Türkiyənin milli enerji və mədən siyasəti

Enerji tədarükü sahəsində atılan addımlar Türkiyənin Qara dəniz və Aralıq dənizində neft və təbii qaz tapma mövzusunda nə qədər qətiyyətli olduğunu göstərir.

Türkiyənin milli enerji və mədən siyasəti

Milli Enerji və Mədən Siyasəti Türkiyənin  gələcəyinə dair enerji görüntüsünü təyin edəcək. Bu siyasət enerjinin istehsalı, istehlakı və paylamasına dair yeni strategiyaları ortaya qoydu.  Bunun əsaslarından birini isə enerji tələbindəki təhlükəsizlik təşkil edir. Bu da Türkiyənin gələcəyə istiqamətli enerji perspektivinin aşkarlanmasında əhəmiyyətli rol oynayır. Bu çərçivədə əvvəlcə qaynaq müxtəlifliyi və enerji həcminin artımı kimi strategiyalar və bununla yanaşı dənizlərdə reallaşması planlaşdırılan qazma və axtarış işlərində enerji təhlükəsizliyi və milliləşdirmə üçün əhəmiyyətli addımlar atılacaq.

Açıq dənizlərdə araşdırma prosesinə ilk olaraq aprel ayında Barbaros Hayrettin seysmik araşdırma gəmisinin Aralıq dənizində fəaliyyətlərə başlaması ilə start verildi. İndi isə bu proses dənizlərdə iki və üç ölçülü dərin seysmik axtarış aparma həcminə sahib MTA (mədən araşdırma) adlı qurua məxsus Oruc Rəis adlı gəminin neft və təbii qaz axtarmaq üçün Qara dənizdə fəaliyyətlərə start verməsi ilə  davam edir. Beləcə Türkiyə, Qara dəniz və Aralıq dənizində seysmik axtarış reallaşdırmaq üzrə iki ədəd gəmisini işə daxil etdi. Bu addımlar Türkiyənin Qara dəniz və Aralıq dənizində neft və təbii qaz tapma mövzusunda nə qədər qətiyyətli olduğunu göstərir.

Barbaros Hayrəttin gəmisinin Kıbrıs sahillərində araşdırma aparması Türkiyənin Şərqi Aralıq dənizindəki stratəji mövqeyinə dəstək olacaq xüsusiyyətdədir. Həmçinin Türkiyə bu bölgədə Rum idarəsilə mübahisəli sahələrin olmasının özünün Xüsusi İqtisadi  Bölgəsində araşdırma aparmasına mane təşkil etməyəci bir daha sübuta yətirildi. Türkiyə bu addımla Şərqi Aralıq dənizində öz hakimiyyətindəki sularında qanuni haqlarını qoruyaraq, mənbə axtarışlarını davam etdirmiş və sabit mövqeyini ortaya qoymuşdur.

Qara dənizdə seysmik araşdırma aparmaq üçün hazırlaşan Oruç Rəis gəmisi isə Türkiyənin Milli Enerji və Mədən Siyasəti çərçivəsində müəyyən etdiyi hədəflərinə çatmaq üçün fəaliyyətlərinə sürət qazandırdığını göstərir. Bu prosesin davamında sonrakı addımda isə qazma fəaliyyətləri yer tutur. Ttürkiyənin Qara dənizdə reallaşdıracağı qazma fəaliyyətləri bu bölgədə daha fəal şəkildə yer almasına imkan yaradacaqdır. Türkiyənin həm Qara dənizdəki həm Aralıq dənizindəki bu fəaliyyətləri enerji tədarükü ilə əlaqəli təhlükəsizliyi adından xeyli müsbət addımdır. Türkiyə bu addımları ilə bölgədəki enerji tənliyinin bir hissəsi olmaq yolunda daha ciddi mövqe qazanacaqdır. Həmçinin beynəlxalq arenada Türkiyənin bu bölgələrdə həm siyasi həm iqtisadi olaraq gücünün ortaya qoyulmasının qarşısının alınmasına mane olacaqdır. Türkiyə həmin zamanda enerji tədarükü və tələb edən ölkələrin keçid maşrutunda yerləşib. Bu da geosiyasi cəhətdən Türkiyəni ön plana çəkən faktlar arasındadır. Bu şərtlərdə Türkiyənin bölgədəki enerji tarazlığının bir parçası olması üçün bütün bu üstünlüklərdən imkan yaradan daha güclü enerji siyasətlərinə sahib olması vacibdir. Elə bu nöqtədə  Milli Enerji və Mədən Siyasəti işə daxil olur ki, bu da enerji tələbinin önəmli hissəsini idxal neft və təbii qazdan təmin edən Türkiyə üçün həyati əhəmiyyət daşıyır. Türkiyə kimi enerjidə xaricə asılı bir ölkə üçün enerji tələbini təmin etmək bir məcburiyyətdir. Münasibəti ilə Türkiyənin mövcud enerji potensiyalının istifadə edilməsi üçün müəyyən etdiyi bu strategiyalar çərçivəsində fəaliyyətlərini fasiləsiz davam etdirməsi vacibdir. Bu siyasət və hədəflər enerji tədarükünün təmin edilməsi adından təsisedici nəticələr doğuracaqdır. Bu siyasətlər ilə enerji mənbələrini təqdim və tələb edən ölkələr sırasında stratəji mövqeyi ilə olan Türkiyəni alternativsiz bir statusa çıxaracaqdır.

Bununla yanaşı Türkiyə sadəcə enerji nəqliyyatında marşrut ölkə deyil, həmin zamanda enerji ticarətində söz sahibi ölkə statusuna qovuşacaqdır. Həmçinin bu siyasətin Türkiyənin enerji sahəsində gələcək hədəflərinə qovuşması uğrunda istiqamət götərən bir xəritə təqdim etdiyini də unutmamalıyıq. 



Әlaqәli Xәbәrlәr