Türkiyədə təhsil

Türkiyədə universitet təhsilinin xüsusiyyətləri və xarici tələbələr üçün hansı şərtlərin olması, təqaüd proqramları, yerləşmə, yataqxana imkanları, ictimai həyata inteqrasiya, bütün bunlar haqqında məlumat almaq üçün bu veb saytlarına baxmaq lazımdır.

731404
Türkiyədə təhsil

  Türkiyədə təhsil almaq istəyən gənclərə “Türkiyədə universitet təhsili” rubrikasını təqdim edirik. Mətni Mücahit Türköne yazıb, Sevda Mirzə oxuyur.   

  Türkiyədə universitet təhsilinin xüsusiyyətləri və xarici tələbələr üçün hansı şərtlərin tələb olunması, təqaüd proqramları, yerləşmə, yataqxana imkanları, ictimai həyata inteqrasiya, bütün bunlar haqqında məlumat almaq üçün bu veb ünvanlarına baxmaq lazımdır. Türkiyədə Təqaüd proqramlarıyla bağlı Türkiyə türkcəsində və ingilis dilində https://www.turkiyeburslari.gov.tr/turkiye-burslari/burs-programlari/ internet ünvanından faydalana bilərsiniz. Balkanlar, Boğaziçi, Harran, Qaradəniz kimi əsas təqaüd proqramları haqqında bu sayt sizə kifayət qədər məlumat verir.

  Türkiyədə qalma şərtləri üçünsə Kredit və Yataqxanalar Təşkilatının saytına baxa bilərsiniz. Həmin internet ünvanı budur: http://yurtkur.gsb.gov.tr. Bu yataqxanalarda qalmaqla yanaşı yemək və kitabxana imkanları da var.

  Beləliklə, müxtəlif ölkələrdən Türkiyə Təqaüd Proqramını qazanan tələbələr prioritetli olaraq dövlət yataqxanaları imkanlarından faydalana bilir. Digər tələbələrin isə Kredit Yataqxanalar Təşkilatı yataqxanalarından istifadə etmək imkanı var.

  Türkiyədə universitet təhsili haqqında məlumatları əvvəlki proqram mətnlərindən də əldə edə bilərsiniz. Bununçün TRT/Azerbaycan veb saytında “Proqramlar” bölümünə nəzər salmaq kifayətdir.  

  Türkiyədə universitet təhsili ala bilən hər kəs türk qonaqpərvərliyilə qarşılanır, ölkənin gözəlliklərini digər yaşıdlarıyla birlikdə görür və istədiyi bölümü qazanaraq gələcəkdə çalışacaq yerdə özünə və cəmiyyətə fayda verməyi öyrənir.

 



Әlaqәli Xәbәrlәr