Türkiyə-Aİ əlaqələrinin gələcəyi 16 aprelin kölgəsində

Aprel ayının 16-da Türkiyədə keçiriləcək referendumun Avropa İttifaqı tәrkibindә olan ölkәlәrdәki tәsiri xüsusilə artmaqdadır.

729095
Türkiyə-Aİ əlaqələrinin gələcəyi 16 aprelin kölgəsində

Aprel ayının 16-da Türkiyədə keçiriləcək referendumun Avropa İttifaqı tәrkibindә olan ölkәlәrdәki tәsiri xüsusilə artmaqdadır.

Türkiyәnin referendumla  bağlı Hollandiya vә Almaniyada yaşayan Türkiyә vәtәndaşları ilә keçirmәk istәdiyi  görüşlәrin  hәmin  ölkәlәr tәrәfindәn lәğv edilmәsi  reaksiyaya sәbәb olub.

Şözügedən iki ölkədə keçirilməsi planlaşdırılan görüşlәr  bir-birinin ardınca ləğv edilib. Xüsusilə Türkiyәnin Hollandiyadakı Baş Kossulluq binasının  qarşısına toplaşan Türkiyə  vətəndaşlarına  qarşı  sәrt müdaxilә  bu ölkənin tarixinə qara ləkə kimi düşüb.

 Türkiyənin  referendumla bağlı keçirmәk istәdiyi görüşlәrә әn böyük reaksiyanı göstәrәn Almaniya  Türkiyәnin  Avropa İttifaqı ölkәrәri içәrisindә әn çox  vәtәndaşının yaşadığı vә ixrac hәyata keçirdiyi  ölkәdir. Eyni zamanda,  Türkiyənin Almaniya ilə uzun illərdir ki, çox sıx siyasi,  sosial-iqtisadi və mədəni əlaqələri mövcuddur. 

Türkiyənin son dövrdə Almaniya ilə yaşadığı siyasi gərginliyin  Aİ ilə münasibətlərinə təsiri də yaxın vaxtlarda mərhələli olaraq hiss ediləcək.

Hollandiya  son günlərdə nümayiş etdirdiyi antidemokratik davranışla  dünyanın reaksiyasına sәbәb olub.

Qaçqın problemi ilə başlayan Aİ-Türkiyə münasibətlərindəki  gərginlik bu ölkәlәrin atdığı antidemokratik addımlarla daha da artıb.

16 aprel referendumu ərəfəsində baş verənlər əslində bir çox ölkənin Türkiyəyə qarşı mövqeyini birmənalı şəkildə ortaya qoyub. Referendumun nәticәsinin ‘‘Hә’’ olacağı tәqdirdә  Türkiyənin bütün sahələrdə güclü şəkildə yoluna davam edəcək olması Aİ-na üzv olan  ölkələr başda olmaqla  bir çox ölkəni narahat edir.

Çünki Türkiyə artıq  Aİ-nın  idarə etdiyi və hər deyiləni qəbul edən  ölkə deyil. 
Beləliklə,  Aİ-na üzv ölkәlәrin aprelin 16-da keçirilәcәk referenduma qarşı nümayiş etdirdikləri  mənasız  davranışlarının Türkiyə-Aİ münasibətlərinə  təsir görmәmәsi imkansızdır.

Ticari  əlaqələr baxımından  Türkiyәnin mühüm tərəfdaşı  olan  Aİ ilə münasibətlərin bu istiqamətdə davam etməsi Türkiyə və Aİ ölkə iqtisadiyyatları üçün yeni bir prosesin başlanğıcı olacaq.

Viza sərbəstliyi  məsələsində çox fərqli  mövqe  nümayiş etdirәn Aİ  yeni dövrdə ya  hər kəsin tanıdığı Aİ olacaq, ya da  Aİ-nı  təmsil etməyən bir quruluşla qarşı-qarşıya qalacağıq.

Son olaraq bildirək ki, məsələni  yalnız Almaniya və Hollandiya ilә yaşanan son hadisәlәrdәn çıxış edərək  qiymətləndirmək doğru deyil.

Türkiyə-Aİ münasibətlərində son vaxtlar viza rejiminin sadәlәşmәsi, gömrük ittifaqı və qaçqınlar məsələsində yaranan problemlәr   Aİ-nin girdiyi yeni proses haqqında  az da olsa mәlumat verir.

 



Әlaqәli Xәbәrlәr