"Yaxınlaşan fırtınaya diqqətləri cəlb etməyə səy göstərdik"

Təəssüf ki, hərb çılğınlığı bizi çox millətli cəbhə müharibələrinə aparıb çıxaracaq kimi görünür...

795008
"Yaxınlaşan fırtınaya diqqətləri cəlb etməyə səy göstərdik"

Paytaxt Ankarada yerləşən Yıldırım Bəyazid Universitetində vəzifəli müəllim Ərdal Şimşəkin həmin mövzuya dair dəyərləndirməsi...

Barack Obamanın prezidentliyinin son aylarında Şimali Avropa, Balkanlar və Qara dənizə sahili olan müttəfiq ölkələri silah anbarına çevirdiyi gündən bəridir hər daim  yaxınlaşan fırtınaya diqqətləri cəlb etməyə səy göstərdik.

Yaxşı ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan təhlükəni görürdü və Türkiyənin silah anbarına çevrilməsinə icazə vermədi.

2016-cı il iyulun 8-də Polşanın paytaxtı Varşovada “NATO Dövlət və Hökumət başçılarının zirvə yığıncağı” keçirildi. Həmin yığıncaqda dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Dövlət başçısı yığıncaqda Türkiyənin Qara dənizə sahilində yeni NATO bazası qurulması təklifini məntiqli və haqlı səbəplərdən qəbul etmədi. Ərdoğanın bu strateji hərəkətindən sonra Rusiya Federasiyası Türkiyə ilə olan siyasi və diplomatik böhrana dərhal son qoydu. Putin Ərdoğanın uzatdığı sülh əlinə cavab verdi. Dövlət başçısına göndərdiyi cavab məktubunda iki ölkə arasında baş verən təyyarə böyranının əsas günahkarının başqa qüvvələr olduğunu açıqladı. Rusiya Türkiyə ilə kəsdiyi iqtisadi, siyasi və strateji əlaqələrini yenidən və çox sürətli şəkildə başlatdı.

Rusiya prezidentinin Ərdoğanın sülh tələbinə şərtsiz cavab verməsi qaranlıq qüvvələrin addım atmasına gətirib çıxardı. Bexnəlxalq terror təşkilatı olan FETÖ üzvü terrorçulardan biri Rusiyanın Ankara səfiri Andrey Karlovu kameraların qarşısında qətlə yetirdi.

Putin və Rusiya dövlət bürokratiyası bu  təxribatçılıq hoqqasını gördü. Bu çirkli oyunun üzərini açdı. Bütün bunlara baxmayaraq inkişaf edən Türkiyə-Rusiya əlaqələri öz adi axarında sürətli şəkildə davam etdi.  Türkiyəyə və Qara dənizin Türkiyəyə olan sahillərinə silah-sursat yığınağı olması işində uğuru oluna bilmədikdə anidən Asiya Sakit okeandan Hind okeanına qədər sahili olan bir çox ölkədə böhranlar baş verdi.

Filippində bir anda DAEŞ terror təşkilatı ortaya çıxdı. Sakitliyin və sülhün simvolu olan Arakan və Arakan boğazında terror aktları törədildi. Çin və Yopan dənizlərində gərginlik baş verdi. Bir çox ölkə başqa ölkənin sahili sularını pozmağa başladı. Bu proses böhranda tərəf olan ölkələrdə sosioloji dəyişiklik və yeniliklərə səbəb oldu. İctimaiyyətlərdə toqquşma arzusu zirvəyə çıxdı. Təhdidlərin qaynağı kimi göstərilən Şimali Koreyada işçilərin, partiya üzvlərinin və sabiq əsgərlərin yenidən orduda iştirak etmək üçün könüllü olduğuna dair xəbərlər yayılmağa başladı. Rəsmi Pyongyangın təbliğat mənbələri yüz minlərlə insanın ABŞ prezidenti Donald Trumpun sərt bəyanatlarına etiraz etmək üçün küçələrə axdığını, 3 milyon 500 min vətəndaşın isə orduya qatılmaq üçün könüllü olduğunu elan etdi. Şimali Koreyadakı bu çılğınlıq Cənubi Koreyada da əks etdi. Özünü yüksək risk altında görən cənubi koreyalılar evlərinə ərzaq yığır, bombalara dözümlü sığınacaq yerləri tikirdi. Koreyalılar hərb təhdidinə görə qızıl satın aldı və dünya qızıl bazarı bir anda hərəkətləndi. Cənubi Koreya xalqının qızıl istehlakının beş qatınadək qızıl aldığını bu ölkənin KİV diqqətə çatdırdı. Şimali Koreyanın avqust ayında vurarıq” dediyi Sakit okeandakı ABŞ ərazisi Guam adasında xalq ərzaq ehtiyatı yaradırdı. Şimali Koreyadan atılacaq bir raketin 10 dəqiqə ərzində çata biləcəyi Yaponiyada əhali sığınacaq yerlər hazırlamağa başladı. Şirkətlərin sığınacaq sifarişlərinə cavab verə bilmədiyi yenə bu ölkənin KİV tərəfindən dilə gətirilir. ABŞ cəbhəsində də ciddi fəallıq müşahidə olunur. Trumpın “silahlarımız atəşə hazırdır” bəyanatından sonra Milli Təhlükəsizlik üzrə müşaviri Mc Master “Şimali Koreya”nın nüvə silahlarla təhdid etməsinə qarşı bir hərbə hazırıq” dedi.

Deməli “nüvə təhdid” sözü artıq dünyaya inandırıcı gəlmir. Çünki dövrün ABŞ hökuməti İraqın da nüvə təhdid olduğunu irəli sürdü və 1991-ci ildə ölkəni atəş altına aldı. Bu mühəribədə 1 milyondan artıq insan öldükdən sonra İraqın nüvə təhdid olmadığını açıqladılar. ABŞ və Qərbdəki “yadlaşdırma” və nifrət günahının açıq şəkildə işlənməsi öz ictimaiyyətlərində ziddiyyət doğurdu. Qərbi Avropada ifrat millətçilik və ABŞ-dakı Ağ irqçiliyin bütün dünyanı təhdid edəcək səviyyəyə çatmağına az qalıb. Rusiyada da vəziyyət eynidir. Hərb təhlükəsinə görə rus ordusu Ukraynada Çin və Yapon sərhədlərinə qədər yüz minlərlə əsgərini hazır hala gətirdi. Ölkənin Uzaq Şərqdəki hərbi birləşmələri “ yüksək hərbi hazırlıq” tətbiqinə başladı. Rus ordusunun Şimali Koreyadan atılaraq hədəfindən yayındıracaq bir raketə qarşı hazır gözlədikləri açıqlandı. Bütün bu sosioloji və hərbi fəallıqın xərci onlarla milyard dollardan artıqdır. Bu xərclər təəssüf ki, aclıq problemi və sülh üçün sərf edilsə dünya yaşamaq üçün daha uyğun hala gələcəkdir. Beləliklə nə bir damla qan, nə də gözyaşı axıdılacaq. Təəssüf ki, hərb çılğınlığı bizi çox millətli cəbhə müharibələrinə aparıb çıxaracaq kimi görünür. Yeganə ümidimiz Ərdoğan və Çin dövlət başçısı Şi Çinping kimi digər ölkə liderlərinin də sülh üçün ciddi cəhd göstərmələridir…



Әlaqәli Xәbәrlәr