Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

692064
Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk  xəbərimiz  Naxçıvan Muxtar Respublikasında yerlәşәn Әshabi-Kahf mağarası ilә bağlıdır.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerlәşәn Əshabi-Kəhf dini-mədəni kompleksi  təbiətin bütün fəsillərində dünyanın fərqli ölkələrindən gələn turistlərin diqqәtini  cәlb edir.

Culfa şəhərində yerlәşәn vә  dünyanın müxtəlif mədəniyyətlərinin izlərini daşıyan  Əshabı-Kəhf mağarası  Türkiyə və İran da daxil olmaqla  bir çox ölkədən gələn turistlərin marağına sәbәb olur.

Şəhər mərkəzinə 1 saatlıq mәsafәdә yerlәşәn  mağara  dini  turizm baxımından Naxçıvanın ən böyük turizm mərkəzi mövqeyindədir.

Kompleksin müdiri  Qaraj  Qurbanov  Əshabi- Kəhvin bölgənin ən әhәmiyyәtli turizm mәkanlarından  biri olduğunu qeyd edәrkən deyib ki,  dünyanın dörd bir yanından mağaranı ziyarәtә gәlirlәr. Qardaş Türkiyədən, İrandan, Amerika, İngiltərə, Fransa, Yaponiya, Malayziya  və Ərəb ölkələrindən,  bütün dünyadan turistlərin gəldiyini  deyәn kompleks rəhbəri vurğulayıb ki,  Bakıda keçirilәn beynəlxalq  konfranslara qatılan xarici ölkə nümayəndələri gəlib buranı bu magaranı da ziyarət edirlər. 

Hörmətli oxuçularımız   növbәti xәbәr Türkmәnistanla bağlıdır.

Ötən ilin sonunda Özbәkistanın prezidenti seçilən Şavkat Mirziyoyev ilk rәsmi sәfәrini Türkmәnistana edib.

Türkmәnistanın dövlәt başçısı Qurbanqulu Berdimәhәmmәdovun dәvәti ilә  Aşqabada sәfәr edәn  Mirziyoyev  rәsmi mәrasimlә qarşılanıb.

İki lider keçirdiklәri tәkbәtәk danışıqlardan sonra heyәtlәrarası görüşlәrә sәdrlik ediblәr.

Görüşlәrdәn sonra iki ölkә arasında iqtisadi vә mәdәniyyət sahəsində mәsәlәlәr başda olmaqla bir çox sferalarda әmәkdaşlıq müqavilәlәri imzalanıb.

Daha sonra birgә  mәtbuat konfransı keçirən hər iki lider sәfәrin әhәmiyyәtindәn danışıblar.

Danışıqlarda ikitәrәfli әlaqәlәrin mövcud vәziyyәtini  qiymәtlәndirdiklәrini  qeyd edәn Q. Berdimәhәmmәdov sәfәrin  iki ölkә arasındakı  qardaşlıq  vә dostluq  münasibәtlәri baxımından әhәmiyyәt daşıdığını bildirib.

2009-ci ildə həyata keçirilәn Türkmənistan- Özbəkistan-Qazaxıstan-Çin  tәbii qaz boru kəməri layihəsindəki əməkdaşlığa toxunan liderlər beynəlxalq nəqliyyat və enerji təhlükəsizliyi məsələsində əməkdaşlığı artıracaqlarını və Orta Asiyanı  Orta Şərq və Avropaya bağlayacaq Özbəkistan-Türkmәnistan-İran-Oman dəmir yolu layihəsində də birgə əməkdaşlıq edəcəklərini bildiriblər.

 Su problemləri və Amu Dərya-Sirdərya məsələsində Birləşmiş Millətlər Tәşkilatının  hüquqları çərçivəsində hərəkət edəcəklərini vurğulayan hər iki lider beynəlxalq terrorizm vә  narkomaniya ilə mübarizə məsələlərində də birgə səyləri davam etdirəcəklərini   vurğulayıblar.

Hörmətli oxuçularımız  sonuncu xәbәrimiz  Özbәkistanla bağlıdır.

Özbəkistan Prezidenti Şavkat  Mirziyoyevin imzaladığı "Aral Gölü hövzəsininin inkişaf etdirilmәsi" proqramı  ilә әlaqәdar  72 layihənin hәyata keçirilmәsi üçün bölgәyә   təxminən 20 milyon dollar  sərmayə yatırılacaq.

Özbəkistan hökuməti  Aral Gölü hövzəsində turizmi inkişaf etdirәrәk bölgəni canlandırmağı hәdәflәyir.

Özbəkistan Əmək Nazirliyinin mәtbuat xidmәtindәn verilən məlumata görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "2017-2018-ci illәr ərzində  Aral Gölü hövzəsinin inkişaf etdirilməsi" ilә әlaqәdar  proqramı imzalayıb.

Proqram çәrçivәsindә 72 layihənin hәyata keçirilmәsi  üçün tәxminәn 20 milyon dollar sәrmayәnin yatırılması nәzәrdә tutulur. Hәmçinin  "Moynak City Center" əyləncə və istirahət mәrkәzlәrindә Aral Gölü zonasına mәxsus  duz və palçıqla müalicə mərkəzlərinin  fәaliyyәtә başlaması da layihədə yer alıb. 

Qeyd edәk ki, Özbəkistan Hökuməti 2017-2021-ci illərdə Aral gölü zonasında ekoloji fəlakətin aradan qaldırılmasına  2 milyard 600 milyon dollar  vəsait ayırıb.



Әlaqәli Xәbәrlәr