“ABŞ demokratiyası nə üçün öldürür?”

ABŞ 1992-ci ildən bəridir Orta Şərq və bəzi Afrika ölkələrinə demokratiya aparmağa cəhd göstərir.

784984
“ABŞ demokratiyası nə üçün öldürür?”

ABŞ 1992-ci ildən bəridir Orta Şərq və bəzi Afrika ölkələrinə demokratiya aparmağa cəhd göstərir.        

ABŞ-ın demokratiya ixracından ən çox zərər görən Somali, Əfqanistan , İraq və Suriya oldu. Amerikanın demokratiya apardığı ölkələrdə 5 milyona yaxın dinc vətəndaşın öldüyü güman edilir.

ABŞ bu ölkələrə demokratiya aparmadan əvvəl vətəndaş müharibəsi yaxud da qardaşın qardaşı öldürməsi kimi hadisələr deməli heç yox idi. Əfqanıstandakı  Taliban və Mücahid hökuməti toqquşması isə qardaşlar müharibəsi deyil, tamamilə siyasi toqquşma idi.

Somali xaosdan xilas olmağa cəhd göstərirdi. İraqda mövcud nizam-intizam mövcud idi. Səddamın nəyinki atom bombası, kimyəvi silahı da yoxdu. Halbuki ABŞ bu həqiqətlərlə İraqı işğal etmişdi. Və işğaldan sonra yenə Amerika hərbi mənbələri İraqda nüvə silah olmadığını etiraf etdi.  ABŞ ortağı olan terror təşkilatı  YPG vasitəsi ilə Suriyaya da demokratiya aparmağa cəhd göstərir. ABŞ-ın demokratiya aparmağa cəhd göstərdiyi Suriyaya da nəzər salaq: Keçən günlərdə sosial şəbəkələrdə 1 dəqiqə 17 saniyəlik video yayımlandı. Video Suriyanın şimal bölgəsində çəkilib. Yıxılmış bir binanın içində əlləri arxadan bağlanmış bir gənc bütün gücünü yığıb təbəssüm etməyə cəhd edir və kürdcə bunları deyir: Xahiş edirəm məni öldürməyin.

Həyat və ölüm arasındakı ən incə çizginin düz ortasında olan bu kürd gənc xeyli mülayim və mərhəmətli səsi ilə təbəssüm edərək öldürülməməsini istəyir.  Bu şərtlərdə əslində bu səs tonu yalvarma və fəryad şəklində olmalı idi. Ekranda əlləri silahlı və qollarında ABŞ-ın müttəfiqi YPG gerbi olan iki nəfərdən daha kök olan yenə kürdcə və qəzəblə danışan bu cavabı verir: verilən əmrə riayət etmədin. Müharibəmizdə iştirak etmədin. Bu rəftarınla kürd xalqına xəyanət etdin. Və xəyanətin hökmü  ölümdür deyəndən sonra tətiyə basır. Sonra ABŞ-ın müttəfiqi olan digər YPG-li terrorçu da tətiyə basır. Gələcək illərinin qəsb edilməsini istəməyən dinc vətəndaş kürd gənci əlləri arxasında bağlı yüzünü atılan güllələrdən döndərməyərək təbəssümlə ölümə gedir.

YPli terrorçunun işarə etdiyi  terror təşkilatı PKK-nın qurucusu quldurbaşı Abdulla Öcalandır. ABŞ və bütün Avropa ölkələri tərəfindən Öcalan “ terrorçu” kimi qəbul edilir. Hətta ABŞ Öcalanın yaxalanması üçün Türkiyəyə yardım belə etmişdi.

ABŞ-ın müttəfiqi olan terror təşkilatı YPG ona tabe olmayan  kürdləri ev-eşiklərindən didərgin salır. Ev-eşiyini tərk etməyən yaxud da etmək istəməyənləri isə o təbəssüm etməyə cəhd göstərən gənc kimi öldürür.

