Orta Asiya üçün də böyük DAEŞ təhlükəsi_Türkiyə və Avrasiya gündəmi”_06

İstanbulun tanınmış gecə klubu “Reina”da DAEŞ tərəfindən təşkil edilən və 39 adamın ölümünə səbəb olan terror hücumu Avrasiya coğrafyasında da müzakirə olundu.

Orta Asiya üçün də böyük DAEŞ təhlükəsi_Türkiyə və Avrasiya gündəmi”_06

Türkiyə və Avrasiya Gündəmi 06/17

  2017-cu ilin əvvəlində Türkiyədə yaşanan və DAEŞ-in boynuna aldığı terror hücumu Türkiyə və Avrasiyada gündəm mövzularından biri oldu. Hücumu törədən terrorçunun milli mənşəyi açılınca Orta Asiya, yəni Türküstan üçün də böyük bir DAEŞ təhlükəsi olduğu ortaya çıxdı.  

  Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr Fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Yeni il gecəsi İstanbulun tanınmış gecə klubu “Reina”da DAEŞ tərəfindən təşkil edilən və 39 adamın ölümünə səbəb olan terror hücumu Avrasiya coğrafyasında da müzakirə olundu.

  DAEŞ dünyanın müxtəlif yerlərində terror hücumları törədir, amma bu dəfə müzakirəyə daha çox terrorçunun kimliyi məsələsi çıxdı.

  Reina hücumunu törədən terrorçu barədə deyilənlərə və faktlara baxaq. Terrorçu tacik əslli Özbəkistan vətəndaşıdır, rəhbəri iraqlı bir ərəb. Tutulduğu evdə təşkilat üzvü qadınlar, seneqallı, misirli, somalili və onların ölkədəki bələdçisi - Türkiyə vətəndaşları var idi. Hücumun qurbanları isə İsrail, Livan, Hindistan, Səudiyyə, Tunis, İraq, Küveyt, Kanada və Türkiyə vətəndaşlarıdır.

  Müzakirələr, ümumiyyətlə, terrorçunun türk mənşəli olması üzərində dayanılır. Ortaya çıxan yeni iddialardan biri “Türküstan, yəni Orta Asiya DAEŞ-in yeni mərkəzidir” fikridir. Bu, doğrudur mu?

  DAEŞ bu günə qədər yüzlərlə terror törədib. Amma ilk dəfə olaraq terrorçunun etnik mənşəyi və hara vətəndaşı olması gündəmdə bu qədər çox qalır. Niyə? Bu suala cavab verməzdən əvvəl DAEŞ üzvlərinin ölkələrə görə bölgüsünə nəzər salaq.

  2016-cı ilin mart ayı məlumatına görə, DAEŞ-ə qatılan xarici ölkə vətəndaşlarının sıralaması bu şəkildədir:

  1. Tunis (6500),
  2. Səudiyyə Ərəbistanı (2500),
  3. Rusiya (2400),
  4. İordaniya (2250),
  5. Türkiyə (2100),
  6. Fransa (1700),
  7. Mərakeş (1350),
  8. Livan (900),
  9. Misir (800),
  10. Almaniya (760).

  (Mənbə: The Telegraph, Iraq and Syria: How many foreign fighters are fighting for Isil?)

  Eyni zamanda, Bosniya-Herseqovina, Kosovo, Türkmənistan, Albaniya, Belçika, Özbəkistan, İsveç, Fələstin, Danimarka, Tacikistan, Avstriya, Niderland, Finlandiya, Qazaxıstan və Qırğızıstandan da DAEŞ terror təşkilatına qoşulan vətəndaşlar var.

(Mənbə: Radio Free Europe/Radio Liberty, Foreign Fighters In Iraq & Syria: Where do they come from?)

  Bu araşdırmalara görə, məlum olur ki, əksər dünya ölkələrindən, o cümlədən, Orta Asiyadan da DAEŞ terror təşkilatına qoşulanlar var, amma yuxarıda adlarını çəkdiyimiz ölkələrlə müqayisədə sayı çox azdır.

  Bəs niyə regional və qlobal ictimaiyyətdə DAEŞ-in bu türküstanlı terrorçusu haqqında daha çox danışılır? Təbii ki, bunun arxasında başqa səbəblər yatır. Məsələn, hansılar? Orta Asiyada “Radikal İslam” ifadəsi və terrorizm qorxusu təbliğatı bəzi rejimlərin işinə gəlir. Bənzər hadisələrə baxsaq, görərik. Amerikada 11 Sentyabr hadisəsindən sonra Çin uyğur məsələsini “Radikal İslam” və “Əl-Qaidə” adlarına bağlamağa çalışdı. Halbuki 11 sentyabra qədər də Çin uyğurlarla yola getmir, onları məhz müsəlman olduqları üçün əzirdi və əzməkdədir. Demək, hər hansı terrorçunun milli mənşəyinin uyğur və ya müsəlman olması Çinə yarayır. Elə Rusiyaya da.

  Türküstan bölgəsini yaxşı tanımayanlar birbaşa bu təbliğatları qəbul edib, yayılmasına yardım etmiş olublar.

  Digər səbəb isə siyasi və ideoloji məqsədə xidmət edir. Bu, xüsusilə Türkiyəyə ünvanlanıb. Türkiyənin Orta Asiyaya üz tutması bəzi rejim və qrupları narahat edir.

  Nəticə olaraq "Türküstanda DAEŞ təhdidi varmı?" sualına cavab: "Bəli, vardır" təsdiqidir. Amma “Dünya ictimaiyyətinin şişirtdiyi dərəcədə Orta Asiyada bir DAEŞ təhdidi varmı?" deyə soruşulsa, cavab "xeyr, yoxdur” inkarıdır.

  Türkiyənin düşüncəsinə görə, Orta Asiyada mövcud DAEŞ təhdidilə mübarizədə ən əhəmiyyətli rolu Hənəfi/Maturidi Sufi Türk-İslam xətti oynayacaq. Türkiyə Respublikasının dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Özbəkistan səfərində İmam Maturidinin türbəsi önündə çəkdirdiyi fotoşəkil də bu mənada bir mesaj verir.



Әlaqәli Xәbәrlәr