DEAŞ teatrı

Rəqəmlər əslində ortada oynanan oyunu dəqiq şəkildə göstərir.

850994
DEAŞ teatrı

Gündəmə dair təhlil bölümünü Ərdal Şimşəkin qələmindən təqdim edirik:

DEAŞ-ın bölgədə təşkilatlanması olmayan bir terror dəstəsi olduğunu illərdir təkidlə dilə gətirirdik. Təəssüf ki, xüsusilə Qərb mediasındakı əməkdaşlar buna inanmaq istəmirdilər. Hətta inanmadıqlarını açıq-aşkar dilə gətirənlər olurdu. Bu əməktaşlarla əlaqələrimiz çox xüsusidir və keçmişə əsaslanır. Bizim tanış olmağımız və dostluqlarımız hər zaman cəbhələrdə oldu. Bunlar Yugoslaviyanın parçalanmasından sonra baş verən vətəndaş müharibəsindən başlayan, Ruanda, Afrika və Orta Şərqdəki müxtəlif müharibədə eyni taleyi bölüşdüyümüz əməktaşlardır. Bəzi zamanlar həftələrlə eyni məkan yaxud dağılmış binada bir arada yaşayıq eyni tikəni bölüşdüyümüz dostlardan bəhs edirəm. Yaralandığımız zaman bir-birimizə kömək olduğumuz bu  həqiqətə hər zaman şübhə ilə yanaşdılar. DEAŞ həqiqətini görənlər isə bunu işlədikləri media orqanlarında bütün səylərə baxmayaraq dərc edtirə bilmədilər. DEAŞ terror təşkilatının xüsusilə “zirəhli müharibələri” xeyli tanış gəlir. Bu təşkilatın ağır silahlı və zirəhli müharibələri elə bil NATO müttəfiqi bəzi ölkələrin taktikası və metodunu oxşayırdı. Ağlımızdakı bu sualların cavabını keçən il ABŞ-də keçirilən prezident seçkisi  yarışı zamanı aldıq. Cümhuriyyətçi prezident namizədi Donald Trump daha sonra “twitterdə” yazdığı və sonra pozduğu yazısında “DEAŞ-ı prezident Obamanın qurduğunu” ifadə etdi. Trumpun bu etirafı qarşısında qərbli əməkdaşlarımız bir qədər cəsarətlənib, terror təşkilatının Qərb ilə olan münasibətlərini mühakimə etməyə başladılar. ABŞ-ın öncüllüyünü etdiyi Koalisiya qüvvələrinin DEAŞ-a qarşı yürütdüyü hərbi əməliyyatlara dair bir statistikasına nəzər salağın:

Koalisiya ölkələrinin DEAŞ-a qarşı uçuş sayı: 28181

Əməliyyatda olduğu gün sayı: 1185

Koalisiya qüvvələrinin zərərsizləşdirdiyi  DEAŞ-lı sayı 5000

DEAŞ-a atılan raket və bomba sayı: 102 082

Rəqəmlər əslində ortada oynanan oyunu dəqiq şəkildə göstərir. Koalisiyanın və ABŞ-ın DEAŞ ilə mübarizədə istifadə etdiyi əsgər sayında davamlı dəyişiklik olduğu üçün dəqiq bir rəqəm söyləmək qeyri-mümkündür. Amma sadəcə ABŞ-ın şəriki olduğu terrorçu təşkilat PYD-nin 100 minə yaxın silahlısı olduğunu söyləsək, hərbi durum haqqında işarədir.

Keçən günlərdə “BBC” DEAŞ ilə ABŞ-ın əməkdaşlığını ortaya qoyan sənədlər və kadrlar yaydı. Adi şərtlərdə bu hadisə Qərb dünyasında qiyamət qopartmalı idi, amma heç kəsdən səs çıxmadı. DEAŞ hücumlarına yüzlərlə qurban verən Aİ ölkələri də sakit qalmağa üstünlük verdi. Yuxarıda qeyd edilən hərbi əməliyyat tablosunun bir faizi qədər bir hərbi fəallıqla Türkiyə Cümhuriyyəti Dövləti təşkilata ağır zərbə endirdi. İki ay ərzində və sadəcə təqribən 300 personalla Türk ordusu DEAŞ-a ağır zərbə endirdi, sərhədlərini tamamilə bu təşkilatdan təmizlədi. Bu əməliyyatda təqribən 500 Türk əsgərinin məhv etdiyi DEAŞ-lı sayı təqribən 7000-dir. Türk əsgərinin DEAŞ-a qarşı əməliyyatda havadan dəstək almadığını da xatırlatmalıyıq. Türk ordusu sadəcə qurudan əməliyyatda DEAŞ-a 2 ayda bu səviyyədə ağır zərvə vurarkən, koalisiya qüvvələrinin 4 ildə on minlərlə hava hücumu, yüz mindən artıq bomba və raketdən istifadə etməsi və səhadə mübadiləli olaraq yüz minlərlə əsgər ilə terrorçudan istifadə etməsinə baxmayaraq nailiyyət əldə edə bilməməsi sadəcə maraqlı deyildir. ABŞ-ın bu terror təşkilatı ilə mübarizəsi və əlaqəsinin sadəcə jurnalistlər tərəfindən mühakimə edilməsi vacib olan bir məsələ olma sərhəddini aşıb. Türkiyə, Rusiya, İngiltərə, İran və Suriya  birgə müraciət ilə beynəlxalq məhkəmə sisteminə üz tutdu. Çünki dünyanı qana büləyən, yüz minlərlə günahsız insanın, uşağın, qadının və yaşlının ölməsinə səbəb olan bir terror təşkilatı ilə bir dövlətin əlaqəsi ortaya çıxıb. Bu şübhə yaxud da həqiqətin mühakimə edilməsi beynəlxalq hüquqa təqdim edilməlidir. Bu olmadığı müddətdə xalqın qurulmuş dünya nizamına inancı bir daha sarsılacaqdır. Beynəlxalq terrorçu qrup olan Fətullahçı terror təşkilatının keçən illərdə Türkiyəni terrorla günahlandıran böhtanına bütün dünya inanmışdı. Hətta Qərb aləmi bu böhtan üzərində təkidlə dayanan, Türk dövlətinin qanunlarını pozaraq açıq şəkildə cinayət işləyən şərçilərə qapılarını axıradək açmışdı. Bəzi qərbli ölkələr, qarayaxan bu insanlara dərhal pasport verərək prezident səviyyəsində qonaq etdilər. Türkiyəyə atılan bu böhtanı qəbul edən Qərb dünyası ingilis əməkdaşlar tərəfindən otraya çıxarılan DEAŞ-ABŞ oyunu haqqında bir söz belə danışmamaları, demokratiya, insan haqları qlobal hüquq adından bir sözlə biabırçılıqdır.

Halbuki Qərb dünyası bir teatra tamaşa edilməsinin bədəlini yüz minlərlə can verərək ödədi. Düzünü dəmək və terrorçunun ortağına “sən terrorçusan” dəmək bu qədər çətindirmi? Bəlkə bəziləri bu teatrın sona çatmasını istəmir?



Әlaqәli Xәbәrlәr