Türkiyə-Rusiya əlaqələrində hansı dəyişikliklərin olması gözlənilir?

Bu gün Rusiya ilə Türkiyə Qafqaz, Orta Şərq və Qaradəniz bölgəsində təsirli iki gücdür.

741271
Türkiyə-Rusiya əlaqələrində hansı dəyişikliklərin olması gözlənilir?

  May ayında (03.05.2017) Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası prezidenti Vladimir Putinlə Soçidə görüşdü. Bundan sonra Türkiyə-Rusiya əlaqələrində hansı dəyişikliklərin olması gözlənilir? (Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.)

  Bu gün Rusiya ilə Türkiyə Qafqaz, Orta Şərq və Qaradəniz bölgəsində təsirli iki gücdür. Onlar bir çox strateji sahədə geosiyasi rəqabət aparır, amma eyni zamanda iki ölkə arasında əməkdaşlıq sahələrini genişləndirirlər.

  Türkiyə və Rusiya soyuq müharibədən sonra ortaq işlərə başladı. Bununla belə soyuq müharibə dövründən miras qalan problemlər və təbii geosiyasi maraqlar iki ölkənin regional və qlobal siyasətlərini bir-birindən fərqləndirir.

  Rusiyanın enerji ixracatında Türkiyənin, Türkiyənin isə satış bazarı üçün Rusiya böyük əhəmiyyətə malikdir.

  İki mininci illərin əvvəllərindən başlayaraq Rusiya ilə Türkiyə arasındakı əlaqələrdə ciddi bir canlanma oldu. Ticarət, turizm və enerji sahələrində hər iki tərəfə də qazanc təmin edən əlaqələr yarandı.

  Digər tərəfdən, Türkiyənin NATO-nun qabaqcıl üzvü olması, Yaxın Şərq, Qaradəniz və Cənubi Qafqaz bölgələrində zidd düşən proseslər Türkiyə - Rusiya əlaqələrinin kövrək tərəfini təşkil edir. Suriyada və Ukraynada yaşanan hadisələrdə də bu fikir ayrılığını görə bilirik.

  Bütün bunlarla belə, Türkiyə və Rusiya ticarət, turizm və enerji sahələrində ciddi bir əməkdaşlığı təmin edib. Qarşılıqlı ticarət hər il artır. Türkiyə hər il ölkəsinə gələn milyonlarla rusiyalı turistdən çoxlu qazanc əldə edir. Enerji sahəsində isə Türkiyə Rusiyadan böyük miqdarda təbii qaz və neft alır. Bu, Rusiya üçün əhəmiyyətli bir gəlir qaynağıdır.

  Bundan başqa, Rusiya Türkiyənin ilk nüvə stansiyasının qurulması layihəsinə dəstək verir. “Türk Axını” layihəsində də iki ölkə əhəmiyyətli əməkdaşlıq nümayiş etdirir. Son illər Rusiya və Türkiyə evlilikləri belə yenə artıb. Yenə Rusiyada Türkiyə serialları üstünlük təşkil edir.

  Yaxınlarda Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasına rəsmi səfər etdi, həmkarı Vladimir Putinlə Soçidə görüşdü. Soçi görüşü Türkiyə-Rusiya əlaqələrində 27 iyun 2016-cı ildə başlayan normallaşma prosesini inkişaf etdirən bir toplantı oldu. Rusiya mediası görüşü "ortaq əməkdaşlığa geri dönüş" başlığı ilə işıqlandırdı. Mövcud vəziyyəti Türkiyə rəhbəri Ərdoğan "strateji tərəfdaşlıq" olaraq xarakterizə etdi.

  Ərdoğan - Putin görüşü ilə turizm, kənd təsərrüfatı, tekstil, nüvə-enerji və “Türk Axını” layihəsi sahələrində problemlərin yolunu açdı. Amma pomidor idxalı və bəzi viza məhdudiyyəti əskiklikləri həll olunmamış qaldı.

  Soçi görüşü ilə Astana danışıqlarında də yeni bir dövr başladı. Rusiya və Türkiyənin birlikdə müzakirə masasına oturaraq Suriya böhranına həll axtarması iki ölkə arasındakı əməkdaşlıq potensialını göstərdi.

  Göründüyü ki, Soçidəki Ərdoğan - Putin görüşü ilə Türkiyə - Rusiya əlaqələrində yeni bir səhifə açıldı. Görüşdən sonra hər iki lider çox müsbət şərhlər veridlər.

  Beləliklə, Türkiyə - Rusiya əlaqələrində normallaşma mərhələsindən ortaq əlaqələr səviyyəsinə keçid yarandı. Amma bu mərhələyə gəlmək asan olmadı. Çətin dövrlər yaşandı. İki ölkə əlaqələri çox çətin sınaqlardan keçdi.

  Bir az əvvəl söylədiyimiz kimi, Türkiyə və Rusiya arasında müxtəlif sahələrdə siyasi anlayış və maraq fərqləri var. Amma münasibət və əlaqələrə ziyan dəyməməsi üçün bu müxtəliflik qarşılıqlı ehtiyat və məsuliyyət tələb edir. Potensial əməkdaşlıq sahələrinə uzun vədəli sərmayə qoyulması həm Türkiyə, həm də Rusiyanın xeyrinədir. Artıq Türkiyə və Rusiya ikitərəfli əlaqələrdə əməkdaşlıq və qarşıdurma nöqtələrini bir-birindən ayıra bilir. Bu səbəbdən bu gün bir sıra ciddi irəliləyişlər nəzərə çarpır.

  Suriya böhranı da Türkiyə və Rusiya arasında həllini tapsa, bölgədə bir çox problem yoluna düşmüş sayılar. Təəssüf doğuran odur ki, elə Türkiyə - Rusiya əlaqələrində ən böyük risk Rusiyanın PKK-nın Suriya qolu PYD/YPG ilə yaxın əlaqələridir. Rusiya bir tərəfdən Türkiyə ilə əlaqələrini inkişaf etdirmək istəyir, digər tərəfdən Fəratın qərbində PKK/PYD/YPG qüvvələrilə birlikdə hərəkət edərək Türkiyəyə zidd düşür. Bu vəziyyət iki ölkə arasındakı əlaqələrin səmimiyyətinə zərbə vurur. Ona görə əsas çıxış yolu Türkiyə - Rusiya əlaqələrində Suriya böhranına da ümumi həll yolunun tapılmasıdır. 



Әlaqәli Xәbәrlәr