Bu bölümün mətnini türkcə yazan Ərdal Şimşək deyir ki, peşəmdən asılı olaraq bu videoya bir neçə dəfə baxdım. Hərb və terror mövzusundakı jurnalistliyin ən mənfi, ən ağır tərəfi özgələrinin ölümlərini izləmək məcburiyyətində qalmaqdır. 27 ildən artıq zamandır ki, bu işlə məşğulam. Bu müddətdə həyata belə bağlanmış başqa daha iki ölümə şahid oldum. Birinə 1994-cü ildə  serb terrorçuların Dracaçda bir qadını uşaqlarının gözü qabağında öldürərkən, ikinci isə 1999-cu ilin axırında başlayan 2-ci Çeçen-Rus hərbində şahid oldum. Çeçenistanın paytaxtı Qroznida yenə qucağında bir çeçen qadının rus əsfəri tərəfindən öldürülərkən, gülələr bədəninə dəydiyində gözlərinin içinin güldüyünü gördü. Bir ömürdən daha uzun və daha ağır olan iki yaxud üç saniyə idi.

Hal-hazırda ABŞ-ın tərəfdaşı olan terror təşkilatı YPG-nin köç etməyə məcbur etdiyi kürd sayının 700 mini ötdüyü güman edilir. Kürdlər adından terror əsdirdiyini irəli sürən YPG və PYD çox maraqlı şəkildə əsasən hamısı təqribən bir milyon olan suriya kürdlərinin 700 minini sürgün edir. Bəs, PYD-YPG terror təşkilatlarından qaçan kürdlərın hansı ölkəyə sığındıqlarını bilirsinizmi?

Onlar Avropa İttifaqı üzvü Avropa ölkələrinin “Kürd vətəndaşlarına təzyiq etdiyini” iddia etdiyi Türkiyəyə sığınırlar.

Terror təşkilatı YPG-dən qaçaraq Türkiyəyə sığınan kürd qaçqın sayı 500 minə yaxındır. Türkiyə sığınların etnik kökünü sual etmədiyi üçün bu rəqəmin nə qədər dəqiq olduğunu təxmin etmək çətindir. Ancaq İraqın şimalında Bərzani idarəsinə sığınan kürd qaçqınların sayının 70 minə yaxın olduğu açıqlanmışdı. Bu şərtlərdə qalan kürdlərin hamısının Türkiyəyə sığındıqları aydın olur.

Kürdlərin Suriyada heç vaxt vətəndaşlıq  vəsiqələri olmadı. Türkiyə Cümhuriyyəti dövlət başçısı Ərdoğanın baş nazir olduğu zamanda Əsədə etdiyi təzyiqdən sonra suriyalı kürdlər tarixlərində ilk dəfə vətəndaşlıq vəsiqəsi və haqlarına sahib olmağa başladılar.

Ərdoğandan əvvəl Suriya kürdləri minlərlə illik torpaqlarında “qaçqın” statusundaydılar. Suriyadan PYD-YPG zülmündən qaçan kürdlərin Türkiyənin hər yərində kürdlərin Türkiyənin hər yərində rahat şəkildə yaşadıqlarını bilirsinizmi? Həmin zamanda istədikləri iş qolunda sərbəst şəkildə işləyir yaxud da özlərinə ticarətxana aça bilirlər. Suriyada demokratik və qeyri-hökumət kürd müxalif təşkilatlarının hamısının mərkəz qərargahı Türkiyənin paytaxtı Ankara yaxud da İstanbuldadır. Kürd müxalifət Avropa İttifaqına üzv ölkələrdə yaşama imkanı tapa bilmir. Avropalı polislərin gözlərinin önündə PKK-YPG-lilərin hücumlarına məruz qalırlar. Və o siyasi kürd rəhbərlər tez-tələsik yenidən Türkiyəyə sığınırlar.

Bütün bunları nəzərdə tutduqda belə bir sual gəlir ağlımıza: “ABŞ demokratiyası nə üçün öldürür?”



Әlaqәli Xәbәrlәr