Təsisedici qüvvə: Türkiyə

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun fikirlərini (Gündəm analizi_13, 30 mart 2018)

939980
Təsisedici qüvvə: Türkiyə

 “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrin bölgəsinin terrorçulardan azad edilməsindən sonra mülki şəxslər evlərinə qayıtmağa başladı. Bölgədəki PKK/PYG zülmündən qaçıb Türkiyəyə sığınan suriyalı qaçqınlar problemi mübahisə olunduğu və xüsusilə ABŞ və Aİ ölkələrində irqçilik artırdığı bir zamanda Türkiyənin Suriyada izlədiyi siyasət suriyalıların könüllü olaraq evlərinə qayıtmalarında ən böyük amil oldu.  

 “Fərat qalxanı” əməliyyatı ilə azad olunan bölgələrdə Türkiyənin etdiyi humanitar yardımlar, qurucu fəaliyyətləri, azadlıq və etimad mühiti sayəsində Türkiyədə qonaq olan suriyalı miqrantların ölkələrinə geri qayıtdıqlarını müşahidə edirik. Türkiyə Suriyada bir tərəfdən terrorla mübarizə apararkən, digər tərəfdən də mülki şəxslərin təhlükəsizliyi üçün imkan yaradır. “Fərat qalxanı” əməliyyatı nəticəsində azad edilən bölgələrə Suriyadan kənarda olan 200 minə yaxın qaçqının evlərinə qayıtdığı bildirilir. Ayrıca Suriya daxilindəki digər bölgələrdən minlərlə dinc sakinin Şimali Hələbə gəlib “Fərat qalxanı” əməliyyatı nəticəsində azad edilən bölgələrə yerləşdiyi müşahidə olunur.

Əsəd rejiminin Dəməşq və ətrafında mühasirəyə aldığı bölgələrdəki sivillər Türkiyənin terror ünsürlərindən azad etdiyi Şimali Hələb bölgəsinə gəlib. Həmçinin Suriyanın müxtəlif bölgələrində yaşanan zülmdən qaçan dinc sakinlərin də “Fərat qalxanı” əməliyyatı nəticəsində azad edilən bölgələrə sığındığı önəmli bir təfərruatdır.

Türkiyə Suriya daxilində apardığı əməliyatlar ilə sadəcə öz milli təhlükəsizliyini təmin etmir, bu addımı ilə həmin zamanda suriyalılar üçün yeni bir ümid mənbəyidir və onlar üçün təhlükəsiz həyat şəraiti yaradır. Məsələn ABŞ-ın PKK/YPG silahlıları ilə Tabka, Rakka və Deyr əz-Zorda apardığı əməliyyatları zamanı bölgədən köç etmək məcburiyyətində qalan yaxud PKK/YPG tərəfindən köç etdirilən sivillərin “Fərat qalxanı” əməliyyatı ilə azad olunan bölgələrə gəlib yerləşdikləri məlumdur. 

ABŞ-ın dırnaqarası terror ilə mübarizə bəhanəsilə Suriyada PKK/YPG-yə imkan yaratdığı bölgələrə mülki şəxslərin qayıtması, hətta ölkədən kənarda yaşayan qaçqınların geri qayıtması gündəmdə yoxdur. ABŞ-ın PKK/YPG-nin nəzarətinə keçməsinə imkan yaratdığı bölgə “Fərat qalxanı” əməliyyatı ilə azad edilən bölgələrdən qat-qat  böyük olmasına baxmayaraq, mülki şəxslər geri qayıtmaq əvəzinə bölgədə olan sivillər ölkə xaricinə yaxud Şimali Hələbə qaçırlar.

Həmin şəkildə Əsəd rejimi və Rusiyanın böyük qətliamlar həyata keçirərək ələ keçirdikləri Homs, Zabadani, Darayya yaxud da Hələb kimi böyük yaşayış yerləri hələ də xaraba şəhərlər kimi qalmaqda davam edir.

Suriya daxilində mülki şəxslərin ölkə xaricindən belə geri qayıtdığı yeganə bölgə “Fərat qalxanı” ilə azad edilən bölgələrdir. “Zeytun budağı” əməliyyatı ilə azad edilən Afrin bölgəsinə də dinc əhali və qaçqınlar təhlükəsiz şəkildə geri qayıda biləcəklər. “Fərat qalxanı” əməliyyatı ilə azad edilən Tel Rıfat və ətrafında PKK/YPG tərəfindən zorakılıqla köç etdirilən yüz mindən artıq insan yaşayır. Evlərinə qayıtmaq istəyən bu sakinlər Türkiyə və Azad Suriya Ordusu qüvvələrinin Tel Rıfat və ətrafını PKK/YPG terrorçularından təmizləyib dinc sakinlərin və qaçqınların evlərinə qayıtmaları üçün nümayişlər keçirirlər. Türkiyə isə Tel Rıfatlıların evlərinə qayıda bilməsi üçün lazım olan addımları atmağa başladı.

Almaniyada suriyalı miqrantlar barəsində mübahisələr önəmli gündəm maddəsidir. Xüsusilə ifrat sağçı partiya AfD suriyalı qaçqınların Almaniyada olmasını istəmir. Həmin partiya Suriyaya bir heyət göndərdi və Əsəd rejimi ilə qaçqınların məcburi olaraq rejimin nəzarətindəki bölgələrə geri qayıtması üçün görüşlər keçirdi. Lakin Almaniyada ictimaiyyət bu düşüncəyə rəğbət göstərmədi və qaçqınların Əsəd rejiminin nəzarətindəki bölgələrə geri qayıdacağı təqdirdə onları müxtəlif təhlükələrin gözlədiyini bildirdi. Xüsusilə Əsəd rejiminin suriyalı qaçqınları xain kimi görməsi, işgəncə verməsi və zorakılıqdan istifadə etməsi bu fikrin nə qədər insani dəyərlərə ziddi fikir olduğunu göstərir.

Türkiyə mülki şəxslərin və qaçqınların evlərinə qayıtması üçün terror ünsürlərindən azad etdiyi bölgələrdə güvən və azadlıq mühiti yaratdığı üçün qaçqınlar könüllü olaraq geri qayıdır. Həmin şəkildə İraq daxilində PKK-nın mövcudluğuna son qoymaq üçün Sincara ehtimal olunan hərbi əməliyyat belə sivillərin evlərinə qayıtmalarına imkan yaradacaqdır. Sincar bölgəsinin DEAŞ tərəfindən hücuma məruz qalmasından sonra yezidilərin çoxu DEAŞ-dan qaça biliblər. Lakin DEAŞ-ın bölgədən təmizlənməsinə baxmayaraq, yezidilərin evlərinə qayıtmasına manə olur. Türkiyə İraq mərkəzi hökumətilə birlikdə Sincarı PKK terroçularından azad edəcəyi təqdirdə yezidilərin böyük hissəsi evlərinə qayıda biləcəklər. Türkiyə həyata keçirdiyi bütün hərbi əməliyyatlarda dağıdıcı bir güc yox, təsisedici bir qüvvə olduğunu sübuta yetirmişdir.



Әlaqәli Xәbәrlәr