Dünyanın Enerji Tablosu

Beynəlxalq Enerji Agentliyi “Dünyanın Enerji Tablosu -2017” hesabatını yaydı.

854852
Dünyanın Enerji Tablosu

Ötən günlərdə Beynəlxalq Enerji Agentliyi “Dünyanın Enerji Tablosu -2017” hesabatını yaydı. Dünyanın enerji tablosunun 4 ölçüdə nəzərdən keçirildiyi hesabatda Yenilənə bilən enerji texnologiyalarında maliyyə  xərclərinin azalması, elektrikin ümumi enerji istehsalındakı payının artması, Çində təmiz enerjinin yayılması, ABŞ-ın qaya nefti və qazı  sayəsində qlobal enerjinin ən güclü aktyorlarından biri olması məsələlərinə toxunulur

Bu gün 7.4 milyard olan dünya əhalisinin qarşıdakı 20 ildə 9 milyarda yaxınlaşacağı proqnozunun verildiyi hesabatda artan əhalinin tələləbatlarının da artacağı ifadə edilir. Tələbatlardakı artımın ödənilməsi üçün isə yenilənə bilən enerji texnologiyaları, təbii qaz və enerji məhsuldarlığının əhəmiyyətinin hər gün daha da artacağına diqqət çəkilir.

İllərdir dünya miqyasında sürətlə artan yenilənə bilən mənbələr bu gün dünyada istehlak edilən enerjinin təxminən 20 faizini təşkil edir. Hesabatda Çin və Hindistanın günəş enerjisi sahəsindəki fəaliyyətlərinin bərpa olunan enerjinin ümumi enerji həcmindəki payını artıracağı bildirilir, qarşıdakı 20 ildə bu nisbətin  40 faizə yaxınlaşması barədə proqnoz verilir.

 Belə bir vəziyyətdə azalan maliyyə xərcləri fonunda qlobal enerji istehlakında bərpa olunan enerjinin payında ciddi artımların baş verməsi gözlənilir.

Bu baxımdan, hesabatda göstərildiyi kimi, 2030-ci ildə Avropa İttifaqının əsas elektrik mənbəyinin külək enerjisi olması ehtimalı həm regional, həm də qlobal enerji bazarlarının axarını dəyişdirəcək.

 Hesabatda toxunulan digər məsələ 2020-ci ildə ABŞ-da qaya nefti və qaya qazı sahəsindəki irəliləyişlərin davam edəcəyi və ABŞ-ın 2020-ci ildə  neft ixracatçısı olacağı məsələsidir. Digər tərəfdən, neft qiymətlərinin də 2020-ci illərin ortalarına qədər 83 dollaradək yüksəlməyə davam edəcəyi qeyd edilir, neftin bundan sonra da  uzun  müddət  qlobal enerji bazarında əhəmiyyətini qoruyacağı vurğulanır.

 Hesabatda son illərdə artan elektrikli nəqliyyat vasitələrinin neft tələbatına təsiri məsələsinə də toxunulur. Hazırda dünyada  elektriklə işləyən nəqliyyat vasitələrinin sayı 2 milyon ətrafındadır. 2025-ci ildə bu rəqəmin 50 milyona, 2040-ci ildə isə 300 milyona yüksələcəyi gözlənilir. Bu artımın qlobal neft tələbatına təsirinin  təxminən 2 faiz olacağı proqnozlaşdırıllr.

Beynəlxalq Enerji Agentliyinin yaydığı bu hesabat Türkiyənin gələcək perspektivinə necə təsir edə edir?

Hesabatda müzakirə olunan əsas məsələlərdən olan yenilənə bilən enerji Türkiyənin qarşıdakı 20 il üçün nəzərdə tutulan enerji perspektivinin ən mühüm elementlərindən birini təşkil edir. Bərpa olunan mənbə potensialı baxımından olduqca əlverişli mövqeyə malik olan Türkiyə bu fürsəti ən qısa müddətdə üstünlüyə çevirməlidir.

 Milli Enerji və Mədən Siyasəti çərçivəsində ortaya qoyulan YEKA strategiyasını bu sahədə görülən ən ciddi addımlardan biri kimi qiymətləndirmək olar.

Türkiyədə yerli texnologiya ilə yerli istehsalı təmin edəcək YEKA strategiyası həm sektorun inkişafına, həm də Türkiyənin bərpa olunan enerji sektorunda dünyaya inteqrasiyasına kömək edəcək.

 Bu gün dünyada elektrik istehsalı mənbəyinin kömür və xam neftdən bərpa olunan mənbələrə doğru meyl etdiyi müşahidə olunur. Dünyada enerji sahəsində cərəyan edən  proseslərin hans ıölçüdə olduğu və gələcək proqnozların hansı istiqamətə yön aldığı çox barizdir. Bu halda, Türkiyənin bu proseslərdən kənarda qalması mümkün deyil. Türkiyə əlində olan yenilənə bilən enerji potensialından  fəal və səmərəli şəkildə istifadə etsə, qlobal enerji  sahəsində  bir çox qabaqcıl ölkələri geridə qoyacaq. Bu baxımdan ,Türkiyədə yenilənə bilən enerji sahəsində ortaya qoyulacaq hər strategiya və görüləcək hər iş bu ölkəni qlobal iqtisadiyyatlar arasında daha üst liqaya qaldıracaq və ölkəyə enerji bazarlarında söz sahibi mövqeyi qazandıracaq.

 

 

 



Әlaqәli Xәbәrlәr