Türkiyənin bir addımındakı terror yuvası – Afrin

Türkiyə-Suriya sərhədində yerləşən Afrində 8-10 min arasında PYD/PKK terrorçusu toplaşıb.

897719
Türkiyənin bir addımındakı terror yuvası – Afrin

Türkiyə-Suriya sərhədində yerləşən Afrində 8-10 min arasında PYD/PKK terrorçusu toplaşıb. Türkiyənin Afrini hədəf göstərməsindən sonra terrorçular  yaşayış məntəqələrində xəndək və sığınacaqlarda gizlənməyə başlayıblar.

Afrin Suriyanın şimal-qərbində yerləşən, Hələbin Türkiyənin Hatay və Kilis şəhərlərinə yaxın olan sərhəd rayonudur. Təxminən 2 min 290 kilometrlik sahəsi olan rayonun mərkəzində vətəndaş müharibəsindən əvvəlki son demoqrafik məlumata görə, 178 min insan yaşayırdı. Yeni mənbələrə görə isə,  2012-ci ildən başlayan miqrasiya nəticəsində rayon əhalisinin sayı 750 minədək azalıb.

Afrinin şərqində ərəblərin üstünlük təşkil etdiyi, lakin terror təşkilatı PYD/PKK-nın işğal etdiyi Tel Rifat rayonu və müxaliflərin nəzarətindəki Azez yerləşir.

İdlib ilə Azez arasında

 Afrinin müxaliflərin  qalası olan İdlib və Hələbin cənub-qərbində Türkiyə sərhədinə nəzarət etdikləri Azez rayonunun arasında qalması strateji əhəmiyyət daşıyır. PKK Afrin və Aynularabı birləşdirərək, terror koridorunu Türkiyənin sərhədi boyunca yaya bilməsi üçün Azezi də ələ keçirməlidir.

Terror təşkilatı zaman-zaman Afrindən əsasən, Türkmənlərin yaşadıqları Azez-Hələb-Cerablus üçküncünə təziq edir. Azezdəki mülki vətəndaşlar intensiv olaraq Afrindən PYD/PKK-nın artilleriya atəşinə məruz qalırlar.

PYD/PKK-nın ilk yuvası

Hafiz Əsəd iqtidarı zamanında digər kürd siyasi hərəkatları Haseke və ətrafında təşkilatlanarkən Avdullah Öcalan Afrini hədəf seçmişdi. Rayonda PKK-nın maliyyə dəstəyi ilə zeytun və zeytun yağı sektorlarında bir sıra ticarət və emal müəsssisəsi qurulmuşdu.

Afrin 2012-ci ilin iyul münaqişəsindən sonra  PYD/PKK-nın işğal etdiyi ilk ərazilərdən biri və təşkilatın Qəndil Dağından sonrakı yuvası oldu.

Suriyada rejimə qarşı xalq hərəkatının başladığı 2011-ci ildə və sonrakı vətəndaş müharibəsi dönəmində Afrin terror təşkilatı PYD/PKK-nın ən sıx toplaşdığı sahələrdən birinə çevrildi. Təşkilat Afrində Hasekenin Amudə və Hələbin Anularab (Kobani) rayonları ilə birlikdə 2014-cü ilin yanvar ayında muxtar rəhbərliyini elan etdi və bunu “kanton” adlandırdı.

Terrorçuları təbii qoruyan sahə

Cənub və şərqdən müxaliflərin mühasirəsində qalmasına rəğmən, dörd tərəfi quru ilə əhatə olunan Afrinin dağlıq coğrafiyası PYD/PKK-nı təbii şəkildə qoruyur. Bölgənin vadisindəki meyvə, üzüm və zeytun bağları, əkin sahələrinin bir hissəsi və 1980-90-cı illərdən etibarən yaradılan sənaye infrastrukturu təşkilatin sərbəst mövcudluğunu təmin edən faktorlardır.

Afrindəki sənaye və ticari infrastruktur  terror təşkilatının bölgədə yaşamını davam etdirməsinin əhəmiyyətli səbəbidir.

