə həsr etdiyi kitabında yazır:” Türk şerinin qapılarını sonuna qədər təbiətə və insana açan Nazim Türk şerinin səsini yüzillərdən bəri ilk kəz dünyaya duyurmagı bacardi. O, XIII yüzilin saf dərvişi Yunus İmrədir”.

       İnsanlar üçün ölə biləcəksən

Həm də üzünü belə görmədiyin insanlar üçün....

Həm də ən güzəl, ən gerçək şeyin yaşamaq oldugunu bildiyin halda

Həm də heç kimsə səni buna zorlamamışkən..

 Axın var günəşə axın! Günəşi zəbt edəcəyiz-günəşin zəbti yaxın!  Bütün bəşəriyyəti Günəşə axın etməyə, onu zəbt etməyə, zülmətləri aydınlıga qovuşdurmaq üçün yanmaga, yana-yana yaşamaga səsləyirdi Nazim Hikmət!

Böyləsinə seviləcək bu dünya

Yaşadım deyə bilmən üçün, - deyirdi

       



Әlaqәli Xәbәrlәr