Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

803644
Türk Dünyasından Xәbәrlәr

        Hörmətli oxuçularımız  Türk Dünyasından Xәbәrlәr proqramımızın ilk xәbәri Tatarıstanla bağlıdır.

         Tatarıstanda fәaliyyәt göstәrәn Bolqar İslam Akademiyası tәlәbә qәbul etmәyә başlayıb.

        Akademiyanın rәsmi açılış mәrasimindә Tatarıstan prezidenti Rüstәm Minihanov, Rusiya prezidentinin Volqaboyu Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Mixail Babiç, Tatarıstan parlamentinin sәdri Fәrid Muhametşin, Türkiyәnin Kazandakı Baş Konsulu Turxan Dilmaç, İslam Tarix, Sәnәt vә Mәdәniyyәt Araşdırmaları mәrkәzinin Baş Direktoru Xalid Eren, Rusiya müsәlmanları İttifaqının sәdri Talqat Tecetdin, Rusiya müsәlmanları dini idarәsinin rәhbәri Ravil Qaynutdin, Tatarıstan müftisi Kamil Semiqullin vә çox sayda rәsmi şәxs iştirak edib.

       Mәrasimdә açılış nitqi ilә çıxış edәn Tatarıstan prezidenti Rüstәm Minihanov Rusiya prezidenti Vladimer Putinə akademiyanın yaradılmasına göstәrdiyi dәstәyә görә tәşәkkür edib. O,  açılışın  hәr iki ölkә üçün  tarixi әhәmiyyәtә malik olduğunu deyib.

      Mәrasimdә çıxış edәn Rusiya prezidentinin Volqaboyu Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Mixail Babiç  ilk olaraq Rusiya prezidentinin akademiyanın açılış mәrasimi ilә bağlı yazdığı mәktubunu oxuyub.

      Akademiyanın  Rusiyada mədrəsə və universitetdən ibarət olan iki mərhələli dini təhsil sisteminin üçüncü halqasını təşkil edəcəyini deyən Babiç, bu günə qədər Rusiyada belə bir təhsil sisteminin olmadığını, artıq Rusiya müsəlmanlarının xarici ölkələrə getmədən ölkələrində ən yüksək səviyyədə dini təhsil ala bilәcәklәrini vurğulayıb.

     Anadolu Agentliyinә müsahibә verәn Türkiyənin Kazandakı  Baş Konsulu Turxan Dilmaç isә  Bolqar İslam Akademiyasının әhәmiyyәtinә toxunaraq "Bolqar şəhəri Türk xalqının ilk dəfə müsəlmanlığı qəbul etdiyi bir şəhərdir’’ deyib.

     O, Türkiyәnin Bolqar İslam Akademiyası ilә sıx әmәkdaşlıq edәcәyini vurğulayıb.

     İslam Tarix, Sәnәt vә Mәdәniyyәt Araşdırmaları mәrkәzinin Baş Direktoru Xalid Eren dә Bolqar İslam Akademiyasının kitabxanasına nəşr tarixi çox qәdim olan Qurani-Kәrim hәdiyyә edib.

        Hörmətli oxuçularımız növbәti xәbәrimiz Qazaxıstanla bağlıdır.

        Qazaxıstanın paytaxtı Astana 14-15 sentyabr tarixlәrindә Suriya ilә bağlı toplantıya ev sahibliyi edәcәk.

        Bu barәdә Qazaxıstan Xarici İşlәr Nazirliyi məlumat yayıb. 
        Toplantıda sözügedən bölgәdəki tәhlükәsizlik qüvvәlәrinin fәaliyyәtini tәnzimlәyәn sәnәdlәrin müzakirә olunacağı bildirilir.

         Nazirliyin açıqlamasında iştirakçıların İdlib, Homs və Şərqi Qutadakı tәhlükәsizlik  bölgәlәrinin sərhədlərini tәsdiq edәcәyi, koordinasiya mərkəzi, məhbusların və girovların azad edilmәsi üçün yaradılacaq qrup,  meyitlərin təhvil verilməsi və itkin düşәn  insanların axtarışı ilə bağlı qanun layihəsinin də təsdiq olunacağı qeyd edilib.

         Açıqlamada hәmçinin bildirilir ki tərəflər iclasda Suriyada YUNESKO-nun dünya irsi siyahısındakı bölgələrin də minalardan təmizlənməsi barədə bəyannamə qəbul edəcəklər.
        Türkiyə, İran və Rusiyadan ibarət olan təminatçı ölkələrin sentyabrın 13-dә  texniki danışıqlar  aparacağı bildirilir.

         Hörmətli oxuçularımız ilk xəbərimiz  proqramımızı bir mәdәniyyәt xәbәri ilә yekunlaşdırırıq.

         Tatarıstanın paytaxtı Kazan 13-cü Beynәlxalq Kazan Müsәlman Film festivalına ev sahibliyi edib.

          Tәdbir Kazanda yerlәşәn Piramida Mәdәniyyәt vә Әylәncә Mәrkәzindә baş tutub.

          Tәdbirdә açılış nitqi ilә çıxış edәn Tatatrıstan prezidenti Rüstәm Minihanov festivalın hәr ötәn il daha maraqla qarşılandığını qeyd edib.

           Festivalda Türkiyәni ‘‘Duvar’’ filminin rejissoru Mustafa  Koray Polat tәmsil edib.

           Anadolu Agentliyinә müsahibә verәn  Mustafa Koray Polat Kazanda ilk dәfә olduğunu vә festivalda iştirak etmәkdәn mәmnun olduğunu deyib.

         M.K.Polat  ‘‘Duvar’’  filminin Türkiyәdә övladları ilə birgə   yaşam mübarizәsi aparan  suriyalı qadının hәyat hekayәsindәn bәhs etdiyini söylәyib.

         Festivalda Türkiyәni hәmçinin Әbdulqaffur Şahinin ‘‘Çünkü Aşk’’, Mustafa Karanın Macarıstan-Türkiyә ortaq istehsalı olan‘‘Kalandar Soğuğu’’, Mehmet Başakın ‘‘Eski Güzel Günlerin  Sonu’’ filmlәri dә tәmsil edib.

        Qeyd edәk ki, festivalda  bu il 27 ölkәdәn 60 film nümayiş olunub.          Festival sentyabrın 11-dә başa çatacaq.



Әlaqәli Xәbәrlәr