Amanos dağlariına açılan qapı

Hatayın Amanos dağlarına açılan bölgə PYD/PKK-nın sərhəddən döyüşçü, silah-sursat daşıyaraq Türkiyədəki terrora dəstək verdiyi ən əhəmiyyətli mərkəzlərdən biridir. Təhlükəsizlik mənbələri Afrindən Amanos dağlarına tank əleyhinə idarə olunan raketlət, avtomatik tüfənglər kimi ağır silahların göndərildiyini bildirirlər.

Təşkilatın silah yuvası

ABŞ-ın 2016-cı ilin aprel ayından etibarən ölkənin şimal-şərqindəki Hasekeyə sövq etdiyi  hərbi yardımlar da müəyyən ölçüdə təşkilat üzvləri tərəfindən Afrinə çatdırılır.

 Bu yardımlar çərçivəsində Javelin anti-tank sistemlərinin,  minaatanların və çox lüləli raketlərin Əsəd rejimi vasitəsi ilə Afrinə daşındığı iddia edilir.

 Eyni zamanda, bir neçə ay əvvəl ABŞ-ın Rümeylan hava bazasına göndərdiyi 40-a yaxın istilik nəzarətli zenit sistemlərinin bir qismi Afrinə göndərilib.

 Vətəndaşlara zülmün ünvanı

 Afrin Hələbdə  kürd əhalisinin ən sıx yaşadığı rayondur. Lakin vətəndaş müharibəsi ərzində münaqişəsiz qalan bölgə intensiv miqrasiyaya məruz qalıb. Hazırda Afrin əhalisinin  60 faizi ərəblərdən ibarətdir.

 Bundan başqa PYD/PKK rayonun şərqində ərəb və Türkmənlərin yaşadığı bir çox məskunlaşma sahələrini işğal edir.

 Afrin PYD/PKK-nın işğal etdiyi digər bölgələrlə müqayisədə təşkilatın ən sıx nəzarət etdiyi və vətəndaşlara ən böyük zülm etdiyi rayondur.

 Təşkilat özünə müxalif olan hər hansı bir siyasi partiya, və ya qeyri-hökumət təşkilatının yaradılmasına da qəti şəkildə icazə vermir.

 Təşkilat son bir ildir təşviş içərisindədir

 2017-ci ilin əvvəlində "Fərat Qalxanı" əməliyyatının sona çatmasından sonra Türkiyənin Afrin ilə Münbiçi hədəf seçməsi PYD/PKK-nı təşvişə saldı.

 Terror təşkilatı döyüşçülərini gizlətmək üçün Afrini əhatə edən yüksək dağlardakı müqavimət imkanı böyük olan  hərbi sığınacaqlara üz tutdu.

 Vətəndaşları qalxan olaraq istifadə etməyi  qarşısına məqsəd qoyan terrorçular şəhərdəki binalara da yerləşdilər.

ABŞ-ın silahla təchiz etdiyiu terrorçulardan dəstək

 PYD/PKK-nın adətən Haseke, Rakka və Deyrizordakı əməliyyatlarında istifadə etdiyi HAT və YAT adlı qondarma anti- terror birliklərinə təlimlərin bir qismi Afrində keçirilir.

 Pentaqon, CİA və Qəndil dağından gələn təşkilat başçılarının da təlim verdiyi terrorçu dəstələrin Türkiyə sərhədindəki sərhəd məntəqələrini təqibetmə fəaliyyətlərinə başladığı iddia edilir.

 PYD/PKK-nın ötən il ərzində Afrindəki gənc qız və oğlanları zorla silahlandırması bölgədəki terrorçu sayının 10 minə yaxınlaşmasına səbəb oldu.

 Türkiyə Silahlı Qüvvələrinin ötən şənbə intensivləşən artilleriya atəşlərinin ardından terror təşkilatı şəhər kənarındakı düşərgələrinin bir qismini boşaldıb xəndəklərə və şəhərin içindəki gizli düşərgələrə yerləşir.

Bu gizli düşərgələrdən silah anbarları kimi də istifadə olunur.

 



Әlaqәli Xәbәrlәr